Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə53/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   49   50   51   52   53   54   55   56   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

157 



86. "Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!" - deyən bir surə nazil 

edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: "Qoy biz də (döyüşə 

çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!" - deyərlər.  

87. Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə 

rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, 

cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.  

88. Lakin Peyğəmbər və onunla birlikdə olan mö’minlər malları və canları ilə cihad 

etdilər (vuruşdular). Bütün ne’mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!  

89. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlət 

hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!  

90. Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. 

Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) 

oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.  

91. Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, 

acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə 

bir şey tapa bilməyənlərə (cihadda öz xərcini tə’min etməyə qadir olmayanlara döyüşə 

getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə 

qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm 

edəndir!  

92. (Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir 

heyvan tapmıram",- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri 

üçün kədərdən gözlərindən yaş axa-axa ənlərdə heç bir günah yoxdur!  

93. Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər 

məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və 

uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha 

görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!  

94. (Döyüşdən üb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) 

belə de: "(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan 

bizi xəbərdar etmişdir. (Bundan belə) əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri 

də". Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə 

etdiklərinizi xəbər verəcəkdir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

158 



95. Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət 

etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! (Qoyun 

qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!) Çünki 

onlar murdardırlar və qazandıqlarının (qazandıqları günahların) cəzası olaraq 

düşəcəkləri yer də Cəhənnəmdir!  

96. Onlardan razı olasınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı 

olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!  

97. Bədəvilər küfr və nifaq baxımından daha pis (qəliz) və Allahın öz Peyğəmbərinə 

nazil etdiyi hökmləri (cahillikləri üzündən) bilməməyə (başa düşməməyə) daha 

layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

98. Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və 

(bundan xilas olmaq üçün) başınıza bəlalar (münasibətlər) gəlməsini gözləyərlər. 

(Mö’minlərə arzu etdikləri) bəla (müsibət) öz başlarına gəlsin! Allah (hər şeyi) 

eşidəndir, biləndir!  

99. Bədəvilər içərisində elələri də vardır ki, Allaha, axirət gününə inanır, xərclədiklərini 

Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu 

onlar üçün (Allaha) yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail 

edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

100. (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və 

ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah 

onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) 

altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!  

101. Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət 

etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. 

Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük 

əzaba uğrayacaqlar.  

102. (Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir 

əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah 

onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

103. (Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları 

(günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını 

artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır 

(rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

159 



104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və 

Allah tövbələri qəbul edəndir, rəhmlidir?!  

105. De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və 

mö’minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna 

qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!"  

106. (Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi 

Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər 

şeyi) biləndir, hikmət sahibidir!  

107. (Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö’minlər arasına 

təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən 

kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid 

düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin 

(münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!  

108. (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan 

qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha 

layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən 

təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!  

109. Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, 

yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm 

oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!  

110. Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər 

qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) 

biləndir, hikmət sahibidir!  

111. Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö’minlərin 

canlarını və mallarını Tövratda, İncildə və Qur’anda haqq olaraq və’d edilmiş Cənnət 

müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz 

sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!  

112. (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad 

uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və 

səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və 

Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə mö’minləri 

(Cənnətlə) müjdələ!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə