Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

səviyyəli  istedada  malik  olduqlarından  dinlədikləri 
mövzunu  anlamaya  da  bilərlər.  Məsəl  çəkildiyi  zaman  iti 
ağıla malik olmayanlar üçün də qaranlıq nöqtələr işıqlanır.
Qurani-kərim  bütün  bəşəriyyətə  ünvanlandığından 
onun müxtəlif surələrində kifayət qədər misallar çəkilir. 
Həzrət  İsanın  (ə)  bakirə  qadından  doğulmasına 
inanmayanlara  Qurani-kərim  belə  bir  misal  çəkir: «
Allah 
yanında İsa da Adəm kimidir
»
1
. Allah-təala İsanın atasız 
doğulmasına  şəkk  edənlərə  həm  ata,  həm  də  anasız 
yaradılmış Adəmi xatırladır.
Bəs  Qurani-kərimdə  müxtəlfi  mövzuların  izahı  üçün 
çəkilmiş məsələlərin konkret hansı faydaları vardır?
1. Adətən, hiss üzvləri ilə inanan insan bəzi mürəkkəb 
əqli  məsələləri  anlamaqda  çətinlik  çəkir.  Çəkilmiş  məsəl 
onun  düşüncəsinin  mümkün  qədər  əqli  həqiqətlərə 
yaxınlaşdırır.  Bir  növ  hisslər  ən  uca  nöqtədən  baxmağa 
başlayır.
2.  Çəkilmiş  misallar  bir  məsələnin  sübutu  üçün 
gətirilmiş dəlillərin təsirini gücləndirir.
3. Məsəl çəkmək bir növ elmi dilin sadələşdirilməsidir.
4. Məsəl mövzunu əql dilindən hiss dilinə tərcümə edir.
5.  Mövzu  məsəl  qəlibinə  töküldükdən  sonra  höcət 
insanların bəhanəsi kəsilir.
Sual 78:
 Behiştin neçə qapısı vardır?
Cavab:
  Ayə  və  hədislərdən  məlum  olur  ki,  behişt 
müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, 
heç  də  bir  qapıdan  daxil  olmağın  çətinliyi  deyildir.  Bu 
qapılar  hər  hansı  tayfa  və  təbəqə  üçün  də  nəzərdə 
tutulmamışdır.  Bir  çox  saraylarda  qapıların  çoxluğunda 
məqsəd tamam başqadır.
1
 «Ali-imran» surəsi, 59.
70


Rəvayətlərdə  nəql  olunur  ki,  behiştin  müxtəlif  adlı 
qapıları  vardır.  Bu  qapılardan  biri  «mücahidlər  qapısıdır». 
Bu  qapıdan  din  yolunda  vuruşmuş  mücahidlərin  behiştdə 
daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.
İmam  Sadiq  (ə)  buyurur:   «
Behiştin  səkkiz  qapısı 
vardır  və  onlardan  hər  biri  eni  qırx  illik  yol 
uzunluqdadır
».  Hədisdən  aydın  olur  ki,  behişt  qapısı 
bizim düşündüyümüz qapı anlamında deyildir.
«Hicr»  surəsinin  44-cü  ayəsində  cəhənnəmin  yeddi 
qapıya  malik  olması  bilindirməklə,  səadətə  daha  çox  yol 
olduğuna işarə vurulur. 
Sual 79:
 Fəsad nədir?
Cavab:
  Əvvəlcə  onu  qeyd  edək  ki, «fəsad» «səlah»ın 
antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad 
əşyanın  istər  az,  istərsə  də  çox  miqdar  tarazlıq  halından 
çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. 
Sadə  dillə  desək,  fəsad,  günah  və  fitnə,  səlah  isə  savab  və 
xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və 
təfritçilik  fəsad  hesab  edilir.  Qurani-kərimin  müxtəlif 
ayələrində bu mövzuya toxunulur:
«
Yer üzündə fəsad törədər və islah olmazlar
»
1
.
«
Allah-təala  fəsad  törədənləri,  saleh  əməl 
sahiblərindən fərqləndirir
»
2
.
«
İslah ol və fəsad törədənlərin ardınca getmə
»
3
.
«İman  gətirib  saleh  iş  görənləri,  yer  üzündə  fəsad 
törədənlərlə eyni tutmarıq
»
4
.
1
 «Şüəra» surəsi, ayə 152.
2
 «Bəqərə» surəsi, ayə 220.
3
 «Əraf» surəsi, ayə 142.
4
 «Sad» surəsi, ayə 27.
71


