Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə61/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   57   58   59   60   61   62   63   64   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

182 



74. İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə 

Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın 

onlardan dəf edilməsini istədi).  

75. Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və 

özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi 

onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).  

76. (Mələklər dedilər: ) "Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri 

artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.  

77. Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir 

pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin (başabəlalı) bir 

gündür!" - dedi.  

78. Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına 

gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: 

"Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır 

(onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün 

daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında 

rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq 

edən) ağlı başında bir adam yoxdur?"  

79. Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, 

şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"  

80. (Lut) dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya 

söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!"  

81. (Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna 

bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. 

Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların 

(ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?"  

82. (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə 

çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.  

83. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə 

adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də 

uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına 

yağar).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

183 



84. Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! 

Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini 

əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə 

(Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir 

günün əzabından qorxuram!  

85. Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını 

əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu 

da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!  

86. Əgər mö’minsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal 

olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə 

nəzarətçi deyiləm!"  

87. Onlar (istehza ilə) dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, 

mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı 

(dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!"  

88. (Şüeyb onlara) belə cavab verdi: "Ey qövmüm! Bir deyin görək! Əgər mən 

Rəbbimdən aşkar bir mö’cüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) 

bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) 

Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən 

yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim 

yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna 

dönəcəyəm!  

89. Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud 

camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası 

da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn 

müsibətlər, sizin də başınıza gələr).  

90. Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim 

(bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!"  

91. Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif 

(gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq 

edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"  

92. (Şüeyb) dedi: "Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu 

unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

184 



93. Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın 

kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, 

mən də sizinlə birlikdə gözləyirəm!"  

94. (Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət 

olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, 

dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir 

göz qırpımında məhv oldular).  

95. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi 

(Allahın rəhmətindən) uzaq (kənar) oldu!  

96. Biz Musanı da mö’cüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik -  

97. Fir’ona və onun ə’yan-əşrafında. Onlar Fir’onun əmrinə tabe oldular. Halbuki 

Fir’onun əmri düzgün deyildi.  

98. (Fir’on) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) 

aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!  

99. Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə’nətə düçar olmuşlar. Onların 

qisməti necə də pisdir!  

100. Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların 

bə’zisindən əsər-əlamət qalmış, bə’zisi isə yerlə yeksan olmuşdur.  

101. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət 

etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan 

xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.  

102. Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, 

doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!  

103. Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi 

vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.  

104. Biz onu yalnız müəyyən bir müddət üçün tə’xirə salmışıq.  

105. (Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) 

insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə