Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Quliyev-Samir Mayis

Maliyyənin  idarəolunması  sistemi

  –  dinamik  sistemdir,  yəni  bu  sistem  daim 

inkişaf  edir  və  təkmilləşir.  Maliyyənin  idarəolunması  sisteminin  fəaliyyətinin  təsiri 

ölkədə  konkret  tarixi  və  iqtisadi  şəraitdə  uyğunlaşmaqdan,  təsərrüfat  şəraitindən və 

hər  bir  təsərrüfat  subyektinin  xüsusiyyətlərindən  asılıdır.  Bununla  yanaşı,  hər  bir 

müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunmasında  yüksək  nəticələrin  də  edilməsi 

ən  vacib  qaydalara  (dünya  təcrübəsində təsdiq edilən) əməl olunmasından, maliyyə 



 

14 


stimullarının  aktivləşməsinə  təsir  edən  mütərəqqi  metod  və  formalardan  istifadə 

edilməsindən  birbaşa asılıdır. 

Maliyyə  menecmentinin  təşəkkülü  cəmiyyətin  idarəetmə  və  maliyyə  elminin 

inkişafı,  texnika,  iqtisadiyyat,  maliyyə  və  pul  dünyasında  baş  verən  yeniliklər  və s. 

ilə  sıx əlaqədardır. 

Müəssisənin 

maliyyəsinin 

idarəolunmasının 

kompleks 

sisteminin 

təşəkkülünün  ilkin  mərhələsində  sonrakı  tədbirlərə  ciddi  fikir  verilirdi;  istehsalın 

daim  davam  etməsinin  lazımi  maliyyə  təminatı  hesabına  təmin  edilməsi; 

fəaliyyətin  müsbət  son  maliyyə  nəticələrinin  əldə  edilməsi  üçün  bütün  maliyyə 

resurslarından  səmərəli  istifadə  olunması.  Sonralar  isə  maliyyə  menecmentinin 

daha  sərfəli  (riskli)  maliyyə  əməliyyatlarının  və  investisiya  qoyuluşlarının 

aparılması,  kapitalın  artması  və  mənfəətin  maksimullaşdırılması  istiqamətində 

fəaliyyəti  güclündirildi. 

Tarixdə  maliyyə  menecmentinin  funksiyalarının  genişləndirilməsi  ilə  əlaqədar 

bir sıra mərhələlər  qeyd olunur:  

1.  50-ci  illərin  birinci  yarısı:  bu  dövrdə  maliyyə  investisiyalarının  yeni 

modelləri  (qiymətli  kağızlar  portfelinin  formalaşması;  dövriyyə  kapitalının 

idarəolunmasının  tip  modeli;  pul  resurslarının  material  ehtiyatlarının  və 

hesablaşmalarda  olan pul vəsaitinin  səmərəli  istifadəsinə  yönəldilməsi); 

2.  60-cı  illərin  birinci  yarısı  –  müəssisənin  əmlakının  (aktivlərinin)  təhlilinin 

yeni  metodları; 

3.  70-ci  illər  –  fond  birjasının  yeni  alətlərinin  tətbiq  olunması  (opsion  – 

investisiya  layihələrinin  seçilməsi  və realizasiyasında  istifadə  edilir); 

4. 


80-ci 

illər 


– 

təsərrüfat 

subyektlərinin 

maliyyələşmsəsi 

və 

kreditləşdirilməsində,  kapitalın  səfərbərliyə  alınması  və  xərclənməsində,  rəqabətlə 



əlaqədar  risklər  nəticəsində  itkilərin  sığortalanması  üsullarında  yeni  metod  və 

formalar; 

5.  90-cı  illərdən  sonra  müəssisənin  təsərrüfat  fəaliyyətinə  maliyyə  alətlərinin 

təsir  sferasının  genişlənməsi  istehsalın  idarəolunmasının  ümumi  sistemində 

menecmentin  yerini  və  əhəmiyyətini  dəyişdirdi.  Heç  də  təsadüfi  deyildir  ki,  iri 



 

15 


xarici  firmalarda  rəhbərlik  səviyyəsində  yeni  bir  vəzifə  meydana  gəldi,  yəni 

maliyyə  direktoru  (şirkətin  prezidentinin  müavini).  Maliyyə  direktoru  –  müəssisədə 

səmərəli  maliyyə  sifasətinin  formalaşmasına  məsuliyyət  daşıyır.  Çünki  həmin 

maliyyə  siyasəti  müəssisənin  inkişafının  ümumi  strategiyasının  ən  vacib  elementini 

təşkil  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  sərbəst  təsərrüfat  vahidlərində  maliyyə 

fəaliyyətinin  səmərəli  və  müsbət  idarəolunmasının  kompleks  nəticəli  sistemi  olan 

maliyyə  menecmentinin  istifadəsinin  zəruriliyi  və  məqsədəuyğunluğu  müxtəlif 

ölkələrin  müəssisələrinin  iş  təcrübəsi  ilə  təsdiq  olunmuşdur.  Bu  təkcə  inkişaf  edən 

ölkələrə  deyil,  eyni  zamanda  bazar  iqtisadiyyatına  yeni  keçən  ölkələrə  də  aiddir. 

Belə  ki,  inzibati-idarəetmə  rejiminin  başa  çatması  ancaq  müəssisələrin  operativ 

sərbəstliyi  deyil.  Bazar  iqtisadiyyatı  maliyyə  və  təsərrüfat  məsələlərinin  həlli 

istiqamətində  müəssisələr  qarşısında  ciddi  vəzifələr  qoyur.  Bazar  iqtisadiyyatı 

şəraitində  hər  bir  təsərrüfat  subyekti  təchizat,  istehsal,  satış  və  maliyyə 

əməliyyatları  sferalarında sərbəst qaydada qərar qəbul etməyə məcburdur və həmin 

qərarların  icrası  ilə  əlaqədar  məsuliyyət  müəssisənin  üzərinə  düşür.  Belə 

məsuliyyətin  qiyməti  demək  olar  ki,  çox  yüksəkdir,  çünki  müəssisə  üzərinə  düşən 

məsuliyyəti  yerinə  yetirməyəndə  o  öz  pul  vəsaiti  və  ya  əmlakı  ilə  cavab  verməyə 

məcbur olur. Bəzən isə müəssisə öz fəaliyyətini  dayandırmalı olur. 

Bazar  iqtisadiyyatı  bir  sıra  kateqoriyaların  inkişafını  nəzərdə  tutur; 

mülkiyyətin  müxtəlif  formalarının  (dövlət,  xüsusi,  bələdiyyə  və  s.)  mövcudluğu, 

təsərrüfat  vahidlərinin  tipləri;  riskin  mövcudluğu  və  s.  Eyni  zamanda  pulun  rolu 

yüksəlir,  onun  istifadə  formaları  və  fəaliyyətin  son  nəticələrinə  təsiri  genişlənir. 

Rəqabət  meydana  gəlir,  sahibkarlıq  inkişaf  edir  və  s.  Belə  bir  şəraitdə 

əsaslandırılmış  qərarların  qəbulu,  həyata  keçilməsi  və sonda müsbət nəticənin əldə 

edilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Çox  hallarda  belə  qərarlar  pul  vəsaitinin 

hərəkəti  və  istifadəsi  ilə  əlaqədar  olan  pul  münasibətləri  sahələrinə  aiddir.  Ona 

görə  də,  bazar  iqtisadiyyatı  şəraitində  müəssisələr  öz  fəaliyyətlərinin  maliyyə 

aspektlərinə  olan  münasibətlərini  kökündən  dəyişdirməlidirlər.  Bu  isə  birinci 

növbədə  təsərrüfat  subyektinin  maliyyə  fəaliyyətinin  təşkili  və  idarəolunmasının 

yeni  formalarının axtarılmasını obyektiv zəruri  edir. 




 

16 


Bütün  yuxarıda  qeyd  olunanlar  müəssisələrdə  maliyyə  fəaliyyətinin 

kompldeks  idarəolunması  sisteminin  tətbiq  edilməsinin  məqsədəuyğunluğunu 

müəyyən  edir.  Beləliklə,  bazar  iqtisadiyyatı  şəraitində  zəruri  əsaslar  yarandıqca 

təsərrüfat  subyektlərində  iqtisadi  proseslərin  əsaslı  tənzimlənməsi  aləti  kimi 

maliyyə  menecmenti  çıxış  etməyə  başladı.  Ancaq  maliyyə  menecmenti  – 

müəssisənin  maliyyə  fəaliyyətinin  müsbət nəticələrini  təmin  edə bilər. 

 

 

 



 

 

 




 

17 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə