Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə58/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   54   55   56   57   58   59   60   61   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

172 



98. Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda 

verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları 

dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin 

axırınadək) gün-güzəran verdik.  

99. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman 

gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı 

təbliğ etməkdir).  

100. Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü 

yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) 

düçar edər.  

101. De: "Bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var. 

Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı ilə qorxudan) peyğəmbərlər 

heç bir fayda verməz!  

102. Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) 

kimi bir gün gözləyirlər!" De: "Gözləyin, doğrusu, mən də sizinlə birlikdə 

gözləyənlərdənəm!"  

103. Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Mö’minləri (verdiyimiz 

və’də əməl edərək) belə xilas etmək Bizə vacibdir.  

104. De: "Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim bardəsində şübhəyə 

düşmüsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. 

Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə mö’minlərdən olmaq əmr 

edilmişdir".  

105. Və: "Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,  

106. Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və 

bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - 

deyə buyurulmuşdur.  

107. Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) 

heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne’mətini 

(lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, 

bağışlayandır, rəhm edəndir.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

173 



108. (Ya Rəsulum!) De: "Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Qur’an və 

Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə 

günah qazanar. Mən sizə zamin deyiləm!"  

109. Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr 

et. O, hökm verənlərin ən yaxşısıdır!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

174 



 

 

 



 

.

11

.  

Hud

  

(Hud əleyhissəlam) surəsi  

(Məkkədə nazil olmuşdur, 123 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən 

təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,  

2. Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) 

qorxudan və (Cənnətlə) müjdələyənəm.  

3. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir 

müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl 

sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də’vətimdən, 

öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət 

gününün) sizə üz verəcək əzabından qorxuram.  

4. Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!  

5. Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini 

Peyğəmbərdən və mö’minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini 

bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli 

saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah 

ürəklərdə olanları biləndir.  

6. Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah 

onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

175 



qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır 

(lövhi-məhfuzdadır).  

7. Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb 

bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən 

ki: "Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!", kafir olanlar: "Bu, açıq-aşkar 

sehrdən (yalandan) başqa bir şey deyildir!" - deyə cavab verərlər.  

8. Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): "Bu əzabı 

gecikdirən (ona mane olan) nədir?" - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf 

olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.  

9. Əgər insana Özümüzdən bir ne’mət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, 

şübhəsiz ki, o, mə’yus (ümidsiz) və nankor olar.  

10. Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: 

"Artıq fəlakətlər məndən sovuşdu" - deyər və sözsüz ki, sevinib öyünər.  

11. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) 

bağışlanma və böyük bir mükafat gözləyir.  

12. (Ya Rəsulum!) Müşriklərin: "Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq 

etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!" - 

deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə’zi ayələri 

dərhal təbliğ etməyib tə’xirə salmalı) olacaqsan və (bə’zən) buna görə ürəyin qısılacaq! 

Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah 

isə hər şeyə vəkildir!  

13. Yoxsa (müşriklər): "Onu (Qur’anı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər 

doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) 

Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.  

14. Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın 

elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) 

islamı qəbul etməzmisiniz?  

15. Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona 

əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) 

verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb 

e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah 

ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə