Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə52/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   48   49   50   51   52   53   54   55   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

154 



zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman 

gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə 

düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah 

yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə 

qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

61. (Münafiqlər içində) Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib 

inanan) bir qulaqdır",- deyənlər də var. De: "O qulaq sizin üçün bir ne’mətdir. Allaha da 

inanır, mö’minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab 

verənləri isə şiddətli bir əzab gözləyir!"  

62. (Ey mö’minlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları 

barədə) Allaha and içirlər. Əgər onlar mö’mindirlərsə, (bilsinlər ki) Allahın və Onun 

Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!  

63. Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi 

qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.  

64. Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən 

çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə 

çıxaracaqdır!"  

65. (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən 

nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",- 

deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!  

66. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü 

biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir 

qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün 

əzaba düçar edəcəyik!  

67. Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar 

(insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də 

bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən

münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!  

68. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları 

cəhənnəm odu və’d etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lə’nət elədi 

(mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

155 



69. (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha 

qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) 

qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) 

qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) 

yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə 

zərər eləyənlərdir!  

70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, 

Mədyən əhalisinin və Mö’təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib 

çatmadımı? Peyğəmbərləri onlara aşkar mö’cüzələrlə gəlmişdilər. Allah onlara zülm 

edən deyildi, lakin onlar özlərinə zülm etdilər.  

71. Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar 

(insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, 

Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, 

həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

72. Allah mö’min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn 

cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. 

Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük 

qurtuluşdur (uğurdur)!  

73. Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri 

isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. 

Ora nə pis yerdir!  

74. (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. 

(And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir 

olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə 

qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö’minlərə 

qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz 

ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər 

yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz 

döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer 

üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!  

75. (Münafiqlərin) bə’zisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz 

ne’mətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək 

və sözsüz ki, əməlisalehlərdən olacağıq".  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

156 



76. (Allah) Öz ne’mətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və 

(əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!  

77. (Allaha) verdikləri və’də xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da 

onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq 

saldı.  

78. Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, 

gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!  

79. Könüllü surətdə (bollu) sədəqə verən mö’minlərə tə’nə edənləri və güc-bəla ilə 

əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə 

qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!  

80. (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; 

onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu 

onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı 

doğru yola yönəltməz!  

81. (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna 

qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə 

cihad etmək istəmədilər və (mö’minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya 

Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!  

82. Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox 

ağlasınlar!  

83. Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan 

münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) 

izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir 

düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi 

də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!"  

84. Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında 

durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.  

85. Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla 

onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının 

(çətinliklə) çıxmasını istər.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə