Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
583
8. Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə
qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və
yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük.
9. Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin
söhbətinə) qulaq asmaq üçün (göyün) bə’zi yerlərində otururduq. Lakin indi kim
(onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.
10. Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və
mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik
etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.
11. Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif
firqələrə (məzhəblərə) ayrılmışıq.
12. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından)
canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).
13. Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman
gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə
də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən)
qorxar.
14. Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama
iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq
yolu axtarıb tapanlardır.
15. (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)"
16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam
dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında)
bol yağış verərdik ki,
17. Onları bununla (bu ne’mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz
çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.
18. Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət
etməyin!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
584
19. Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün
qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər
(izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).
20. (Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik
qoşmuram!"
21. De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu
ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)"
22. De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan
başqa heç bir sığınacaq tapa bilmərəm!
23. (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və
dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun
Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"
24. Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri
zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25. De: "Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun
üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm!
26. Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;
27. Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər
bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir
mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların önündə və
arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,
28. (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli
etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün
əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit
etmişdir)!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
585
.
73
.
əl-Muzzəmmil
(Örtünüb bürünən) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
2. Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!
3. (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
4. Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir
hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman)
aramla (ağır-ağır) Qur’an oxu!
5. Həqiqətən, Biz sənə (məs’uliyyəti) ağır bir kəlam (Qur’an) vəhy edəcəyik.
6. Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və
(o zaman) söz demək (Qur’an oxumaq, dua etmək) daha münasibdir!
7. Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin
vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər
yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb
Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin
olsa da, daha məqsədəuyğundur).
8. Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.
9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq
Onu vəkil et!