Quliyev samir mayiS oğlu


 MALİYYƏ MENECMENTİNİN GƏLƏCƏKDƏ ALƏTLƏRİNİN



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   25   26   27   28   29   30   31   32   33
Quliyev-Samir Mayis

3.2. MALİYYƏ MENECMENTİNİN GƏLƏCƏKDƏ ALƏTLƏRİNİN 

TƏKMİLLƏŞDIRİLMƏSİNDƏ MALİYYƏ XİDMƏTLƏRİNİN İNKİŞAFINA 

DAİR STRATEJİ YOL XƏRİTƏSİNİN ROLU 

Müasir  dövrdə  müəssisələrdə  maliyyə  menecmentinin  alətlərinin  (maliyyə 

bazarı,  qiymətli  kağızlar,  risk,  pul  və  s.)  təkmilləşdirilməsində  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  2016-cı  il  10  mart  tarixli  təsdiq  edilmiş 

«Maliyyə  Bazarlarına  Nəzarət  Palatası  haqqında»  Fərmanın  böyük  rolu  və 

əhəmiyyəti  var.  Fərmanda  göstərildiyi  kimi,  «2.1.Palatanın  əsas  məqsədi 

Azərbaycan  Respublikasında  maliyyə  bazarlarının  səmərəli  fəaliyyətini  və 

dayanaqlığını  təmin  etmək,  kreditorların,  sığortalıların,  investorların  və  maliyyə 

bazarlarının  digər  istehlakçılarının  hüquqlarını  qorumalıdır.  Palata  bu  Nizamnamə 

ilə  müəyyən  edilmiş  fəaliyyəti  həyata  keçirərkən  maliyyə  bazarlarının 

tənzimlənməsi  sahəsində qabaqcıl beynəlxalq prinsip və standartları əsas götürür».

1

 



Azərbaycan  Respublikasının  bütün  dünyada  mövqeyini  gücləndirmək 

məqsədi ilə  ölkədə strateji  yol xəritəsi  qəbul edildi. 

Dekabrın  6-da  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  «Milli 

iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  strateji  yol  xəratələrinin  təsdiq 

edilməsi  haqqında»  fərman  imzaladı.  Bu  fərman  ilə  Azərbaycanın  2016-2020-ci 

illər  üçün  iqtisadi  inkişaf  strategiyası  və  tədbirlər  planı,  2025-ci  ilədək  olan  dövr 

üçün  uzunmüddətli  baxışı  və  2025-ci  ildən  sonrakı  dövr  üçün  isə  hədəfləri 

müəyyənləşdi.

2

 

Beləliklə,  «milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  Strateji  Yol 



Xəritəsinin  başlıca  istiqamətləri»  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən 

təsdiq  edildikdən  sonra,  həmin  Strateji  Yol  Xəritəsində  nəzərdə  tutulmuş  vəzifələri 

yerinə  yetirmək  üçün  maliyyə  xidmətlərinin  inkişafı  ilə  əlaqədar  Strateji  Yol 

Xəritəsi  də hazırlandı. 

                                                                 

1

 Azərbaycan Respublikasının  Maliyyə Bazarlarına  Nəzarət  Palatasının Nizamnaməsi.  Respublika qəzeti.  11 mart, 



2016-cı  il.  Səh 9. 

2

 



Azərbaycan qəzeti.  15 dekabr 2016.  R.Bəxşəliyev.  Milli  iqtisadiyyatın inkişaf  planı. 


 

73 


Azərbaycan  Respublikasında  maliyyə  xidmətlərinin  inkişafına  dair  Strateji 

Yol  Xəritəsində  müasir  dövrdə  maliyyə  xidmətləri  sektorunun  mövcud 

vəziyyətinin  xarakteristikası  və  maliyyə  xidmətləri  sektorunun  təhlili  verilir.  Sonra 

Yol  Xəritəsində  eyni  zamanda,  2020-ci  ilədək  strateji  baxış,  2025-ci  ilədək  olan 

dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışı 

göstərilir. 

Strateji  Yol  Xəritəsi  maliyyə  menecmentinin  ən  mühüm  alətlərindən  biri  olan 

maliyyə  bazarlarının  fəaliyyətinin  çevikliyinin  artırılması  ilə  əlaqədar  tədbirləri  və 

imkanları  nəzərdə tutur. 

Azərbaycan  Respublikasının  maliyyə  xidmətlərinin  inkişafına  dair  Strateji 

Yol  Xəritəsi  maliyyə  xidmətləri  sektorunun  aşağıdakı  prinsipləri  əsasında 

hazırlanmışdır: 

- çeviklik; 

- rəqabət qabiliyyətlilik; 

- innovativlik; 

- iqtisadi  inkişafın  dəstəklənməsi.    

Azərbaycan  Respublikasında  milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas 

bölmələri  üzrə  qəbul  edilmiş  Strateji  Yol  Xritəsinə  əsasən  maliyyə  xidmətlərinin 

inkişafına  dair  hazırlanmış  Strateji  Yol  Xəritəsində  5  strateji  hədəf  və  16  prioritet 

nəzərdə tutulub. 



Strateji hədəflərə aşağıdakılar daxildir: 

1).  Dinamik  və  sağlam  institutlardan  ibarət  olan  maliyyə  sisteminin 

formalaşması; 

2). Maliyyə  bazarının inkişafı; 

3). İnfrastrukturun  gücləndirilməsi; 

4). Tənzimləmə  və nəzarət  mexanizminin  təkmilləşdirilməsi; 

5). Maliyyə  savadlılığının yüksəldilməsi; 

Maliyyə  menecmentinin  mahiyyətini  ifadə  edən  maliyyənin  idarəolunmasının 

əsas  istiqamətini 

maliyyə  axınlarının  idarə  edilməsi

  təşkil  edir.  Lakin  maliyyə 

axınlarının  təşkili  isə  maliyyə  bazarları,  institutları  və  alətləri  ilə  həyata  keçirilir. 



 

74 


Maliyyə  institutlarına  isə  pulun  verilməsi,  investisiya,  kreditləşmə  və  sair 

əməliyyatları  müxtəlif  maliyyə  alətləri  ilə  həyata  keçirən  idarələr,  yəni  banklar, 

sığorta  və  investisiya  şirkətləri,  birjalar  daxildir.  Maliyyə  institutlarının  əsas 

təyinatı  pul  vəsaitinin  səmərəli  yerləşdirilməsində  (hərəkətində)  vasitəçiliyi  təşkil 

etməkdir.  Qeyd  etmək  lazımdır  ki,  hazırlanmış  maliyyə  xidmətlərinin  inkişafına 

dair  Strateji  Yol  Xəritəsində  2020-ci  ilədək  ölkədə  maliyyə  institutlarının,  o 

cümlədən,  bankların  sağlamlaşdırılması,  likvidlik  və  kapitallaşma  səviyyəsinin 

yüksəldilməsi  ilə  əlaqədar  tədbirlər  nəzərdə  tutulmuşdur.  Həmin  tədbirlərdən 

aşağıdakıları göstərmək olar: 

-  emitentlərin  və  investorların  maliyyə  bazarında  iştirak  üçün  zəruri  şərait 

yaradılacaq; 

- bank sistemində infrastruktur  genişləndiriləcək; 

- maliyyə  bazarlarında təşviqedici tədbirlər  genişləndiriləcək. 

-  maliyyə  sistemi  daha  mütərəqqi  risklərin  idarə  edilməsi  proseslərinə 

istiqamətləndiriləcək; 

- maliyyə  xidmətlərində  şəffaflıq artırılacaq və s. 

Strateji  Yol  Xəritəsində  nəzərdə  tutulduğu  kimi,  2025-ci  ilə  qədər  istiqraz  və 

səhm  bazarları,  yəni  qiymətli  kağız  bazarlarının  fəaliyyəti  daha  səmərəli  olacaq  və 

qiymətli  kağız  bazarının  xidmətlərindən  aktiv  ticarət  aparmaq  üçün  istər  xarici, 

istərsə də yerli  investorlar  geniş istifadə  edəcəklər. 

Azərbaycanın  bank  sektoru  2025-ci  ilədək  dünya  standartlarından  istifadə 

etməklə  aşağıdakı  istiqamətlərdə  öz  fəaliyyətlərinin  keyfiyyətini  daha  da 

yüksəldəcəklər: 

- kredit risklərinin  qiymətləndirmə  mexanizmini; 

- korporativ idarəetmə  strukturunu; 

- risklərin  idarəetmə  prosesini; 

- sağlam kredit  portfelinin  təşkilini; 

-  bank  əməliyyatlarının  90  faizindən  çoxu  alternativ  xidmət  kanalları  ilə 

aparılması və s. 



 

75 


Azərbaycan  Respublikasında  maliyyə  xidmətlərinin  inkişafına  dair  Strateji 

Yol  Xəritəsində  2025-ci  ildən  sonrakı  illər  üçün  də  qərarlar,  tədbirlər  nəzərdə 

tutulub.  Əsas  məqsəd,  birinci  növbədə  yüksək  səmərəliliyə  (əməliyyatlarında)  və 

mənfəətə  malik  olan  bank  sistemini  təşkil  etməkdir.  Banklar  İnnovativ 

istehlakçılara  öz məhsullarını  təklif  edəcəklər. 

2025-ci  ildən  sonrakı  dövrdə  maliyyə  bazarlarının  şəffaflığı  daha  da  artacaq 

və  bu  isə  bazarların  xidmətlərindən,  daha  çox  xarici  investorlar  istifadə  edəcəklər. 

Bundan  başqa,  Strateji  Yol  Xəritəsində  Azərbaycanın  maliyyə  sektoruna  xarici 

investisiyaların  bilavasitə  xarici  banklar  tərəfindən  yönəldilməsi  nəzərdə tutulub. 

«Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  Strateji  Yol 

Xəritəsinin  başlıca  istiqamətləri»ndə  nəzərdə  tutulmuş  vəzifələri  yerinə  yetirmək 

üçün  115  milyon  manat  investisiya  qoyuluşu  proqnozlaşdırılıb  və  həmin  məbləğ 

sonrakı  mənbələr  hesabına  ödəniləcək:  müəssisələrin  vəsaiti;  birbaşa  xarici 

investsiyalar;  dövlət  büdcəsi;  Mərkəzi  Bankın  vəsaiti;  qiymətli  kağızlar  bazarı; 

kreditlər;  Sahibkarlığa  Kömək Milli  Fond və s. mənbələr.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə