Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə55/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   51   52   53   54   55   56   57   58   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

163 



6. Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə 

yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut 

edən) dəlillər vardır.  

7. Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, 

cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib 

ona bel bağlayanların və ayələrimizdən qafil olanların -  

8. Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!  

9. İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) 

qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından 

çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan 

Nəim cənnətlərinə yol göstərər].  

10. Onların oradakı (mö’minlərin Cənnətdəki) duası: "Pərvərdigara! Sən paksan, 

müqəddəssən!", orada salamlaşması: "Salam!" duası: "Həmd olsun aləmlərin Rəbbi 

Allaha!" sözləridir.  

11. Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, 

şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul 

etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar 

çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah 

edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid 

etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!  

12. İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda 

da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü 

(əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub 

yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.  

13. Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar 

mö’cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün 

məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.  

14. Onların ardınca yer üzünün varisləri sizi tə’yin etdik ki, görək özünüzü necə 

aparacaqsınız.  

15. (Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq-hesab 

üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Qur’an gətir və ya 

onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına (istədiyim kimi) dəyişə 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

164 



bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, 

(müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram".  

16. De: "Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə 

bildirməzdi. Mən ondan (Qur’an nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür 

sürmüşəm. ( Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx 

yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Qur’anın mənim sözlərim 

deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?"  

17. Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola 

bilər? Günahkarlar nicat tapa bilməzlər!  

18. Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət 

edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha 

göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə 

şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"  

19. İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra 

(aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz (ilahi 

hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda 

olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.  

20. Müşriklər: "Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz 

üçün) Rəbbi tərəfindən bir mö’cüzə nazil ediləydi!" - deyirlər. Onlara belə cavab ver: 

"Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, 

mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!"  

21. İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) 

dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: "Allah daha 

tədbirlidir". Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) 

yazırlar!  

22. Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək 

vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub 

dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları 

bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq 

Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən 

olarıq!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

165 



23. Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey 

insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra 

hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.  

24. Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən 

endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi 

bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer 

üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır 

olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, 

dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz 

ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!  

25. Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola 

salır!  


26. Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların 

üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi 

qalacaqlar!  

27. Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). 

Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin 

zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi 

qalacaqlar!  

28. O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra 

müşrikləri: "Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!" - 

deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə 

gəlib deyəcəklər: "Siz bizə ibadət etmirdiniz".  

29. Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və 

duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!"  

30. Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi 

ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub 

düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.  

31. (Ya Rəsulum!) De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə 

sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi 

düzüb qoşan (səhmana salan) kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda 

Allahdan qorxmursunuz?"  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə