Quliyev samir mayiS oğlu


Ödəmə balansının iriləşdirilmiş sxeması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
Quliyev-Samir Mayis

Ödəmə balansının iriləşdirilmiş sxeması 

(min manat) 

Gəlirlər 

Məbləğ 

Xərclər 

Məbləğ 

Vəsaitin  daxil  olması  və 

gəlirlər 

5661,7 


Xərclər  və ayırmalar 

3840,3 


Kreditlərin  alınması 

299 


Kreditlərin 

silinməsi 

və 

faizlərin  ödənilməsi 



1100 

Büdcədən təxsisat 

1430 

Büdcəyə ödəmələr 



2450,4 

Alınmış  maliyyə  resursla-

rının ümumi  həcmi 

7390,7 


Bölüşdürülən  maliyyə  resurs-

larının ümumi  məbləği 

7390,7 

 



 

36 


Müəssisələr  yuxarıda  göstərilən  formada  tərtib etdikləri balans əsasında zəruri 

pul vəsaitinin  alınması üçün strategiyanı  seçirlər. 

Pulun  tədiyyə  vasitəsi  funksiyası  kredit  münasibətlərinin  inkişafı,  yəni 

ödənişin  möhlətlə  həyata  keçirilməsi  imkanlığı  ilə  əlaqədar  meydana  gəlmişdir. 

Tədiyyə  vasitəsi  kimi  çıxış  edən  puldan  əmtəənin  kreditə  satışı  ilə  yanaşı,  pul 

ssudalarının  verilməsində  və  ödənilməsində,  maliyyə  orqanları  ilə  qarşılıqlı  pul 

münasibətlərində  (vergi  tədiyyələri),  işçilərin  əmək  haqqının  ödənilməsində  və  s. 

istifadə  edilir.  Tədiyyə  vasitəsi  kimi  müxtəlif  borc  öhdəlikləri;  vekçellər,  kredit 

kartları, çeklər  çıxış edirlər.

1

 



Pulun  yığım  funksiyasından  istifadə  olunması  onun  ödəmə  vasitəsi  və  dəyər 

ölçüsü  funksiyalarını  necə  yerinə  yetirməsindən  və  ölkədə  ümumi  iqtisadi 

vəziyyətdən  asılıdır.  Əgər  pulun  alıçılıq  qabiliyyəti  aşağı  düşürsə,  o  zaman 

inflyasiya  proseslərinin  və  riskin  səviyyəsi  yüksəlir,  müəssisələrin  inkişafında 

qeyri-müəyyənlik  yaranır.  Son  nəticədə  müəssisələrin  pul  resurslarının  yığımında, 

ehtiyatların  artırılmasında və investisiyanın  həyata keçirilməsində  marağı azalır. 

Əgər  pul  daima  alıcılıq  qabiliyyətinə  malik  olarsa,  bu  müəssisənin  səmərəli 

fəaliyyəti  və inkişafı  üçün vacib şərtdir. 

Pulun  ən  mühüm  funksiyalarından  birini  isə  dünya  pulu  funksiyası  təşkil edir. 

Ölkələr  və  müəssisələr  arasındakı  xarici  iqtisadi  münasibətlərdə  pulun  dünya  pulu 

funksiyasından  istifadə  edilir.  Xarici  iqtisadi  münasibətlərdə  pulun  bu 

funkisyasından aşağıdakı istiqamətlərdə istifadə  olunur: 

- mal  və xidmətlərin  dəyərinin  ödənilməsində; 

- kredit əməliyyatlarının  apaorılmasında; 

-  dövlətlərin  və  beynəlxalq  maliyyə  institutlarının  valyuta  ehtiyatlarının 

formalaşmasında; 

- sair xərclərin  ödənilməsində. 

Müəssisənin  maliyyə  meneceri  alqı-satqı  obyekti  olan  pul  vəsaitinin  daha 

yaxşı  tətbiqinin  təsirini  və  gücünü  nəzərə  almalıdır.  Çünki,  ancaq  pul  vəsaiti 

                                                                 

1

 

Maliyyə biznesi. Bakı-2014.  A.B.Abbasov, S.A.Abbasov. səh.36 




 

37 


müəssisəyə  əlavə  gəlir  və  ya  itki  gətirmək  qabiliyyətinə  malikdir.  Ona  görə  də, 

pulun  müəssisənin  fəaliyyətinin  son  nəticələrinə  təsirini  nəzərə  almaqla  bütün 

qərarlar  əsaslandırılmalı və qəbul edilməlidir. 

Vacib  alət  olan  puldan  şüurlu  və  səmərəli  istifadə  tələb  edir  ki,  onun  spesifik 

xüsusiyyətləri  öyrənilsin.  Çünki  pulun  spesifik  xüsusiyytələri  onun  dəyərinin  və 

qiymətinin  müəyyən  edilməsinə  aiddir.  Qeyd  etmək  lazımdır  ki,  pulun  dəyəri 

daimi  deyil,  o  dəyişən  iqtisadi  kateqoriyadır  və  bir  çox  amillər  ona  təsir  edir. Belə 

ki,  pulun  dəyəri  inflyasiya  proseslərinə  köklü  təsir  göstərir,  çünki  inflyasiya 

prosesləri  pulun  alıcılıq  qabiliyyətində  öz  əksini  tapır.  Xüsusilə,  inflyasiyanın 

yüksək  səviyyəsi  daha  qorxuludur,  bu  zaman  əhalinin  alıcılıq  qabiliyyəti  aşağı 

düşür,  böhran  şəraiti  yaranır,  qiymət  yüksəlir,  bir  çox  əmtəələrə  tələbat  azalır, 

istehsalın  həcmi  aşağı  düşür,  pul  tədavülündə  çatışmamazlıqlar  yaranır  və  s. 

Beləliklə,  yüksək  inflyasiya  şəraitində  bir  çox  müəssisələrin  təsərrüfat  və  maliyyə 

fəaliyyətinin  nəticəsi  aşağı  düşür  və  səmərəli  maliyyə  investisiyalarının  sferası 

məhdudlaşır.  Ona  görə  də,  maliyyə  meneceri  idarəetmə  fəaliyyətini  icra  edən 

zaman  həmin  proseslərin  səviyyəsini  və  nəticələrini  nəzərə  almalı,  plan 

tapışırıqlarını  tənzimləməli  və  mənfi  nəticələrdən  müdafiə  üçün  tədbirləri 

gücləndirməlidir. 

Lakin  pulun  dəyərinin  vaxtın  təsiri  ilə  dəyişməsi  daha  mürəkkəb  məsələdir. 

Belə  bir  məsəl  var  «Vaxt  –  pul»  pulun  dəyərinin  vaxtın  təsiri  ilə  dəyişməsi  –  real 

iqtisadi  əsasa  malikdir.  Pul,  əmtəənin  xüsusi  növü  kimi  aktiv  istifadə  vaxtından 

uzaqlaşdıqca  öz  qiymətini  itirmək  xüsusiyyətinə  malikdir.  Bu  gün  pulun  dəyəri  bir 

qədər  çoxdur,  nəinki  sabah  və  ya  gələcəkdə.  Bu  həqiqətdir  ki,  bu  gün  pul  vəsaiti 

konkret  bir  işə  qoyulmalıdır,  məsələn  istehsalın  inkişafına,  qiymətli  kağızların 

alınmasına,  banklarda  depozitlərə  və  s.  Çünki,  bü  gün müəyyən tədbirlərə qoyulan 

pul  vəsaiti  əlavə  gəlir  gətirmək  qabiliyyətinə  malikdir.  Əgər  pul  fəaliyyətsiz 

qalarsa, o zaman realizə  olmayan  imkanlar  nəticəsində  ancaq itkilər  baş verir. 

Lakin  müəssisənin  maliyyə  menecerini  ancaq  puldan  səmərəli  istifadə 

nəticəsində  əlavə  gəlirlərin  alınması  deyil,  həmçinin  bütün  təsərrüfat 

əməliyyatlarının  nəticələrinin  qiymətləndirilməsi  maraqlandırılmalıdır.  Pulun 




 

38 


dəyərinin  dəyişməsi  ilə  əlaqədar  olaraq  bir  çox  cari  xərcləri  gələcəkdəki  pul  daxil 

olmaları  ilə  müqayisə  etmək  düzgün  olmazdı.  Qeyd  olunanlarla  əlaqədar  olaraq 

bütün  qəbul  edilən  iqtisadi  qərarlar  mütləq  vaxt  amilini  nəzərə  almalıdır. 

İnvestisiya  layihələrinin,  pul  resurslarının  hərəkətinin,  maliyyə  və  təsərrüfat 

fəaliyyətinin  son  nəticələrinin  məqsədəuyğundur  ki,  onların  cari  və  gələcək 

dəyərinə  əsasən  hesablansın.  Hər  bir  ayrıca  götürülmüş  halda  müəssisənin 

inkişafının  optimal  layihəsi  seçilən  zaman  cari  xərclər  gələcəkdə  pul  daxil  olmaları 

ilə  müqayisə  olunmalıdır.  Dünya  təcrübəsində  bütün  qiymətlilərin  keçmiş,  cari  və 

gələcək  dəyərlərinin  qarşısılıqlı  əlaqəsi,  təhlilin  elmi  metodları  ilə  müəyyən 

edilmişdir.  Belə  əlaqə  vaxt  amilindən  və  pulun  qiymətindən  asılı  olaraq  pulun 

dəyərinin  dəyişilməsinə  əsaslanır. 

Hər  bir  əmtəə  kimi  pul  bazarda  məhdud  miqdarda  olur.  Pul  öz  dəyərinə  və 

qiymətinə  malikdir.  Pulun  dəyərinin  müəyyən  edilməsi  və  vaxt  etibarilə  onun 

dəyərinin  dəyişilməsi  pulun  qiymətinin  köməyi  ilə  müəyyən  edilir.  Pulun  qiyməti 

dinamik  kateqoriyadır.  Pulun  qiyməti  maliyyə  bazarında  borc  kapitalından 

müvəqqəti  istifadəyə  görə  ödəmə  növü  kimi  çıxış  edir.  Ödəmə  formasnıda  pulun 

qiyməti  – borc vəsaitinin alınmasına görə borc götürənin ödədiyi faiz stavkası kimi 

ifadə  olunur.  Faiz  stavkasının  həcmi  borc  kapitalının istifadə müddətindən asılıdır 

və  mükafatı  ifadə  edir  və  həmin  mükafatı  kreditor  göstərdiyi  xidmətə  görə  alır. 

Pulun  qiymətinə  risk  və  mümkün  itkilər  daxildir.  Əgər  pul  vaxtında,  tam  həcmdə 

və  ya  hissə-hissə  qaytarılmazsa,  o  zaman  həmin  itkilərin  ağırlığı  mülkiyyətçinin 

üzərinə  düşəcək. 

Qeyd etmək lazımdır ki, 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə