3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;
4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə
törətmək qüdrətində deyillər;
5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar
öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;
6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə
varsa, elə də görünürlər.
Sual 135:
Şirin su şor suya qatışmadan dura bilərmi?
Cavab:
«Fürqan» surəsinin 53-cü ayəsində buyurulur:
«
Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan
iki dənizi qovuşduran, aralarında sədd qoyan Odur
».
Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının
incəliklərindən danışılır.
Maraqlıdır, şirin və şor su arasında qoyulan
gözəgörünməz
sədd
nədir?
Elmin
bu
günkü
naliyyətlərindən istifadə edərək, həmin «gözəgörünməz
sədd»in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə
bilərik. Başqa sözlə, şirin suyun qatılığı şor suyun
qatılığından fərqlənir və bu fərq, sanki onlar arasında
çəkilmiş pərdə rolunu oynayır.
Bəs, bir-birinə qovuşmuş, biri şirin o biri isə şor iki
dəniz haradadır? Cavab belədir ki, bütün böyük çayların
dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə
uzun müddət qorunur. Təyyarə vasitəsilə uyğun su
kütlələrinin üzərindən uçduqda, şirin su ilə şor su
arasındakı sərhəd aydın görünür.
Sual 136:
Günah savabla əvəz oluna bilərmi?
Cavab:
«Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq:
«(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib
125
iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah
onların pis əməllərini yaxşı əməllərə çevirər
».
Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql
edir: «
Qiyamət günü Allah-təala bəzi insanların böyük
günahlarının üstünün açılmaması barədə göstəriş verər.
Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar
həmin günahları etiraf edərkən, öz böyük günahları
haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala
istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab
verilməsini buyurar. İnsan heyrət içində böyük
günahlarını axtara-axtara qalar
»
1
.
Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə
edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın
çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər
bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri
atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın
yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata
keçirilməlidir.
Sual 137:
Güc çatmayan məsələni necə həll etmək olar?
Cavab:
«Fürqan» surəsinin son ayəsində buyurulur:
«
De ki, duanız olmasa, Rəbbimin yanında heç bir
dəyəriniz yoxdur
».
Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər
işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan
olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır.
İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə
həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama
ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan
yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv
olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün
1
«Nurus-səqəleyn», 4-cü cild, səh. 33.
126
insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış
istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına
təsadüf olunmayıb.
Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı
çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun
paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti,
Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan
narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı
bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü
şərtidir.
İslam Peyğəmbəri (s) buyurur: «
Dua möminin silahı,
dinin sütunu, yerin və göyün nurudur
»
1
.
Sual 138:
İslamda şerə və şairə münasibət necədir?
Cavab:
İslamın «insan azadlıqlarını məhdudlaşdıran»
bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar,
Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə
ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə
buyurulur: «
Şairlərə gəlincə, onlara yalnız azğınlar
uyar
». İlk baxışdan belə görünə bilər ki, İslam dini şer və
şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində
qeyd olunur: «
Ancaq iman gətirib yaxşı işlər görən,
Allahı çox zikr edən, zülmə uğradıqdan sonra
intiqamını alanlardan başqa!
».
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər
və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək,
mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq.
Götürək rəssamlığı. Əgər rəssam öz istedadını zülm və
əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti
zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino
1
«Üsuli-kafi», 2-ci cild.
127
və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya
bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ
edən şer nəinki pis deyil, olduqca təqdirəlayiqdir. Həzrət
Məhəmməd (s) buyurur: «
Şerin bəzisi hikmət, bəzisi isə
sehrdir
»
1
.
Müasir dünyamızda eyş-işrətin təbliği o qədər
güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına
düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən
şerlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər
yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək!
Sual 139:
Süleyman peyğəmbərin macəraları bizə nə
öyrədir?
Cavab:
Qurani-kərim «Nəml» surəsinin 16-43-ca
ayələrində Süleyman haqqında buyurur:
«
Biz Davuda və Süleymana elm verdik...
».
«
Süleyman Davuda vərəsə oldu və dedi: «Ey
insanlar bizə quş dili öyrədildi...
».
«
Süleyman insan, cin və quşlardan ibarət qoşun
topladı...
»
«
Sonra Süleyman quşları yoxlayıb, dedi: «Hüd-
hüdü niyə görmürəm?...
».
«
And olsun ki, aşkar bir dəlil gətirməsə, ona
şiddətli əzab verərəm...
».
«
Hüd-hüd gəlib dedi: «Sənin bilmədiyin bir şey
öyrəndim. Sənə Səbadan doğru xəbər gətirmişəm
».
«
Mən onlara padşahlıq edən bir qadın gördüm...
».
«
Mən onun və tayfasının Allahı qoyub, günəşə
sitayiş etdiklərini gördüm...
».
1
«Əl-ğədir», 2-ci cild, səh.9.
128
Dostları ilə paylaş: |