Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

Cavab:
 Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin 
(ə)  ilahi  məqamı  kimsədə  şübhə  doğurmur.  Allah-təala 
İbrahim  haqqında  buyurur:   «
Yadına  sal  ki,  Rəbbi 
İbrahimi  bir  neçə  sözlə  imtahana  çəkdiyi  zaman  o, 
Allahın  əmrlərini  tamamilə  yerinə  yetirdi.  Belə 
olduqda,  Allah  ona  buyurdu:   «Səni  insanlara  imam 
təyin edəcəyəm
»
1

Burada  İbrahimi  yada  salmağımız  təsadüfi  deyil.  O, 
məhz  büt  sındırmaqla  şöhrət  tapmış  peyğəmbərdir.  Bir 
müddət  məntiq  və  dəlillə  ətrafındakıları  bütpərəstlikdən 
çəkindirib,  bir  Allaha  üz  tutmağa  çağıran  peyğəmbər 
istehza ilə qarşılandı. Artıq əməli fəaliyyətə keçməyin vaxtı 
idi.  Bütxananı  xəlvət  görən  İbrahim  (ə)  vəzifəsini  yerinə 
yetirmək qərarına gəldi.
Bayram  münasibəti  ilə  şəhər  kənarına  çıxmış 
bütpərəstlər  geri  qayıdıb,  bütxanaya  daxil  olanda, 
gördükləri  səhnədən  dəhşətə  gəldilər.  Sağ-salamat  qoyub 
getdikləri bütlər, qol-qıçı sınmış halda ətrafa səpələnmişdi. 
Onlar  «allahlarımızın  başına  bu  oyunu  kim  gətirib»,  deyə 
fəryad qopardılar.
Nəhayət,  təxminən  16  yaşlı  İbrahim  (ə)  tutulub, 
mühakimə  üçün  zalım  Nəmrudun  hüzuruna  gətirildi. 
İbrahimin  «bəlkə,  bu  işi  böyük  büt  görüb»  sözləri 
bütpərəstləri  tamam  çaşdırdı.  Onun  məqsədi,  bütlərin 
acizliyini ətrafdakılara anlatmaq idi. Bütpərəstlər İbrahimin 
sözlərindən  bir  anlıq  oyansalar  da,  cəhalət  üstün  gəldi. 
Nəmrudun əmri ilə İbrahim oda atıldı.
Yuxarıda  deyilənlərdən  aydın  oldu  ki,  bütləri 
sındırmaq nəinki, günah deyil, hətta vacib bir dini vəzifədir. 
Bunu  da  unutmaq  olmaz  ki,  büt  təkcə  taxtadan  və  ya 
daşdan  yonulmuş  heykəl  deyil.  İnsanı  Allahdan 
1
 «Bəqərə» surəsi, ayə 124.
101


uzaqlaşdıran  hər  bir  əşya,  hər  bir  əyləncə,  hər  bir  bağlılıq 
bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını 
unutmaq bütpərəstlikdir. 
Sual  111:
  Atəşin  gülzara  döndüyünü  görən  Nəmrud 
iman gətirdimi?
Cavab:
 Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, 
zalım  padşah  Nəmrud  İbrahimi  odda  yandırmaq  qərarına 
gəldi.  Zalım  istismarçılar,  adətən,  avam  kütlələrin  qəlbini 
ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən 
idi.  O,   «hanı  sizin  qeyrətiniz»,   «nə  üçün  tanrılarınızı 
müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» 
kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal 
üçün  qırx  gün  çır-çırpı  daşıdı.  Tonqal  qalandıqdan  sonra 
ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. 
Çox  düşündükdən  sonra  qərara  gəldilər  ki,  İbrahimi 
mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də 
etdilər.  Allah-təala  buyurur: «
Biz  də  «ey  atəş,  İbrahimə 
qarşı sərin və zərərsiz ol» buyurduq
»
1

«Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) 
İbrahimin  (ə)  görüşünə  gəlib,  dedi:   «Köməyə  ehtiyacın 
varmı?».  İbrahim  (ə)  belə  cavab  verdi:   «Sənin  köməyinə 
yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək 
istə».  Həzrət  İbrahim  dedi:   «Hamıdan  xəbərdar  olması 
kifayətdir!».
Bütpərəstlər  İbrahimi  atdıqları  odun  vahiməsindən 
fəryad çəkir, Nəmrud isə İbrahimin bir ovuc külə dönəcəyi 
anı  həsrətlə  gözləyirdi.  Amma  tonqal  yanıb  tükəndikdən 
sonra  İbrahimin  sağ-salamat  onunla  üzbəüz  dayandığını 
görən  Nəmrud  haray  çəkib  dedi: «Ey  İbrahim!  Doğrudan 
da,  sənin  Allahın  böyük  imiş.  Səninlə  od  arasında  pərdə 
1
 «Ənbiya» surəsi, ayə 69.
102


çəkəcək  qədər  böyük!  İndi  ki,  belə  oldu,  O  Allahın 
qüdrətinə xatir qurbanlıq edirəm».
Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma 
İbrahim  ona  xatırladı  ki,  bütpərəstlikdən  imtina  edib,  bir 
Allaha  iman  gətirməsə,  qurbanları  qəbul  olmayacaq. 
Nəmrud  isə  ona  belə  cavab  verdi: «Belə  etsəm,  taxt-tacım 
əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».
Sual 112:
 Bir mühakimədə iki hökm ola bilərmi?
Cavab:
  «Ənbiya»  surəsinin  78-ci  ayəsində  xarab 
edilmiş əkin sahəsinə işarə olunur. Dini rəvayətlərdə isə, bu 
hadisə ətraflı şərh olunur.
Davud  peyğəmbərin  (ə)  dövründə  bir  qoyun  sürüsü 
gözəl bir bağa girib, onu xarab edir. Bağ sahibi şikayət üçün 
Davudun  yanına  gəlir.  Onu  diqqətlə  dinləyən  peyğəmbər 
hökm  çıxarır  ki,  vurulmuş  ziyanın  əvəzində  qoyunlar  bağ 
sahibinə verilsin.
Bu  hadisə  cərəyan  edən  vaxt  uşaq  olan  Süleyman, 
atasına  yaxınlaşıb  deyir:   «
Ey  Allahın  peyğəmbəri,  bu 
hökmü  əvəz  etsən  yaxşıdır.  Bağı,  bərpa  edilənədək 
qoyunların sahibinə tapşır. Qoyunları isə bağ sahibinə 
ver  ki,  bağ  bərpa  olanadək,  südündən  yunundan 
istifadə etsin
»
1
.
Məlumatsızlıq üzündən cahil insanlar elə düşünə bilər 
ki, uyğun əhvalatda haqqında danışılan iki hökm bir-birinə 
ziddir.  Hansı  ki,  bir  çətinlikdən  iki  çıxış  yolu  ola  bildiyi 
kimi, bir mühakimədə də iki müxtəlif hökm verilə bilər.
Davud  peyğəmbər  bağ  sahibinə  dəymiş  zərəri 
hesablayaraq,  bu  zərərin  qoyunlarla  ödənməsi  hökmünü 
vermişdi.  Bu  hökm  tam  ədalətli  idi.  Oğlu  Süleymanın 
verdiyi hökm də ədalətə əsaslanırdı.
1
 «Məcməul-bəyan».
103


Belə  bir  hadisənin  baş  verməsinin  hikməti  nə  idi? 
«Təfsiri-Safi»də  nəql  olunur  ki,  imam  Sadiq  (ə) 
buyurmuşdur:   «
Bu  macəra  Davud  peyğəmbərin 
canişininin  təyini  ilə  bağlı  idi
».  Hədisdən  belə  məlum 
olur  ki,  uyğun  mühakimədə  Süleymanın  istedadını 
açıqlanmaqla,  onun  qarşıdakı  peyğəmbərlik  məqamına 
işarə olunurdu.
Sual  113:
  Nə  üçün  səbirdən  danışılanda  «Əyyubun 
səbri» məsəl çəkilir?
Cavab:
  Allah-təala  öz  peyğəmbəri  barədə  buyurur: 
«
Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə 
demişdi:   «Mənə  bəla  üz  verdi.  Sən  rəhimlilərin 
rəhimlisisən
»
1

İmam  Sadiqdən  (ə)  Əyyubu  ağuşuna  almış  bəlaların 
səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz 
vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox 
şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun 
çox  şükr  etməsini  nemətə  qərq  olması  ilə  əlaqləndirmişdi. 
O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya 
nemətlərini  alsan,  görərsən  ki,  o  şükr  edənlərdən  deyil. 
Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
Bu  əhvalatı  bütün  həqiqətsevərlər  üçün  dəlil  olsun 
deyə,  Allah-təala  İblisə  icazə  verdi,  İblis  əvvəlcə  Əyyubun 
var-dövlətini,  sonra  övladlarını  əlindən  çıxardı.  Lakin  bu 
hadisələr  Əyyubun  şükrünü  daha  da  artırdı.  Daha  sonra 
Əyyubu  xəstəliyə  düçar  edib,  hey-hərəkətini  əlindən  aldı. 
Lakin  Əyyub  şükrünü  davam  etdirirdi.  İblis  bu  böyük 
insanın  iradəsini  qırmaq  üçün  hücumlarını  şiddətləndirdi. 
Ətrafdakıların  «axı  nə  günah  etmisən  ki,  belə  bəlaya 
düşmüsən»  kimi  qınaqları  Əyyubun  qəlbini  parçalayırdı. 
1
 «Ənbiya» surəsi, ayə 83.
104


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə