Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   25   26   27   28   29   30   31   32   33
Quliyev-Samir Mayis

insan  faktoru  təşkil  edir

.  Təsərrüfatçılığın  hər  bir 

səviyyəsində  mürəkkəb  idarə  etmək  sistemini  yaradan  və  rəhbərlik  edən  insandır. 

Ona  görə  də,  obyektin  səmərəli  idarəolunması  –  bu  istedadır  və  hər  bir  şəraitdə 

menecerin 

məharətini  idarə  edir.  Çox  hallarda  xarici  ədəbiyyatlardakı 

mübahisələrdə  idaprəetmənin  istedad  və  ya  dəqiq  elm  olması ilə əlaqədar fikirlərdə 

istedad  qalib  gəlir.  Lakin  bəzi  alimlərin  qeyd  etdiyi  kimi,  istedad  özü  sonrakı 

elementləri  birləşdirir;  məqsədin  əsaslandırılması;  bilik  –  menecerin  yüksək 

səviyyədə savadı olmalıdır. Müasir dövrdə kompüter sistemi, başqa müasir texnika 

və  s.  olması  qəbul  ediləcək  qərarların  nəticəsini    əsaslandırmaq  və  ehtimal  etmək 

olar. Lakin  bu zaman idarəetməni  bacaran istedad kimi  qalacaqdır. 

Qeyd  etmək  lazımdır  ki, 

bazar  iqtisadiyyatında  risk  və  rəqabət mövcuddur, 

müəyyən  məqsədə  çatmaq  yolunda  küllü  miqdarda  maneələr  var,  ona  görə  də, 

çətinlikləri  dəf  etmək  üçün  mütləq  optimal  qərar  qəbul  olunmalıdır  ki,  bu  özü  də 

yüksək bacarıq və istedad tələb edir. 



Təcrübədə  müəssisənin  maliyyə  fəaliyyətinin  əsas  məqsədinə  aşağıdakılar 

daxil edilir: 

1. Fəaliyyətin  müsbət maliyyə  nəticələrinin  alınması; 

2. Gəlir  və daxil  olmaların  həcminin  artırılması; 

3. Mənfəətin  həcminin  artırılması (maksimuma  çatdırılması); 

4. Müəssisənin  əmlakının dəyərinin  artırılması; 

5. Təsərrüfat subyektinin  maliyyə  sabitliyinin  təmin  edilməsi; 

6. Təsərrüfatın rentabelliyinin  yüksəldilməsi; 

7. Cari aktivlərdən  istifadənin  səmərəliliyinin  yüksəldilməsi  və sair. 




 

68 


Müəssisə 

və 


təşkilatlarda 

maliyyənin 

idarəolunmasında 

maliyyə 


menecmentinin  metod, forma, vasitə, alət və s. istifadə edilir. 

Müəssisənin  əsas  məqsədinə  çatmaq  üçün  həyata  keçirilən  bu  və  ya  digər 

əməliyyatlarda  risk mövcuddur: 

 Risk  maliyyə  menecmentinin  ən  mühüm  alətlərindən  biridir.

  Risk 


müəssisənin  təsərrüfat  fəaliyyətinin  bütün  sferalarında  meydana  çıxa  bilər. 

Maksimum  mənfəət  almaq  məqsədi  ilə  idarəetmə  fəaliyyəti  ilə  əlaqədar  riskin 

səviyyəsi  də  yüksəlir.  Beləliklə,  müəssisələrdə  qəbul  olunmuş  qərarların  həyata 

keçirilməsinin əsas məqsədi – 



iki kateqoriya ilə yəni, mənfəət və risklə əlaqədardır.

 

Lakin 



risk  və  mənfəət  müəssisədə  başqa  maliyyə  göstəricilərindən  də  asılıdır  ki, 

həmin göstəricilərə də daxildir: 

- xərclərin  səviyyəsi  və quruluşu; 

- kapitalın  səviyyəsi  və quruluşu; 

- pul vəsaitinin  hərəkəti.    

Maliyyə 

menecmentinin 

istehsal 

proseslərinin 

müvəffəqiyyətlə 

tənzimlənməsində  birinci  dərəcəli  rolu  ondan  ibarətdir  ki,  baş  verən  əməliyyatları, 

fəaliyyəti  və  s.  pul  resursları  ilə  təmin  etməkdir.  Pul  vəsaitinin  hərəkəti, 

səfərbərliyə  alınması  və  istifadəsi  maliyyə  menecmentinin  vacib  obyektini  təşkil 

edir. 

Müəssisənin  maliyyə  fəaliyyəti  –  pul  daxil  olmaların  mənbələrinin 



axtarılması,  onların  səfərbərliyə  alınması,  xərclənməsi,  daha  səmərəli  resursların 

müəyyən  edilməsi  və  onların  istifadəsi  üsulları  və  onlardan  müsbət  son  nəticələrin 

əldə  edlilməsi  üçün  istifadə  olunması  üzrə  ağıllı  fəaliyyət  deməkdir.  Maliyyə 

fəaliyyətinin  köməyi  ilə  pul  resursları  istehsal,  texniki,  iqtisadi  və  sosial  tədbirlər 

üçün  istifadə  olunur.  Bununla  maliyyə  fəaliyyətinin  əsas  vəzifələrinə  aşağıdakılar 

daxildir: 

- təsərrüfat subyektinin  fəaliyyətini  arası kəsilmədən təmin  etmək; 

- müsbət maliyyə  nəticələrinin  əldə edilməsi. 

Beləliklə,  müəssisənin  maliyyə  fəaliyyəti  bilavasitə  pul  resurslarının  hərəkəti 

ilə  əlaqədardır.  Pul  resurslarının  hərəkəti  müəssisədə  istehsal  prosesləri  ilə  paralel 




 

69 


baş  verir.  Bununla  əlaqədar  qəbul  edilən  maliyyə  qərarları  aşağıdakıları 

tənzimləyir:   

1. pul vəsaitinin  hərəkətini; 

2.  material  və  əmək  resurslarının  formalaşması  və  istifadəsi  qiymətləndirilir 

və aktiv  təsir göstərilir; 

3. müsbət maliyyə  nəticəsi  ilə  əlaqədar əməliyyatlar  qiymətləndirilir. 

Əvvəlki  fəsillərdə  qeyd  edildiyi  kimi,  müasir  dövrdə  təsərrüfat  subyektlərində 

maliyyə  menecmenti  maliyyə  axınlarını  idarə  edir.  Müəssisələrdə  maliyyə 

axınlarının  təşkili  isə  maliyyə  bazarı,  maliyyə  institutları  və  maliyyə  alətləri 

vasitəsilə  həyata  keçirilir.  Maliyyə  bazarlarında  investisiyalaşma  və  maliyyələşmə 

üzrə  təkliflər  səfərbərliyə  alınır,  investorlar  və  alıcılar  axtarılır.  Bazarların  aşkarlığı 

isə  pul  axınının  optimallaşmasına  səbəb  olur.  Lakin  maliyyə  bazarı  iştirakçılarının 

məqsədlərinin  səmərəli  təmin  edilməsində  isə  müxtəlif  bazar  alətləri  iştirak  edirlər. 

Beləliklə,  bu  istiqamətdə  bütün  vəzifələr  maliyyə  bazarlarında  peşəkarcasına 

fəaliyyət  göstərən maliyyə  institutları  tərəfindən  həyata keçirilir. 

İqtisadi 

inkişaf 

səviyyəsindən 

asılı 

olmayaraq,  istənilən  ölkənin 



iqtisadiyyatının  hərtərəfli  və  dinamik  inkişafında  həmin  dövlətin  bank  sisteminin 

əsaslı  dərəcədə  böyük  rolu  var.  Azərbaycanda  da  bank  sistemi  maliyyə  sisteminin 

mühüm  elementi  sayılır.  Bu  gün  ölkəmizdə  digər  sahələr  kimi,  maliyyə-kredit 

sisteminin  də  təkmilləşdirilməsi  başlıca  prioritetlərdəndir.  İslahatların  keyfiyyətlə 

və  nəzərdə  tutulan  istiqamətdə  həyata  keçirilməsinin  ən  əsas  prinsipləri  maliyyə 

sahəsində  şəffaflığın,  nəzarət  mexanizmlərinin  və  bu  bazarda  likvidliyin  təmin 

edilməsidir.  Bütün  islahatların  əsasında  maliyyə  sabitliyi  durur  və  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  bildirdiyi  kimi,  ilk  olaraq  bu  sahədə 

dünya  standartlarını  tətbiq  etməklə  maliyyə  sabitliyi,  bankların,  maliyyə 

qrumlarının  likvidliyi  təmin  edilməlidir.  Bundan  sonra  isə  digər  sahələr  üzrə  əsaslı 

islahatlar  aparılmalıdır.

1

 



                                                                 

1

 R.Baxşəliyev  “Azərbaycan” qəzeti.  15 dekabr 2016






 

70 


Bilavasitə  maliyyə  institutları  vasitəsilə  pul  axını  ilə  əlaqədar  əməliyyatlar 

həyata  keçirilir.  Maliyyə  institutları  idarələrdir  və  onların  fəaliyyətinin  əsas  təyinatı 

pul  vəsaitinin  effektiv  hərəkətini  təşkil  etməkdir.  Belə  ki,  maliyyə  institutlarına 

banklar,  investisiya  şirkətləri,  investisiya  fondları,  birja  və  broker  firmaları  və  s. 

daxildir. 

İqtisadiyyatda  pul  axınlarının,  maliyyə  resurslarının  və  s.  səmərəli 

idarəolunmasının  təşkili  müasir  dövrdə  qarşıya  qoyulan  ən  mühüm  və  zəruri 

tələbdir.  Bu  istiqamətdə  dövlət  tərəfindən  bir  sıra  mühüm  qərarlar,  sərəncamlar 

qəbul edilmiş  və edilməkdədir. 

Qeyd  edildiyi  kimi,  iqtisadiyyatda,  o  cümlədən,  müəssisələrdə,  şirkətlərdə, 

xoldinqlərdə  pul  axının  təşkilaində  maliyyə  bazarları  və  onların  alətləri  əsas  rol 

oynayır. 

Maliyyə  bazarlarının  tənzimlənməsi  və  onlara  nəzarətin    artırılması  məqsədi 

ilə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  28  oktyabr 

2016-cı  ildə  imzalanmış  «Kredit  büroları  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edildi.  Belə  ki,  yaradılacaq  kredit  buroları  aşağıdakı  istiqamətlərdə 

xidmət  göstərəcəklər: 

- iqstisadiyyatda  risklərin  azalmasına; 

-  fiziki  və  hüquqi  şəxslərin  kredit  münasibətləri  ilə  əlaqədar  hüquqlarının 

qorunmasına; 

- kredit təşkilatlarının  xərclərinin  azalmasına; 

- sair xidmətlər. 

Qeyd  olunan  qanunun  məqsədi  fiziki  və  hüquqi  şəxslərə  öz  maliyyə 

öhdəliklərinin  icrası  barədə  uzunmüddətli  məlumat  bazasının  formalaşdırılması 

yolu  ilə  maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  yaxşılaşdırılması,  borc 

münasibətlərində  maliyyə  intizamının  möhkəmləndirilməsi  və  ölkədə  maliyyə 

sisteminin  sabitliyinin  təmin  edilməsinə  dəstək verilməsidir.

1

 



Yaradılacaq kredit büroları – məlumat  bazası rolunda çıxış edəcəklər. 

                                                                 

1

 Kredit  büroları haqqında Azərbaycan Respublikasının Qanunu. Respublika qəzeti.  8 dekabr 2016-cı  il.  Səh.3 




 

71 


Kredit bürosunun yaradılmasından məqsəd: 

1. Problemli  kreditlərin  həcminin  azaldılması; 

2. Maliyyə-kredit  sisteminin  sabitliyinin  təmin  edilməsi. 

3.  Fiziki  və  hüquqi  şəxslərin  maliyyə  xidmətlərindən  istifadə  etmək 

imkanlarının  genişləndirilməsi; 

4.  İqtisadiyyatda  borc  intizamının  gözlənilməsi  üzərində  nəzarətin 

gücləndirilməsi. 

Kredit  bürolarının  yaradılması  haqqında  Qanunun  əhəmiyyəti  bir  də,  ondan 

ibarətdir  ki,  ölkədə  problemli  kreditlərin  həcminin  və  kredit  faizlərinin  artmasına 

imkan  verməyəcəkdir.  Bu  isə  son  nəticədə  ölkədə  verilən  kreditlərin  həcminin 

artmasına  səbəb  olacaq  və  bankların  risklərinin  (kredit  riski,  faiz  riski)  azalmasına 

şərait yaradacaqdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

72 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə