Quliyev samir mayiS oğlu


№  Dövriyyə kapitalının qrupları



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Quliyev-Samir Mayis

№  Dövriyyə kapitalının qrupları 

Müəssisənin  balansının  aktivlərinin 

maddələri 

Dövriyyə  kapitalı  minimum  risklə 



1. Pul vəsaiti,  o cümlədən: 

- bankda hesablaşma hesabında; 

- bankda valyuta  hesabında; 

- müəssisənin  kassasında; 

2. Qısamüddətli maliyyə  qoyuluşları 

Az  riskli  qoyuluş  ilə  dövriyyə 



kapitalı 

1.  Debitor  borcu  (şübhəli  borc 

çıxılmaqla) 

2. istehsal ehtiyatları 

3. Hazır  məhsulun qalığı (tələb olmayan 

mal  çıxılmaqla) 

Ortariskli  qoyuluş  ilə  dövriyyə 



vəsaiti 

1.  Azqiymətli  tez  xarab  olan  predmetlər 

(qalıq dəyəri ilə) 

2.  Bitrməmiş  istehsal  (normativdən 

yuxarı hissə çıxılmaqla) 

3. Gələcək dövrün xərcləri. 

Yüksək  riskli  qoyuluş  ilə  dövriyyə 



vəsaiti 

1. Şübhəli debitor borcu 

2. 

İstifadə 



olunmayan 

istehsal 

ehtiyatları; 

3.  Tələb  olmayan  mallar  və  hazır 

məhsul; 

4. Dövriyyə  vəsaitinin  sair elementləri 

Dövriyyə  vəsaitinin  ümumi  məbləği 



1 + 2 + 3 + 4 


 

54 


 

Müasir  dövrdə  müəssisənin  normal  (stabil)  fəaliyyətinin  əsasını  onun  sabitliyi 

təşkil  edir. 

Bazar  iqtisadiyyatı  şəraitində 



müəssisələrin  sabitliyinin

  özünün  də  bir  neçə 

forması var. Məsələn, ümumi;  qiymət;  maliyyə. 

Sabitliyin  növlərinin  tərkibində 



maliyyə  sabitliyini

  xüsusilə  qeyd  etmək 

lazımdır.  Çünki, 

müəssisənin  ümumi  sabitliyi  maliyyə  sabitliyi  hesabına 

formalaşır.   

Təsərrüfat  subyektinin  maliyyə  sabitliyinin  mahiyyəti  sonrakı  kimi 

izah 

olunur; 


təsərrüfatın 

maliyyə 


resurslarının 

bölüşdürülməsi 

və 

yenidənbölüşdürülməsi,  onların  istifadəsi  prosesləri  müəssisənin  xüsusi  vəsaiti  və 



mənfəəti  və  kapitalın  artımı  hesabına  onun  ödəmə  və  kredit  qabiliyyəti  maliyyə 

riskinin  yol verilən  səviyyəsində  saxlanılsın. 

Bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  maliyyə  menecerinin  əsas 

vəzifələrinə  aşağıdakılar da daxildir: 

- müəssisənin  maliyyə  sabitliyini  təmin  etsin; 

- riskin  ümumi  səviyyəsini  tənzimləsin; 

Maliyyə  riskinin  idarə  olunması  -    risk  ilə  əlaqədar  itkini  minimuma  qədər 

azalmaq  deməkdir.  Riskin  baş verməsi nəticəsində meydana çıxan itki özü də pulla 

ifadə  olunur.  Eyni  zamanda,  itkinin  minimuma  çatdırmaq  üçün  nəzərdə  tutulan 

tədbirlər  özü  də  pulla  qiymətləndirilir.  Beləliklə,  maliyyə  meneceri  həm  itkinin 

pulla  qiymətləndirilməsini,  həm  də  itkinin  azaldılması  üçün  nəzərdə  tutulan 

tədbirlərin  qiymətləndirilməsini  bir-biri  ilə  tutuşdurur  və  sonra  riskin 

minimumlaşdırılması  üçün müəyyən  qərarlar qəbul edir. 

Müasir  dövrdə  müəssisələrdə 



maliyyə  riskindən  qorunmanın  özünün  də 

metodları va

r. Həmin 



metodlar iki qrupa

 bölünür: 

- fiziki  müdafiə; 

- iqtisadi  müdafiə. 



Fiziki  müdafiənin  metodlarına

  göstərmək  olar;  qoruyucunun  saxlanılması; 

seyflərin  alınması;  məhsulun  keyfiyyətinin  yoxlanılması  üçün  nəzarət  sisteminin 

tətbiqi;  siqnal sisteminin  tətbiqi  və sair. 




 

55 


Lakin,  maliyyə  risklərindən  qorunmanın  ikinci  növünü  iqtisadi  müdafiə  təşkil 

edir. İqtisadi müdafiənin  istiqamətlərinə  aşağıdakılar daxildir:\ 

- əlavə  xərclərin  səivyyəsinin  proqnozlaşdırılması; 

- mümkün  ziyanın  ağırlığının qiymətləndirilməsi; 

-  riskin  nəticələrinin  ləğv  edilməsi  üçün  maliyyə  mexanizmindən  istifadə 

olunması. 

Fiziki  və  iqtisadi  metodlardan  başqa,  bazar  iqtisadiyyatı  şəraitində 

müəssisələrdə  maliyyə 



risklərinin  idarə  olunması  üçün  daha  dörd  metoddan  da

 

istifadə  edilir.  Həmin  metodlara aşağıdakılar daxildir: 





Ləğv  etmə

.  Bu  metodun  mahiyyəti  riskli  tədbirdən  imtinanı  nəzərdə  tutur. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  əgər  müəssisə  riskli  tədbirin  həyata 

keçirilməsindən  imtina  edərsə, deməli  o mənfəətindən  imtina  etmiş olacaq; 



-  İtkinin  qarşısının  alınması  və  nəzarət metodu

. Bu metodun mahiyyət riskin 

mənfi  nəticələrinin  aradan  qaldırılması  üçün  zəruri  tədbirlərin  qəbul  edilməsini 

ifadə  edir.  Sonra,  bu  metod  təsadüflərdən  qorunmaq,  zərərlərin  miqyasına  nəzarət 

etmək və sairəni  də nəzərdə tutur; 



Sığortalanma  metodu  ilə  risklərin  idarəolunması

.  Bu  metod  gəlirin  bir 

hissəsindən  imtina  olunmağı  (riskdən  qaçmaq  üçün)  nəzərdə  tutur.  Belə  ki, 

investor  riskin  sıfıra  endirilməsinə  görə,  gəlirdən  imtina  etməyə  hazır  olduğunu 

bildirir. 



Riskin idarəolunmasının sığorta metodu fəaliyyətin iki növünü nəzərdə tutur: 

1.İtkinin  qrup sahibkarlar  arasında bölüşdürülməsi (özünüsığortalanma). 

2. Sığorta firmasına kömək üçün müraciətin  edilməsi. 

Maliyyə  bazarının  xidməti  kimi  sığortadan  istifadə  edən  zaman  maliyyə 

menecerinin  üzərinə  daha  ciddi  bir  vəzifə  düşür.  O,  sığorta  mükafatı  ilə  sığorta 

məbləği  arasında nisbətin əlverişli  olduğunu  müəyyən  etməlidir. 

Sığorta  məbləği  material  qiymətlilərinin  və  ya  sığorta  olunanın 

məsuliyyətinin  sığortalanması məbləğidir. 

Sığorta  mükafatı  isə  sığorta  riski  üçün  ödənilən  məbləğdir.  Bu  məbləğ 

sığorta olunan tərəfindən  sığorta edənə verilir. 




 

56 




Udma  metodu

.  Bu  metod  ziyanı  etiraf  etmək  və  onun  sığortalanmasından 

imtina  deməkdir.  Udma  metodundan  o  zaman  istifadə  etmək  olar  ki,  ehtimal 

olunan  ziyanın  məbləği  o  qədər  də  böyük  olmasın  və  o  zaman  onu  qəbul  etmək 

olar. 

Beləliklə,  müəssisədə 



maliyyə  riskini  idarəedən  zaman  maliyyə  meneceri 

qarşısında aşağıdakı vacib məsələlər durur

1. Mövcud risk üzrə maksimum  mümkün  olacaq ziyanın hesablanması; 



2.  Mümkün  olacaq  ziyanın  məbləğini  xüsusi  maliyyə  resurslarının  həcmi  ilə 

müqayisə etmək; 

3. Son nəticədə mövcud riskin müəssisənin iflasına səbəb olacağını müəyyən 

etmək. 


Qeyd  etmək  lazımdır  ki,  maliyyə  riskinin  həlli  üçün  konkret  vəsaiti  seçən 

zaman  investor  bəzi  məsələlərə  diqqət  yetirməlidir.  Həmin  məsələlərə  göstərmək 

olar:  az  üçün  çox  ilə  risk  etmək  olmaz  və  riskin  nəticələrini  müəyyən  səviyyədə 

əvvəlcədən  bilmək  lazımdır. 




 

57 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə