Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
579
.
71
.
Nuh
(Nuh əleyhissəlam) surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın
əzabı ilə) qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik.
2. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir
peyğəmbərəm!
3. Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
4. (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz
çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın
(əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə
salınmaz. Kaş biləydiniz!"
5. O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim!
6. Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə
yaramadı.
7. Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar
(də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər
deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
580
8. Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.
9. Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli
bildirdim".
10. Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə
edən bəndəsinin günahlarını) çox bağışlayandır!
11. O sizə göydən bol yağış göndərər;
12. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar
axıdar!
13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət
və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz
təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
14. Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış
qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
15. Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə
yaratdı?!
16. Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
17. Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
18. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
19. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
20. Onun geniş yollarında gəzəsiniz!"
21. Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə
ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
22. (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
23. Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi,
Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
581
24. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini
artır!"
25. Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və
özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!
26. Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
27. Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq
pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
28. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil
olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları
bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
582
.
72
.
əl-Cinn
(Cinlər) surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında
sübh namazı vaxtı Qur’anı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman)
dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Qur’an eşitdik.
2. O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi
Rəbbimizə şərik qoşmayacağıq.
3. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də
bir uşaq!
4. Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq
sözlər) söyləyirmiş.
5. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.
6. Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah aparır,
bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox
böyük fikirlərə düşürdülər).
7. Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman
edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.
Dostları ilə paylaş: |