Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə41/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   37   38   39   40   41   42   43   44   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

120 



bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver! (Allah) buyuracaq: "Hər birinizi ikiqat 

əzab gözləyir, lakin siz bilmirsiniz!"  

39. Əvvəl gələnlər isə sonrakılara: "Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi 

günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün 

hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə də qazandığınız günahların cəzası 

olaraq dadın əzabı! - deyəcəklər.  

40. Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları 

açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin 

gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara 

(müşriklərə və kafirlərə) belə cəza veririk!  

41. Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün 

(atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!  

42. İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq 

yükləmərik - cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!  

43. Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların 

(qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: 

"Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola 

yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin 

peyğəmbərləri haqqı gətirmişdilər!" Onlara: "Etdiyiniz əməllərə görə varisi olduğunuz 

Cənnət budur!" - deyə müraciət ediləcəkdir.  

44. Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə və’d etdiyini 

(axirət ne’mətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə və’d etdiyini (cəhənnəm 

əzabını) gerçək olaraq gördünüzmü?" - deyə soruşacaq. Onlar: "Bəli!" - deyə cavab 

verəcəklər. Elə bu zaman onların (hər iki dəstəsinin) arasında bir carçı (İsrafil və ya 

cənnətdəkilərdən biri): "Allah zalımlara lə’nət eləsin!" - deyə səslənəcək.  

45. O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq 

(əymək) istəyər və axirətdə də inkar edərlər!"  

46. Onların ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və 

Ə’raf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları və 

günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını 

(cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə: "Sizə salam olsun!" - 

deyə müraciət edərlər. Bunlar (ə’raf əhli) çox istədiklərinə baxmayaraq hələ ora 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

121 



(Cənnətə) daxil olmamış (lakin Ə’rafda günahları təmizləndikdən sonra daxil olacaq) 

kimsələrdir.  

47. Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: "Ey Rəbbimiz! Bizi zalımlarla 

bir etmə!" - deyərlər.  

48. Ə’raf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: "Sizə nə yiğdığınız mal-

dövlət, nə də təkəbbürünüz fayda verdi", - deyəcək.  

49. (Və fağır, yoxsul mö’minləri kafirlərin böyüklərinə göstərərək: ) "Allah onları Öz 

mərhəmətinə nail etməyəcək, -deyə and içdiyiniz kəslər bunlarmıdır?" - söyləyəcəklər. 

(O anda Allah həmin mö’minlərə müraciətlə belə buyuracaq: ) "Cənnətə daxil olun. 

Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!"  

50. Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: "Üstümüzə bir az su tökün və ya 

Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" - deyəcək. Onlar isə: 

"Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" - deyə cavab verəcəklər.  

51. O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları 

aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar 

etdikləri kimi, Biz də onları bu gün unudarıq!  

52. Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah 

etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək 

üçün mükəmməl) bir Kitab (Qur’an) gətirdik.  

53. Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər vediyi aqibətimi) gözləyirlər? Onun 

xəbər verdiyi aqibət (qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar 

deyəcəklər: "Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən 

ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, 

etdiyimiz əməllərdən başqasını edək?" Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər 

də) onlardan uzaqlaşıb qeyb oldu.  

54. Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə 

etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə 

ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş 

halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. 

Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!  

55. Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları 

(qışqıraraq dua edənləri) sevməz!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

122 



56. Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, 

orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, 

Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!  

57. Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. 

Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz 

onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və 

onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə 

çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!  

58. Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. 

Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) 

yetişər. Biz ayələrimizi (ne’mətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah 

edirik.  

59. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət 

edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət 

gününün) sizə üz verəcək əzabından qorxuram!"  

60. Tayfasının başçıları ona! "Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə 

cavab verdilər.  

61. (Nuh) dedi: "Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi 

tərəfindən göndərilmiş bir peyğəmbərəm!  

62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn 

vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!  

63. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) 

rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə 

Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?"  

64. Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə 

olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda 

boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər.  

65. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! 

Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər (Allahın 

əzabından) qorxmursunuz?"  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə