duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru
gerçəkləşəcəkdir.
Sual 143:
Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət
hadisəsinin fəlsəfəsi nədir?
Cavab:
Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci
imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində
bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün
dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala
həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş
bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama
(ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı
bürümüş hakimiyyətini müşahidə etmək iftixarına
yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir
intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq
edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət
hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam
rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir
qrup xalis mömin və xalis kafirə aiddir. Möminlərin
qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz
dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya
həyatında kafirlərin maneçiliyi səbəbindən imanını
kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı
arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «
Rəcət ümumi
deyildir. Yalnız xalis imanlılar və xalis kafirlər dünya
həyatına qayıdarlar
»
1
.
1
«Biharul-ənvar», 53-cü cild, səh.39.
133
Sual 144:
İslam kasıbçılığı bəyənirmi?
Cavab:
Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən
İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün
sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı
olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya
ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur:
«
Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır
»
1
.
İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir.
İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam,
cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli
bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl
tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət
qazanmaq qəbahət yox, müqəddəs işdir.
İmam Sadiq (ə) buyurur: «
Səni başqalarının haqqına
təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən
kasıbçılıqdan üstündür
»
2
.
Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların
kəlamlarından aşağıdakı nəticələr alınır:
- Kasıb millətin azadlığı və başıucalığı qeyri-
mümkündür;
- Kasıblıq, asılılıqdır;
- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
- Kasıblıq, insanı günaha çağırır ...
Sual 145:
Ata-anaya nə zaman itaət olunmamalıdır?
Cavab:
Allah-təala insanı valideynlərə ehsana çağıraraq
buyurur: «
Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə
etdik...
»
3
. «Loğman» surəsinin 15-ci ayəsində «
dünya
işlərində onlarla gözəl keçin
» buyurulur.
1
«Vəsailuş-şiə», 12-ci cild, səh.17.
2
«Vəsailüş-şiə», 12-ci cild, səh. 17.
3
«Ənkəbut» surəsi, ayə 8.
134
Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə)
hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın
valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün
«behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq
kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq
etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də
ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq
dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki,
övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib
ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin
məsələlərdə
itaət
olunmamalıdır.
Qur´ani-kərimdə
oxuyuruq: «
Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə
şərik qoşsalar, onlara itaət etmə
»
1
. Həzrət Əli (ə) «Nəhcül-
bəlağə»də buyurur: «
Allaha üsyan etməklə, bəndəyə itaət
etmək olmaz
».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə
arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana
insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə
malik deyildir.
Sual 146:
Günahdan çəkinmək istəyən insan nə
etməlidir?
Cavab:
Xəstəxana, idman zalı, həbsxana nə üçündür?
Heç
şübhəsiz
ki,
insanın
mənəvi
və
fiziki
tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə
əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə
olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki,
gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından
sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib,
başqa həkimə müraciət ediblər.
1
«Ənkəbut» surəsini, ayə 15.
135
Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman
növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar
da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq,
insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan
narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar
mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «
Namaz insanı çirkin
işlərdən çəkindirir
»
1
.
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan
çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə
üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı
misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur.
Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana
tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq,
insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri
vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün
kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə)
buyurur: «
Namazın qəbul olunmasının əlaməti, onun
insanı çirkinlikdən uzaqlaşdırmasıdır
».
Sual 147:
Hansı musiqi haramdır?
Cavab:
Quranın ayələri və Əhli-beyt (ə) hədislərində
musiqinin xüsusi bir növü olan «ğina» haram
buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam
ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində,
Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını
həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər
musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan
ğinanın haram buyurulması, məntiqə uyğundur.
1
«Ənkəbut» surəsi, ayə 45.
136
Dostları ilə paylaş: |