Quliyev samir mayiS oğlu


 TƏSƏRRÜFAT SUBYEKTLƏRİNDƏ MALİYYƏ AXINLARININ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
Quliyev-Samir Mayis

2.3. TƏSƏRRÜFAT SUBYEKTLƏRİNDƏ MALİYYƏ AXINLARININ 

İDARƏOLUNMASINDA MALİYYƏ BAZARLARI, İNSTİTUTLARI VƏ 

ALƏTLƏRİN ROLU 

Bazar  münasibətləri  şəraitində  hər  bir  təsərrüfat  subyekti  üçün  ən  vacib 

şərtlərdən  birini  bazarda öz mövqeyini saxlamaq və gələcəkdə öz istehsalını inkişaf 

və  təkmilləşdirmək  təşkil  edir.  Müasir  dövrdə  ancaq  rəqabətin  gücləndiyi  bir 

şəraitdə texniki  tərəqqi əsasında fəaliyyət  göstərən müəssisələr “yaşaya” bilərlər. 

Məlumdur  ki,  mövcud  məsələlərin  həlli  müəssisələrdən  tələb  edir  ki,  kapitalın 

investisiyalara  qoyuluşunu  səmərəli  idarə  etsinlər.  Bununla  əlaqədar  olaraq, 

müəssisələrdə  investisiya  layihələrinin  realizasiyası  da  obyektiv  zərurət  təşkil  edir 

və bu məsələ ilə  əlaqədar problemlər  maliyyə  menecerlərinin  köməyi  ilə  həll  edilir. 

İnvestisiyanın  mahiyyəti  –  gələcəkdə  iqtisadi  gəlir  götürmək  üçün  təsərrüfat 

subyektinin  müxtəlif  sahələrində  və  elementlərinə  pul  vəsaitinin  uzunmüddətli 

qoyuluşunu  ifadə  edir.  Son  variantda  investisiya  qoyuluşu,  əlavə  gəlirlər 

formasında kapitalın həcminin  artırılmasında (o cümlədən əmlakın)  çıxış edir. 

Bazar  iqtisadiyyatında  investisiyalar  material  (əşya),  maliyyə  və  qeyri-

material  investisiyaları  formasında  çıxış  edirlər.  Maliyyə  investisiyaları  –  qiymətli 

kağızlara,  banklarda  depozitlərə,  səhmdar  kapitalının  təşkilində  iştiraka  qoyulan 

pul  vəsaitindən  ibarətdir.  Müasir  dövrdə  maliyyə  bazarının  inkişafı,  kredit  və 

xüsusiləşdirilmiş  maliyyə  institutlarının  dairəsi  genişləndikcə  müəssisələrin 

maliyyə  investisiyalarına  olan tələbatı da artır. 

Maliyyə  bazarı  –  maliyyə  aktivləri  bazarıdır.  Maliyyə  bazarına  sığorta bazarı, 

valyuta  bazarı, milli  pul vəsaiti  bazarı, fond bazarı, kapital bazarı və s. daxildirö 

Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  bazarına  pul  vəsaitinin  cəlb  edilməsi  və 

yenidən bölüşdürülməsinin əsas aləti kimi fond bazarı çıxış edir. Fond bazarı hansı 

məsələləri  həll  edir? 

1.  Maliyyə  bazarı  daxili  maliyyələşmə  mənbələrini  və  müvəqqəti  sərbəst  pul 

vəsaitini  səfərbərliyə  almaq  və  onları  uzunmüddətli  investisiyalara  yönəltmək 

imkanını emitentlərə  verir; 



 

58 


2.  Fond  bazarı  kapitalın  onun  iştirakıçıları  arasında  axınını  təşkil  edir  və 

bununla  da  maliyyə  resusrlarının  iqtisadiyyatın  daha  rentabelli  sahələrinə 

yönəldilməsinə  kömək edir; 

3.  Maliyyə  bazarı  investorlara  öz  investisiya  portfelini  daha  səmərəli  təşkil 

etməyə  imkan  verir.  Burada  məqsəd,  kapitalı  inflyasiyadan  qorumaq  və  əlavə  gəlir 

əldə etməkdir. 

Maliyyə  bazarında  əhalinin,  müəssisələrinin  və  s.  müvəqqəti  sərbəst  pul 

vəsaiti  alqı-satqı  obyektini  təşkil  edir. Qiymətli kağızlar və bank krediti formasında 

bazarda səfərbərliyə  alınan pul vəsaiti  istehlakçılara  (investorlar  tərəfindən)  verilir. 

Beləliklə,  maliyyə  bazarının  fəaliyyətinin  əsasını  investorların  sərbəst  pul 

vəsaitinin  olması  və  istehlakçıların  vəsaitə  ehtiyacın  yaranmasıdır.  Deməli, 

maliyyə  bazarı bu münasibətlərdə vasitəçi  kimi  çıxış edir. 

Müəssisə  və  təşkilatlar  maliyyə  bazarının  pul  vəsaitindən  istifadə  etməklə, 

emissiya  (qiymətli  kağızların  buraxılması),  banklarda  kredit  xətlərinin  açılması, 

başqa  təşkilatların  istiqrazlarının  alınması  və  sair  əməliyyatların  aparılmasına  nail 

olurlar. 

Qiymətli  kağızların  buraxılışı  və  ya  emissiyası  səhmdar  cəmiyyəti  təşkil 

olunan  zaman  həyata  keçirilir.  Borc  kapitalının  cəlb  edilməsi  və  müəssisənin  ilkin 

kapitalının  həcminin  artırılması  məqsədi  ilə  də  qiymətli  kağızların  emissiyası  baş 

verə bilər. 

Müəssisələrin  pul  vəsaitinə  birdəfəlik  tələbatı  da  bankdan  kreditin  və  başqa 

təşkilatların  istiqrazlarının  alınması yolu ilə  təmin  edilir. 

Beləliklə,  əvvəlki  paraqraflarda  qeyd  edildiyi  kimi,  maliyyə  menecmenti 

geniş  mənada  özündə  maliyyə  axınlarının  idarə  olunmasını  əks  etdirir.  Maliyyə 

axınlarının  idarə  olunmasının  məqsədi  isə  bu  proseslərdə  iştirak  edən  bütün 

tərəflərin  mənafeyini  təmin  etməkdir. 

Müasir  dövrdə  müəssisə  və  təşkilatlarda  maliyyə  axınlarının  realizasiyası 

aşağıdakı alətlər  vasitəsilə  aparılır: 

- bazarlar; 

- maliyyə  institutları; 




 

59 


- maliyyə  alətləri. 

İnvestisiya  və  maliyyə  xarakterli  tədbirlərin  realizasiyası,  yəni  pul  vəsaitinin 

satıcıdan  (donordan)  istehlakçıya  axını  müxtəlif  bazar  alətlərinin  köməyi ilə həyata 

keçirilir.  Həmin  alətlər  hər  hansı  bir  əməliyyatda  iştirak  edən  iştirakçıların 

məqsədinin  səmərəli  təmin  olunmasına  imkan  yaradır.  Lakin  maliyyə  donorlarının 

(satıcıların)  və  istehlakçıların  axtarılmasını  maliyyə  bazarında  fəaliyyət  göstərən 

maliyyə  institutları  öz üzərlərinə  götürürlər. 

İri  təsərrüfat  subyektlərinin  strateji  maliyyələşmə  sistemində  kapital  bazarları 

sözsüz  əsas  yer  tutur.  Çox  şirkətlərin  fəaliyyəti  maliyyə  bazarları  ilə  sıx 

əlaqədardır.  Həmin  bazarlarda  pulun  dəyişdirilməsi,  kreditin  verilməsi,  kapitalın 

səfərbərliyə  alınması  və  s.  bu  kimi  əməliyyatlar  həyata  keçirilir.  Maliyyə 

bazarlarında  maliyyə  institutları  əsas  rol  oynayırlar.  Onlar  pul  vəsaiti  axınını 

mülkiyyətçidən  borc  alana  yönəldillər.  Maliyyə  bazarı  maliyyə  resurslarının 

alıcıları  ilə  satıcıları  arasında  əlaqə  yaradır.  Maliyyə  bazarının  bir  neçə  növünü 

göstərmək olar: 

- fond bazarı (müəssisə üçün vacibdir); və bazarın əsasını şirkətin səhmlərinin 

ticarəti  təşkil  edir; 

-  ssuda  kapitalı  bazarı.  Bu  bazarın  əsasını  kredit  və  istiqrazların  verilməsi  ilə 

əlaqədar əməliyyatlar  təşkil  edir. 

Azərbaycan  Respublikasında  son  dəfə  qiymətli  kağızlar  haqqında  qanun 

2015-ci ildə təsdiq edilmişdir. «Qiymətli kağızlar bazarı haqqında» AR Qanununda 

göstərildiyi  kimi  «qiymətli  kağızlar  bazarı  –  qiymətli  kağızların  emissiyası, 

buraxılması,  tədavülü,  ödənilməsi,  mülkiyyətçiliyi,  saxlanılması,  komrensasiyası, 

öhdəliklərlə  yüklənməsi,  dövlət  tənzimlənməsi  və  digər  əməliyyatların  həyata 

keçirilməsi  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi  münasibətlərin 

məcmusu».

1

 

Qiymətli  kağızlar  bazarının iştirakçılarına aşağıakılar aiddir: 



                                                                 

1

 “



Qiymətli  kağızlar  bazarı  haqqinda” Azərbaycan Respublikasının Qanunu. Azərbaycan qəzeti. 15  iyul 2015-ci  il. 

Səh 4. 



 

60 


-  qiymətli  kağızların  emitentləri.  Emitetlərə  daxildir:  təsərrüfat  subyektləri 

(əlavə  maliyyələşmə  mənbələrini  almağa  cəhd  göstərənlər);  icra  hakimiyyətləri  və 

yerli  özünüidarəetmə  orqanları  (dövlət  və  bələdiyyə  xərclərinin  müəyyən  hissəsini 

ödəmək üçün istiqrazlar  buraxırlar). 

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  emitentə  bələdiyyə,  dövlət  və  şəxslər 

daxildir  və  onlar  qiymətli  kağızların  satışı  ilə  əlaqədar  əməliyyatları  (investisiya 

təyinatlı  qiymətli  kağızların  dövriyyəyə  buraxılması)  həyata  keçirirlər,  lakin  onlar 

qiymətli  kağızların mülkiyyətçisi  hesab olunmurlar; 

-  qiymətli  kağızların  sahibləri:  (onlar  qiymətli  kağızların  mülkiyyətçisi 

hüququna  malikdirlər).  Qiymətli  kağızların  sahibləri  fiziki  və  hüquqi  şəxslərdir, 

onlar  müvəqqəti  sərbəst  pul  vəsaitinə  malikdirlər.  Qiymətli  kağızların  sahiblərinin 

məqsədi  müvəqqəti  sərbəst  pul  vəsaitini  investisiya  etməklə  əlavə  gəlir 

götürməkdir.  Hüquqi  şəxslər  kimi  investorlara  aiddir;  sığorta  şirkətləri,  təqaüd 

fondları,  müəssisə  və  təşkilatları  və  s.  İnvesstor  kimi  fiziki  şəxslər  də  çıxış  edə 

bilərdər. İnvestorlar  qiymətli  kağızları öz adlarından və öz vəsaiti  hesabına alırlar; 

-  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  –  hüquqi  şəxslər  (kredit 

təşkilatı)  və  fiziki  şəxslər  (vətəndaşlar).  Onlar  sahibkar  kimi  qeydiyyata  alınırlar  və 

müəyyən  növ fəaliyyət  göstərirlər. 

Qiymətli  kağızlar  bazarında sahibkarlıq fəaliyyətinin  növlərinə  daxildir: 

- broker fəaliyyəti  – burada peşəkar iştirakçı kimi  broker çıxış edir. 

- diler  fəaliyyəti; 

- qiymətli  kağızların idarəoluqnması üzrə fəaliyyət; 

- klirinq  fəaliyyəti; 

-  depazitar  fəaliyyət  –  qiymətli  kağızların  sertifikatlarının  saxlanılması  üzrə 

xidmətin  göstərilməsi; 

- qiymətli  kağızların sahiblərinin  reyestrinin  aparılması üzrə fəaliyyət; 

- qiymətli  kağızlar  bazarında ticarətin  təşkili  üzrə fəaliyyət. 

Qiymətli  kağızlar  bazarı ilkin  və ikinci  bazardan ibarətdir. 

Qiymətli  kağızların  bütün  növləri  (dövlət  istiqrazlara,  xəzinə  öhdəlikləri, 

səhmlər  və  s.)  ilkin  bazarda  satılır  və  satış  fond  birjaları  və  vasitəçilər  (broker  və 




 

61 


s.)    tərəfindən  həyata  keçirilir.  Ancaq  qiymətli  kağızların  (əvvəllər  buraxılmış) 

yenidən  satışı  isə  ikinci  bazar  vasitəsi  ilə  aparılır.  Bu  bazarda  opsion,  fyuçers, 

veksel,  sertifikat  və  s.  səfərbərliyə  alınır  və  sonra  onların  yenidən  satışı  həyata 

keçirilir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə