Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Quliyev-Samir Mayis

pulun qiymətinin səviyyəsinə bir çox amillər də təsir 

göstərir. Həmin amillərə aşağıdakılar daxildir: 

- inflyasiya  prosesləri; 

- kapitala  olan tələb ilə  təklif  arasındakı nisbət; 

- Mərkəzi  bankın pul-kredit  siyasəti; 

- mənfəət  vergisinin  stavkası; 

- sair əlamətlər. 

Pulun qiymətinin  sadə və mürəkkəb faiz  növləri  var. 



 

39 


Pulun  qiymətinin  sadə  faiz  növü  kapitalın  dəyişməyən  məbləğindən  müəyyən 

olunmuş  həcmdə  hesablanılır  və  həmin  həcmi  cari  dövrdə  artırılır.  Məsələn,  tutaq 

ki,  subyekt  900  min  manat  məbləğində  qısamüddətli  kredit  almışdır.  Kredit  6  aya 

verilmişdir  və  kreditdən  istifadəyə  görə  illik  faiz  stavkası  24%-dir.  Faizin 

hesablanmasının  sadə  formulasından  istifadə  etməklə kreditdən istifadəyə görə faiz 

məbləğini  aşağıdakı formula ilə  hesablamaq olar: 

 

F

m



 = 

100


M

Fc

K



 

 

F



m

 – faiz məbləği; 

F

c

 – faiz stavkası (24%); 



K – kapital  – 900000 manat; 

M – kapitalın verilməsi  müddəti (6 ay). 

6  ay  üçün  faiz  stavkası  12%-dir.  Beləliklə,  istifadə  olunmuş  kreditə  görə  faiz 

məbləği  108000  manat olacaqdır. 

(

100


12

900000


 



Pulun  qiymətinin  mürəkkəb  faizlə  hesablanmasının  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  belə  hər  bir  sonrakı  dövrdə  faiz  ilkin  kapitalın  məbləğindən  (mövcud 

vaxt  üçün  hesablanmış  faiz  məbləği  qədər  artırılır)  hesbalanılır.  Beləliklə, 

mürəkkəb  faiz  əsasında  hesablanmış  məbləğ  artır,  çünki  hər  dövr  üçün  faiz 

hesablanılan  zaman  ilkin  kapitalın  məbləği  əsas  götürülür  və  onun  üzərinə 

hesablanmış,  lakin  müvəqqəti  olaraq  ödənilməmiş  faizlər  əlavə  edilir  və  pul 

vəsaitinin  kapitallaşması  baş  verir  və  sonda  təqdim  olan  vaxt  üçün  kapitalın 

gələcək  dəyəri müəyyən  edilir. 

Beləliklə,  mürəkkəb  faiz  metodu  əsasında  pulun  (kapitalın)  gələcək  dəyəri 

müəyyən  edilir.  Bu  metod  imkan  verir  ki,  müəssisə,  investisiya  layihələrinə, 

qiymətli  kağızlara,  depozitlərə  və  başqa  səmərəli  qoyuşuluşlara  istiqamətləndirdiyi 

vəsaitin  həcmi  hansı  həcmdə  artacaqdır.  Deməli,  müəssisə  kapitalın  həcmi 




 

40 


haqqında  məlumata  malik  olmaqla,  müəyyən  illərin  sayı  üçün  kapitalın  gələcək 

dəyərini  hesablaya bilər.  Pulun gələcək  dəyərini  sonrakı kimi hesablamaq olar: 

 

P

gd



 = K (1+F

c

)



n

 

 



P

gd

 – pulun gələcək  dəyəri; 



K – kapital; 

F

c



 – faiz stavkası. 

 

Müəssisələrdə 



pul 

axınının 

gələcək 

dəyərinin 

hesablanmasını 

sadələşdirməkdən  ötrü  işlənilmiş  xüsusi  cədvəllərdən  istifadə  edilir.  Həmin 

cədvəllərdə  hər  bir  dövr  və  müəyyən  faiz  stavkası  əsasında  kapitalın  vahidinin 

artırılmasının  xüsusi  əmsalları  hesablanmışdır.  Beləliklə,  kapitalın  gələcək  dəyərini 

hesablamaq  üçün  verilmiş  parametrlərə  (uyğun  dövr  və  müəyyən  faiz  stavkası) aid 

əmsalları  kapitalın  ümumi  məbləğinə  vurmaq  lazımdır. Məsələn, 1 ildən 5 ilə qədər 

16%  və  18%  faiz  stavkaları  ilə  kapitallaşma,  aşağıdakı  cədvəl  məlumatları  ilə 

xarakterizə  olunur. 

 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə