Quliyev samir mayiS oğlu


  NƏTİCƏ VƏ TƏKLİFLƏR



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   25   26   27   28   29   30   31   32   33
Quliyev-Samir Mayis

 


 

76 


NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Maliyyə  menecmenti  –  təsərrüfat  subyektinin  ümumi  idarəetmə  sisteminin 

əsas sahəsini təşkil  edir. 

Maliyyə  menecmenti  –  müəssisənin  səmərəli  maliyyə  fəaliyyətini  təmin  edir. 

O  ancaq  bazar  münasibətləri  şəraitində  müvəffəqiyyətlə  fəaliyyət  göstərə  bilər. 

Belə  ki,  müəssisənin  sərbəstliyi,  onun son nəticələri üçün maraqlı olması və inkişaf 

strategiyasını  əsaslandırmaq  şəraitində  maliyyə  menecmentinin  fəaliyyəti  səmərəli 

olar. 


Maliyyə  menecmentinin  əhəmiyyəti  maliyyə  bazarının  inkişafı,  pul  vəsaitinin 

formalarının modenzləşməsi  şəraitində  artır. 

Ümumi  idarəetmə  sisteminin  bir  sahəsi  kimi  maliyyə  menecmentinin  fəaliyyət 

sferasını,  idarəetmə  obyektini,  alətlərini,  maliyyə  qərarlarının  qəbul  edilməsi 

metodlarını dəqiqləşdirmək  və təkmilləşdirmək  lazımdır. 

Müəssisənin  maliyyə  fəaliyyəti  pul  daxil  olmalarının  səfərbərliyə  alınması, 

xərclənməsi  ilə  əlaqədar  əməliyyatları  əhatə  edir,  yəni,  maliyyə  menecmentinin 

əsas  fəaliyyəti  pulun,  pul  resurslarının  hərəkəti  ilə  əlaqədardır.  Müəssisədə  pul 

vəsaitinin  hərəkəti  qəbul  edilən  maliyyə  qərarları  ilə  tənzimlənir.  Maliyyə  qərarları 

həmçinin  maliyyə  və  əmək  resurslarının  formalaşması  və  istifadəsini 

qiymətləndirir,  onlara  aktiv  təsir göstərir. 

Təsərrüfatçılığın  hər  bir  sistemində  müəssisə  özünün  maliyyə  fəaliyyətini 

təşkil  etməyə  məcburdur,  çünki,  onun  maliyyə  fəaliyyəti  qoyulmuş  vəzifələri  icra 

etmək  üçün  müsbət  təsir  göstərir.  Müəssisələrin  tam  sərbəstliyinin  mövcud 

olmadığı  təsərrüfatçılığın  mərkəzləşdirilmiş  sistemində  də  maliyyə  işinin  təşkili 

mövcud  idi.  Lakin  bazar  iqtisadiyyatı  şəraitində  isə  müəssisədə  keyfiyyətli  maliyyə 

fəaliyyətinin  təşkili,  yəni  idarəetmənin  səmərəli  formasının  təşkili  məcburi  hesab 

olunur. 


Müəssisənin  maliyyə  fəaliyyətini  idarəedən  maliyyə  menecmentidir.  Onun 

vəzifəsi  hər  bir  konkret  şəraitdə  təsərrüfatçılığın  optimal  nəticələrinin  əldə 

edilməsindən  ibarətdir. 



 

77 


Maliyyə  menecmenti  öz  elastikliyi  və  yüksək  aktivliyi  ilə  fərqlənir.  Beləliklə, 

maliyyə  menecmenti  –  hər  bir  təsərrüfat  subyektinin  maliyyə  fəaliyyətinin 

tənzimlənməsinin  aktiv  alətidir. 

Maliyyə  menecmenti  –  təsərrüfat  subyektinin  idarəolunmasının  ümumi 

kompleks sisteminin  vacib elementidir. 

Bazar 


iqtisadiyyatı 

şəraitində 

müəssisənin 

maliyyə 


fəaliyyətinin 

idarəolunmasının  ən  mühüm  alətlərini  pul  və  risk,  sonra  maliyyə  bazarları, 

qiymətli  kağızlar  və  s.  təşkil  edir.  Pul  və  riskin  əhəmiyyəti  və  rolu  istehsal  və 

maliyyə  qərarlarının  əsaslandırılmasında  daha  yüksəlir.  Ancaq  pul,  müəssisənin 

normal  fəaliyyət  göstərməsi  üçün  zəruri  ilkin  kapitalın  formalaşması  mənbəi  kimi 

çıxış edir. 

Müəssisələrdə  maliyyə  və  təsərrüfat  fəaliyyəti  müvəffəqiyyətlə  idarəolunan 

zaman  riskin  nəzərə  alınmaması  mümkün  deyil.  Çünki  riskin  fəaliyyəti  ilə 

müvəffəqiyyətin  əldə edilməsi  və əksinə sıx əlaqədardır. 

Müəssisə  və  təşkilatlarda  maliyyənin  idarə  olunmasının  səmərəli  təşkili  üçün 

aşağıdakı təklifləri  məqsədəuyğun hesab etmək olar: 

- riskin  səviyyəsinin  optimallaşdırılmasına  müsbət təsir göstərmək; 

- istehsal  və tədavül  xərclərinin  səviyyəsini  optimallaşdırmaq; 

- pul axınının effektiv  idarə edilməsi; 

- maliyyə  investisiyalarından  səmərəli  istifadəyə  təsir göstərmək; 

- əməyin  səmərəli  təşkili; 

- istehsalın texniki  cəhətdən silahlanmasını  sürətləndirmək; 

- istehsalın və marketinqin  səriştəli  təşkili; 

-  iqtisadi  qərarların  qəbulu  və  realizasiyası  zamanı  mütərəqqi  metod  və 

üsullardan  istifadə  etmək; 

- müəssisənin  operativ və maliyyə  sərbəstliyinin  təmin  edilməsi; 

-  mühasibat  uçotu  və  hesabatının  dəqiq,  səlist və operativ aparılmasını təmin 

etmək; 

- məlumatların  işlənilməsinin  və təhlilinin  kompyterləşdirilməsi; 

- peşəkar menecerlərin  mövcudluğu; 



 

78 


-  müəssisənin  məlumat  bazasının  genişləndirilməsi  və  sürətləndirilməsi,  çünki 

informasiya  təkraristehsal  proseslərinin  iştirakçıları  arasında  səmərəli  əlaqənin 

realizasiyasının  ən vacib faktorlarından  biridir; 

-  təsərrüfatın  bütün  həlqələrinin  fəaliyyət  mexanizminin  yenidən  təşkili 

(dövlətlə,  öz  alıcıları  və  satıcıları  ilə).  Belə  dəyişikliklərin  əsas  təyinatını   isə 

təsərrüfatçılığın  sərbəstliyinin  genişləndirilməsi,  səmərəli  qərarların  qəbul 

edilməsi,  aktivliyin  yüksəldilməsi  təşkil  edir. 

-  müxtəlif  institutlardan  ibarət  olan  bazar  infrastrukturunun  təşkili  və  inkişafı. 

Bu  tədbir  maliyyə  bazarının  və  maliyyə-kredit  institutlarının  (bankların,  maliyyə, 

lizinq  və  sığorta  şirkətləri)  inkişafı  deməkdir.  Ancaq  maliyyə-kredit  institutlarının 

fəaliyyəti  nəticəsində  pul vəsaitinin  arası kəsilmədən dövriyyəsini  təmin  edir. 

-  iqtisadiyyatda  inflyasiya  baş  verərsə,  o  zaman  məqsədəuyğundur  ki, 

müəssisənin  maliyyə  meneceri  həyata  keçiriləcək  o  layihələrin  icrasına  qərar  versin 

ki, onların müddəti çox da böyük deyil. 

-  inflyasiya  ilə  əlaqədar  gələcəkdə  pulun  qiymətdən  düşməsinə  imkan 

verilməməlidir  və  ona  görə  də  müəssisə  özünün  pul  vəsaitini  (əgər  sərbəst  pul 

vəsaiti  mövcuddursa) hal-hazırdakı vaxtda aktivlərə  yönəltməsi  zəruri  olar; 

-  müəssisənin  öz  tərəfdaşları  ilə  maliyyə  münasibətlərinin  təşkilində  fəaliyyət 

mexanizminin  təkmilləşdirilməsinə  nail  olmalıdır; 

-  informasiya  və  təkraristehsal  proseslərinin  iştirakçıları  arasında  səmərəli 

əlaqənin  qurulmasının  ən  vacib  amillərindən  biri  olduğuna  görə,  müəssisənin 

informasiya  bazasının  genişləndirilməsi  və  sürətləndirilməsi  müasir  dövrdə 

zəruridir. 

-  maliyyə  menecmenti  –  idarəetmənin  bir  sahəsi  kimi  istehsal  üçün  əlverişli 

şəraitin  olmasını,  icraçıların  seçilməsini,  idarəolunan  obyektə  səmərəli  təsirin 

mütərəqqi metod və formalarının tətbiqini  tələb edir. 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə