Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə63/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   59   60   61   62   63   64   65   66   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

188 



8. Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: "Biz (bir-birimizə bağlı, 

sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin 

Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!"  

9. (Aralarında biri dedi: ) "Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini 

yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!"  

10. Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: "Yusifi öldürməyin, onu bir quyunun 

dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər".  

11. Onlar dedilər: "Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə 

e’tibar etmirsən?  

12. Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-

könlü açılsın. Biz onu mütləq qoruyacağıq!"  

13. (Yə’qub) dedi: "Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). 

Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!"  

14. Onlar: "Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu 

yesə, onda biz aciz olarıq ki!" - deyə cavab verdilər.  

15. (Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir 

yerə qoydular. Biz (Yusifə): "Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi 

barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy 

etdik.  

16. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.  

17. Və dedilər: "Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-

birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) 

yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru 

danışsaq da, sən bizə inanmayacaqsan!"  

18. Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. 

(Yə’qub) dedi: "Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq 

etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, 

dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan 

olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

189 



19. Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib 

suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: "Müjdə! Bu bir 

oğlandır! - dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) 

kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar 

açdığını) biləndir!  

20. (Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: "Bu bizim qaçmış 

köləmizdir! - deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul 

qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini 

güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.  

21. (Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə 

dedi: "Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa 

götürək!" Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı 

öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların 

əksəriyyəti (bunu) bilməz!  

22. (Yusif gəncliyinin) ən yetkin dövründə (17,18,21,30 yaxud 33 yaşına) çatdıqda ona 

hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!  

23. Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq 

etmək) istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi. (Yusif isə: ) "Mən (sənin bu 

hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır 

(və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). 

Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina 

etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi.  

24. Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) 

görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan 

sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!  

25. (Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər 

ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının 

ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: "Sənin ailənə pislik 

(övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba 

düçar edilməkdir!"  

26. (Yusif) dedi: "O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!" 

Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: "Əgər (Yusifin) 

köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

190 



27. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə 

doğrudanışanlardandır."  

28. (Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu sizin (siz 

qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!"  

29. Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) 

bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.  

30. Şəhərdəki qadınlar dedilər: "Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan 

çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan 

etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.  

31. (Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib 

ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz 

təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) 

bir bıçaq verdi, sonra (Yusifə): "Onların qarşısına çıx!" - deyə əmr etdi. (Qadınlar Yusifi) 

gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib 

əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: "Aman Allah! Bu 

ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!" - 

dedilər.  

32. (Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay 

etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: "Bu, 

(könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq 

istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, 

zindana atılacaq və zillətə düşənlərdən olacaq!"  

33. (Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi 

görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara 

meyl edər və cahillərdən olaram".  

34. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, 

O, (hər şeyi) eşidəndir, biləndir!  

35. (Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin 

arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini 

kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) 

zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə