Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
163
6. Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə
yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut
edən) dəlillər vardır.
7. Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına,
cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib
ona bel bağlayanların və ayələrimizdən qafil olanların -
8. Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!
9. İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə)
qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından
çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan
Nəim cənnətlərinə yol göstərər].
10. Onların oradakı (mö’minlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan,
müqəddəssən!", orada salamlaşması: "Salam!" duası: "Həmd olsun aləmlərin Rəbbi
Allaha!" sözləridir.
11. Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi,
şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul
etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar
çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah
edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid
etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!
12. İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda
da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü
(əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub
yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.
13. Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar
mö’cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün
məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
14. Onların ardınca yer üzünün varisləri sizi tə’yin etdik ki, görək özünüzü necə
aparacaqsınız.
15. (Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab
üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Qur’an gətir və ya
onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına (istədiyim kimi) dəyişə
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
164
bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan,
(müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram".
16. De: "Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə
bildirməzdi. Mən ondan (Qur’an nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür
sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx
yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Qur’anın mənim sözlərim
deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?"
17. Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola
bilər? Günahkarlar nicat tapa bilməzlər!
18. Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət
edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha
göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə
şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"
19. İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra
(aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz (ilahi
hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda
olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.
20. Müşriklər: "Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz
üçün) Rəbbi tərəfindən bir mö’cüzə nazil ediləydi!" - deyirlər. Onlara belə cavab ver:
"Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu,
mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!"
21. İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik)
dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: "Allah daha
tədbirlidir". Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə)
yazırlar!
22. Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək
vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub
dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları
bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq
Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən
olarıq!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
165
23. Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey
insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra
hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.
24. Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən
endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi
bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer
üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır
olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu,
dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz
ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!
25. Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola
salır!
26. Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların
üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi
qalacaqlar!
27. Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər).
Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin
zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi
qalacaqlar!
28. O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra
müşrikləri: "Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!" -
deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə
gəlib deyəcəklər: "Siz bizə ibadət etmirdiniz".
29. Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və
duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!"
30. Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi
ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub
düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.
31. (Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə
sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi
düzüb qoşan (səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda
Allahdan qorxmursunuz?"
Dostları ilə paylaş: |