«
(Süleyman dedi:) Mənim bu məktubumu apar,
onlara at...
»
«
(Məktubun məzmunu) Mənə qarşı təkəbbür
göstərməyin, yanışa müti olaraq gəlin...
».
«
(Səba padşahı Bəlqis dedi:) Mən onlara bir
hədiyyə göndərəcəyəm...
»
«
Süleymanın yanına gəldikdə, o dedi: «Siz mənə
var-dövlətləmi yardım edirsiniz?...
».
«
...hansınız Bəlqisin taxtını mənə gətirə bilər?
».
«
Kitabdan xəbəri olan birisi, «mən onu sənə bir göz
qırpımında gətirərəm» dedi
».
«
Süleyman ona (Bəlqisə) Allahdan başqasına ibadət
etməyi qadağan etdi»
.
Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə
bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə
yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı
göstərişləri nəticə çıxarırlar:
1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli
olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2. Bir nəfərin səhvə görə cəzalandırılmaması,
başqalarını da doğru yoldan azdırır. Rəhbər buna yol
verməməlidir;
3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün
şərait yaradılmalıdır;
5. İstər rəhbər, istər adi fərd, dəlil və məntiqə tabe
olmalıdır;
6. Cəmiyyətdə azadlıq elə bir səviyyəyə çatmalıdır ki,
adi fərd hökumət başçısına sözünü deyə bilsin;
7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;
8. Cəmiyyətdə idarəçiliyin mürəkkəbliyi və Süleyman
kimi qüdrətli padşahın adi bir quşa möhtac ola bilməsi
unudulmamalıdır;
129
9. Qadın öz zərif təbiəti ilə hökumət başçılığına qadir
deyil;
10. Millət, adətən, rəhbərin dinində olur.
Sual 140:
Məktub necə yazılmalıdır?
Cavab:
Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı:
«
Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə
yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri
çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan
çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə
imkan yoxdur
»
1
.
Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-
birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın
vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq,
həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə
yazdığı məktubları göstərmək olar.
«Nəhcül-bəlağə»də oxuyuruq: «
Elçi sənin əqlinin
təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan,
yazdığın məktubdur
». İmam Sadiq (ə) buyurur: «
İnsanın
yazdığı məktub, onun ağıl səviyyəsini göstərir
»
2
.
İslam dinində məktubla bağlı bir sıra göstərişlər
mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun
da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə
buyurulur: «
Sizə salam veriləndə ona ya olduğu kimi, ya
da daha gözəl şəkildə cavab verin
»
3
.
Sual 141:
Paklıq nöqsan hesab oluna bilərmi?
1
«Xisali-Səduq».
2
«Biharul-ənvar», 76-cı cild, səh. 50.
3
«Nisa» surəsi, ayə 86.
130
Cavab:
Paklıq bəşər övladı üçün ən böyük
üstünlükdür. Belə olduğu təqdirdə, paklıq nümunəsi olan
peyğəmbərlər və imamlar, övliyalar və zahidlər nə üçün,
adətən, ya öz vətənlərindən didərgin düşmüş, ya da
zindanlarda əzab-əziyyətə düçar edilmişlər? «Nəml»
surəsinin 56-cı ayəsində buyurulur: «
Lut tayfasının cavabı,
yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan
qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən
insanlardır
».
Dünyanın bir çox ölkələrində hökm sürən zorakı
rejimlər, adətən, bir qrup mənsəbpərəst rüşvətxordan
ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə
barışmayıb hər zaman qiyam arzusunda olduqlarından,
belə cəmiyyətlərdə onlara yer olmur.
Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun
mövzuda gözəl misaldır: Daim üfunətli dərilər arasında
işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir.
Ətirlərin qoxusundan bihuş olmuş dabbağ, ölümcül
vəziyyətə gəlir. Onu müayinə edən təbib, Dabbağın təcili
üfunətli dabbağxanaya aparılmasını məsləhət görür.
Dərilərin qoxusu dabbağın burnuna dəydikcə, o özünə
qayıdır.
Bəli, bəşər tarixi boyunca günahkarlığa rəvac verilmiş
cəmiyyətlərdə paklıq, vicdan, dindarlıq nöqsan hesab
olunmuşdur. Belə cəmiyyətlərdə spirtli içki içməyən, haram
tikə yeməyən, yalan danışmayan insanlara yer olmamış və
olmayacaqdır.
Sual 142:
«Muztərr» kimdir?
131
Cavab:
«Muztərr» ərəbcədən tərcümədə, «əli hər
yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci
ayəsində oxuyuruq:
«(Bütlər yaxşıdır) Yoxsa əli hər
yerdən üzülüb darda qalan kimsənin duasını qəbul
edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin
edən Kəs?!
».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən
insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr
olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca
şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün
həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir
kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin
bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə
gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah
iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə)
buyurur: «
Bu ayə Məhəmməd (s) ailəsindən olan imam
Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr»
Odur. O, İbrahim məqamında durub, əllərini Allah
dərgahına qaldırar və dua edər. Allah-təala onun
duasını qəbul edib, bütün narahatçılıqları aradan
qaldırar və onu yer üzünə xəlifə təyin edər
»
1
.
Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil
olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması
üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə)
zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər
insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin
dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar
Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu
1
«Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 94.
132
Dostları ilə paylaş: |