Müxtəlif  ayələrdə  fəsad  törətmək  Allah  və 
peyğəmbərlərlə  vuruşmaq,  insanın  qətli  hər  cür  azğınlıqa 
aid edilir.
  Yer  üzündə  fəsad  törədənlər  sırasında  ilkin  adı 
çəkilənlərdən  biri  Firondur.  Artıq  həlak  olacağını  anlayan 
Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «
İndimi? 
Halbuki,  əvvəlcə  Allaha  qarşı  çıxmış  və  fəsad 
törədənlərdən olmuşdun
»
1
.
Bəzən  oğurluq  fəsad  hesab  edilir.  Yusif  peyğəmbərin 
qardaşları  oğurluqda  ittiham  olunduqları  zaman  deyirlər: 
«
Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik
»
2

Sual 80:
 Şimşəyin faydası varmı?
Cavab:
 Bildiyimiz kimi, şimşək mənfi və müsbət yüklü 
iki buludun bir-birinə yaxınlaşmasından yaranır. Bu hadisə, 
mənfi  və  müsbət  yüklü  iki  naqil  bir-birinə  toxunduqda 
qığılcım yaranmasının oxşarıdır. Bütün təbiət hadisələrində 
istər  cəmiyyət,  istərsə  də  təbiət  üçün  faydalar  olduğunu 
bilirik.  Bəs  şimşəyin  faydası  nədir?  Qurani-kərimdə 
buyurulur:   «
Sizə  qorxu  və  ümid  məqsədi  ilə  şimşək 
göstərən, ağır buludları yaradan da Odur
»
3

Ayədən  göründüyü  kimi,  şimşəyin  ilkin  faydası, 
insanları  Allah-təalanın  əzəmətindən  xəbərdar  etməkdir. 
Buludla  yer  arasında  yaranan  belə  şimşəkləri  «saiqə» 
adlandırmışlar.  Müsbət  yüklü  bulud  həmişə  mənfi  yüklü 
yerə  yaxınlaşdıqda,  saiqə  yaranır. «
Allah onların vasitəsi 
ilə istədiyini vurar
» ayəsində saiqə nəzərdə tutulur.
«Təbiətin  zarafatı»  adlandırılan  şimşəyin,  bir  sıra  təbii 
faydaları  da  vardır.  On  beş  min  dərəcə  santiqrad  istilik 
1
 «Yunis» surəsi, ayə 91.
2
 «Yusif» surəsi, ayə 73.
3
 «Rəd» surəsi, ayə 12.
72


yaradan  şimşəklər,  havanı  yandırır  və  bunun  ardınca 
havanın  təzyiqinin  dərhal  enməsi  nəticəsində  buludlardan 
yağış  yağır.  Həmin  yüksək  temperaturda  yağış  damlaları 
artıq  oksigendən  yaranır  və  belə  su, «ağır  su»  adlanır.  Bu 
suyun  formulu  N₂O₂  -dir.  Ağır  su  isə,  güclü 
mikroböldürücü xüsusiyyətə malikdir. 
Yüksək  temperaturda  yaranmış  yağış  damlalarının 
tərkibində  karbon  turşusu  olduğundan,  bu  yağış  həm  də 
torpaq üçün gübrə funksiyasını daşıyır.
Sual  81:
  Quran  «hamı  səcdədədir»  buyurarkən,  nəyi 
nəzərdə tutur?
Cavab:  
Bütün  hadisələr  iki  mümkün  mahiyyətdən 
birini  daşıyır.  Onlar  ya  təkvinidir  (fitri,  təbii),  ya  da  təşri
´idir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə 
mükafatlandırılmış  bəşəriyyət  Allahın  səcdəsinə  dəvət 
edilir  və  bu  əmrə  itaət  edənlərin  səcdəsi  iradidir.  Amma 
təbiətdə  baş  verən  hadisələr  təşri´idir.  Yəni  onun 
iradəsindən asılı deyil. «Rəd» surəsinin 15-ci ayəsində belə 
buyurulur:   «
Göylərdə  və  yerdə  kim  varsa,  özləri  də, 
kölgələri  də  səhər-axşam,  istər-istəməz  Allaha  səcdə 
edər
».  Ayədəki  «istər-istəməz»  kəlmələri  aşkar  göstərir  ki, 
nəzərdə  tutulan  səcdə  təşri´i  yox,  təkvinidir.  Bəs  bu  hansı 
səcdədir?
Bu  barədə  təfsirçilər  müxtəlif  fikirdədirlər.  Bir  qrup 
təfsirçinin  fikirincə,  ayə  bütün  kainatda  ilahi  qanunların 
hökm sürdüyünə bir işarədir.
Digər  bir  qrup  təfsirçi  isə,  ayədə  bütün  mövcudların 
kölgələrinin  səcdəsindən  danışıldığını  bildirirlər.  İstər 
insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. 
Səhərlər  bir  istiqamətdə  kölgə  günorta  düzəlir,  axşam  isə 
73


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə