Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

Cavab:  
Əgər  kəşf  və  ixtiralar  tarixinə  nəzər  salsaq, 
alimlərin  bu  yolda  çəkdikləri  üzücü  zəhmətlərə  şahid 
olarıq. Onlar min bir əzab-əziyyətə qatlaşaraq, öz yenilikləri 
ilə  bəşəriyyətə  böyük  faydalar  vermişlər.  Məşhur  fizik 
Edisson  elektrik  cərəyanının  kəşfi  yolunda  nəinki  əziyyət 
çəkmiş,  hətta  həyatını  qurban  vermişdir.  Nəticədə, 
dünyanın  qaranlıq  gecələri  işıqlanmış,  zavod  və  fabriklər 
hərəkətə gəlmiş, bir sözlə, həyat yeni rəng almışdır. Ortaya 
belə  bir  sual  çıxır:  necə  ola  bilər  ki,  həyatını  bəşəriyyət 
yolunda  fəda  etmiş  bir  insan  imanı  olmadığı  üçün 
cəhənnəmə, əlini ağdan qaraya vurmamış bir müsəlman isə, 
behiştə getsin? 
İmam Kazim (ə) buyurur: «
Bəni-İsraildə biri imanlı, o 
biri  isə  kafir  olan  iki  qonşu  vardı.  Kafir  qonşu  öz 
imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını 
dəyişdi.  Mömin  qonşusu  ilə  yaxşı  rəftarlarına  görə, 
axirətdə 
onu 
oddan 
qoruyacaq 
bina 
ilə 
mükafatlandırıldı
»
1
.
Çox  olub  ki,  məscid  və  ya  mədrəsə  tikən  bir  şəxsin 
niyyəti Allahı razı salmaq yox, hansısa şəxsi mənafelər olub. 
Əksinə, imkansız bir şəxs sırf Allahın razılığı üçün çox kiçik 
bir iş görüb. İslam dinində bütün əməllər niyyətin saflığı ilə 
ölçüldüyü üçün, ikinci şəxsin kiçik işi daha üstündür.
Əgər  alim  maddi  təmənnaya,  vəzifə  və  şöhrətə  görə 
əziyyət  çəkmişsə,  heç  bir  ilahi  mükafat  gözləməməlidir. 
Onun  gördüyü  iş  günah  hesab  olunmur,  amma  savabı  da 
yoxdur.
Sual 87:
 Uzun-uzadı, əlçatmaz arzular bizə nə verir?
Cavab:
  Ümid  və  arzu  insan  fəaliyyətinin  əsas 
amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum 
1
 «Biharul-ənvar», 3-cü cild, səh.377.
78


olsa,  yaşayış  nizamı  pozular.  Həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:   «
Ümid,  mənim  ümmətimin  mərhəmət 
mayasıdır.  Əgər  ümid  nuru  sönsəydi,  heç  bir  ana 
övladına  süd  verməz  və  heç  bir  bağban  fidan 
əkməzdi
»
1

Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi 
aşıb  ifrata  vararsa,  uzun-uzadı,  əlçatmaz  arzulara  çevrilər. 
Ayədə  buyurulur:   «
Qoy  kafirlər  hələ  yeyib  içsinlər, 
ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra 
biləcəklər
»
2
.  Ayədə  zikr  edilən  arzu-ümid  həmin 
məhvedici  uzun-uzadı  arzulardır.  Bütün  həyatı  boyu 
hücumlara  hədəf  olan  insan  yalnız  ayıq-sayıq  olarsa, 
qoruna  bilər.  Uzun-uzadı  arzular  isə  insanın  başını  qatıb, 
onu yuxuya verir.
Həzrət  Əli  (ə)  buyurur:   «Camaat!  Sizin  üçün  çox 
təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət 
və  uzun-uzadı  arzular.  Nəfs  istəkləri  sizi  həqiqətdən 
uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan 
çıxarar
»
3
.
Ətrafa  diqqətlə  nəzər  ,lıqlara  çevrildiklərinin  şahid 
olarıq. «Kumeyl» duasında oxuyuruq: «Uzun-uzadı arzular 
məni gerçək, faydalardan məhrum etdi». El arasında gözəl 
bir deyim də var: «Çox istəyən, azdan da olar».
Sual 88:
 Quranı təhrif etmək mümkündürmü?
Cavab:  
Bəşər  tarixində  dəyişikliyə  məruz  qalmamış 
yeganə  kitab,  Qurani-kərimdir.  Qurandan  əvvəl  nazil 
olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur. 
1
 «Ali-imran» surəsi, ayə 159.
2
 «Hicr» surəsi, ayə 3.
3
 «Nəhcül-bəlağə» {mənbə kamil deyil}.
79


«Hicr»  surəsinin  9-cu  ayəsində  buyurulur: «
Şübhəsiz 
ki,  Quranı  biz  nazil  etdik  və  sözsüz  ki,  biz  də  onu 
qoruyub  saxlayacağıq
».  Quranın  bu  sayaq  ciddi 
qorunmasının  əsas  səbəbi,  əvvəlki  ilahi  kitabların  kafirlər 
tərəfindən  təhrif  olunmasıdır.  Ötən  on  dörd  əsrdə  uyğun 
təcavüzlərə  dəfələrlə  məruz  qalmış  Qurani-kərim,  vəd 
olunduğu kimi qorunmuşdur.
Hicri  ΙV  əsrin  böyük  alimlərindən  olan  Seyid  Mürtəza 
deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?! 
Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və 
II  dünya  müharibələrinə  kimdə  şəkk  var?!  Deyilənlər 
haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-
şübhəyə  yer  qoymur.  Qurani-kərim  də  belədir.  Onun  hər 
bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün 
şübhələri  aradan  qaldırır,  təcavüzlərin  qarşısında  keçilməz 
sədd çəkir». 
Sual 89:
 Şeytanları qovan «şihab» nədir?
Cavab:  
Allah-təalanın  elm  və  qüdrətinə  gözəl 
nümunələrdən  biri,  başımız  üzərindəki  səmada  baş  var 
hadisələrdir.  İnsan  düşüncəsini  heyrətə  gətirən  bu 
səhnələrdə  düşünənlər  üçün  böyük  ibrətlər  vardır. «Hicr» 
surəsinin  16-cı  ayəsində  buyurulur: «
Biz  səmada  bürclər 
yaratdıq, onları baxanlar üçün bəzədik
».
Səmadakı  bürclər  günəş  və  ayın  mənzillərinə  bir 
işarədir.  Müxtəlif  fəsillərdə  yerdən  baxarkən  günəş  və  ay 
müəyyən bir bürcə yaxın görünür. Bu vaxt məsələn, «günəş 
filan  bürcdədir»  deyirik.  Allah-təalanın  varlığına  şəhadət 
verən  bu  nizam-intizam  qarşısında  kafir  qövm  yenə  də  öz 
küfründən  əl  götürmür.  Uyğun  surənin  14-cü  ayəsində 
oxuyuruq:   «
Əgər  onlara  göydən  bir  qapı  açsaq  və 
durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar
».
80


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə