Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə44/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   40   41   42   43   44   45   46   47   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

129 



133. Biz ayrı-ayrı mö’cüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, 

(evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar 

yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.  

134. Onlara əzab gəldikdə dedilər: "Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və 

peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua 

et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını 

səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik".  

135. Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.  

136. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız 

yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.  

137. Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət 

verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr 

etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (və’dlər) tam yerinə yetdi. 

Fir’onun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, 

kaşanələri) isə viran qoyduq.  

138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir 

tayfaya uğradılar. (İsrail oğulları) dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər 

kimi bir büt düzəlt!" (Musa belə) cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız!  

139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə 

puçdur!"  

140. (Musa yenə) dedi: "Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi 

halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!"  

141. (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Fir’on əhlinin əlindən qurtardıq. Onlar sizə 

şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) 

diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.  

142. Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil 

edəcəyimiz və özü ilə danışacağımız) barədə və’dələşdik, sonra ona daha bir on gün də 

əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) tə’yin etdiyi müddət tam qırx gecə (gün) 

oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah 

etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

130 



143. Musa tə’yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir 

vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə 

baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o 

yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə 

(Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan 

sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu 

işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün 

olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi.  

144. (Allah) belə buyurdu: "Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil 

etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) 

insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu ne’mətlərə görə) 

şükür edənlərdən ol!"  

145. Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və 

belə buyurduq: ) "Bundn möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox 

olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin 

yurdunu (Cəhənnəmi) göstərəcəyəm!  

146. Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi 

anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə mö’cüzə görsələr, ona 

inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu 

özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və 

ondan qafil olmalarıdır.  

147. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça 

çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!"  

148. (Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış 

kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla 

danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona 

(buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.  

149. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış 

olduqlarını gördülər, (əməllərindən çox mə’yus olub) dedilər: "Əgər Rəbbimiz bizə 

rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!"  

150. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən 

sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) 

tezləşdirməkmi istədiniz?" (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

131 



qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) 

dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar 

etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!"  

151. (Musa) dedi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin 

altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!"  

152. Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar 

dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!  

153. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin 

tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!  

154. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: "Rəbbindən qorxanlar 

doğru yola və mərhəmətə nail olacaqlar!" - (deyə yazılmışdı).  

155. Musa Bizim (Sina dağında) tə’yin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş 

(mö’təbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: 

"Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. 

Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş 

verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini 

zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar 

sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!  

156. Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət 

elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!" 

(Allah) buyurdu: "İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva 

etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə 

iman gətirənlərə yazacağam!  

157. O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış 

gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) 

peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri 

qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər, onların 

ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini 

götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Qur’anın) 

ardınca gedənlər məhz onlar nicat tapanlardır!"  

158. (Ya Rəsulum!) De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş 

peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir 

tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə