Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə,
zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə
inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu
mələk etsəydik, yenə də insan qiyafəsində göndərər və
onları bir daha şübhəyə salardıq
».
Sual 32: İlk müsəlman kimdir?
Cavab:
Qurani-kərimin «Ənam» surəsinin 163-cü
ayəsində buyurulur: «
(Ya Məhəmməd, de ki) onun heç
bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk
müsəlmanam
».
Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət
Məhəmməddir (s). Amma «Yunis» surəsinin 72-ci ayəsində
Nuh peyğəmbərin, «Bəqərə» surəsinin 128-ci ayəsində
İbrahim peyğəmbərin, «Yusif» surəsinin 101-ci ayəsində isə,
Yusif peyğəmbərin müsəlmanlığı haqqında məlumat verilir.
Bəzi təfsirçilərin fikirincə, hələ ruhlar aləmində Allah-
təalanın dəvətinə ilk müsbət cavab verən insan, həzrət
Məhəmməd (s) olduğu üçün ilk müsəlman da o hesab
edilməlidir.
Amma başqa bir fikir də mövcuddur. «Müsəlman»
sözünün lüğəti mənası «təslim olan» deməkdir. Bu
baxımdan Adəm peyğəmbərdən başlayaraq, Allah əmrinə
bütün təslim olanlar müsəlmandırlar.
«Müsəlman» sözünün ikinci mənası, İslam dinini qəbul
edən şəxslərə şamil olunur və bu baxımdan ilk müsəlman
həzrət Məhəmməd (s) olmuşdur.
Sual 33:
Adəm (ə) günahkardırmı?
Cavab:
Yəhudilərin və məsihilərin müqəddəs
kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir.
28
Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi
qətiyyətlə inkar olunur.
Bilirik ki, Adəm ilahi peyğəmbərlərdəndir. Quran
ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz.
Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə,
mütləq günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti
mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən
yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı bir adam
kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda,
cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar
irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində
isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk
edib.
İlahi dərgaha yaxın insanların əməlləri, onların
məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab
olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona
görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər, dərhal
cəzalandırılırlar.
Adəmin qadağan olunmuş ağaca toxunması günah yox,
tərki-əvladır. Bu əmələ görə, adi bir adam heç vaxt
cəzalandırılmazdı. Adəm peyğəmbərin cəzalandırılmasının
səbəbi, onun yüksək məqamı idi. Allah-təala «bu ağaca
yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız»
buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir.
Sual 34:
Musa (ə) nə üçün tövbə etdi?
Cavab:
Musa peyğəmbər Bəni-İsrail tayfasının
inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi.
«Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «
(Ya
Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab
endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan
29
daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər»
demişdilər
».
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-
təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə,
Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü
mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala
buyurdu: «
Sən məni əsla görə bilməzsən. Lakin dağa
bax. Əgər o yerində dura bilsə, sən də məni görə
bilərsən
».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi
və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan
sonra isə bu yersiz istəyə görə tövbə etdi.
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə
üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa
Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə
edirdi.
Sual 35:
Nə üçün dünya bir anda yaradılmadı?
Cavab:
«Əraf» surəsinin 54-cü ayəsində buyurulur:
«
Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq
etdi
». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan
Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda
həyata keçməməsi, həmin işin hikməti haqqında
düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində
doqquz ay müddətində mərhələ-mərhələ formalaşması,
yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə
milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda
buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən
tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı,
ilahi elmin əzəmətindən danışır.
30
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında olan dünya öz oxu
ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci
gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda
dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi
yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer
soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və
ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer
üzündə zahir oldu.
Sual 36:
Əsa əjdahaya çevrilə bilərmi?
Cavab:
«Əraf» surəsinin 107-ci ayəsində oxuyuruq:
«
Musa əsasını atdı və o, dərhal aşkar görünən əjdahaya
çevrildi
».
Musanın əsasının əjdahaya çevrilməsi hadisəsini iki
baxımdan izah etmək olar: Əvvəla, qeyd edək ki, bütün
peyğəmbərlər möcüzə ilə gəldikləri kimi, Musa (ə) da
möcüzə ilə gəlmişdi və bu möcüzələrdən biri də, əsa idi. Bu
hadisənin adi insanlara təəccüblü görünməsi, möcüzənin
mahiyyətini təşkil edir. Əgər bir hadisə təəccüb
doğurmursa, onu möcüzə hesab etmək olmaz. Musa öz
peyğəmbərliyini möcüzə ilə sübuta yetirməli idi. Bütün
materiya qanunlarının tabe olduğu Allahın iradəsi ilə bu
möcüzə baş tutdu.
İkincisi, unutmaq olmaz ki, təbiət aləmindəki bütün
heyvanlar da, digər canlılar kimi torpaqdan yaranmışdır.
Əgər həm əjdaha, həm də əsanın düzəldildiyi ağac
torpaqdan yaranmışdırsa, onların bir-birinə çevrilməsində
elmlə uzlaşmayan heç bir şey yoxdur. Təəccüb doğuran isə,
31
Dostları ilə paylaş: |