Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə59/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   55   56   57   58   59   60   61   62   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

176 



16. Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların 

dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!  

17. Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir 

şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və 

mərhmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel 

bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qur’ana 

inanırlar. (Ya Rəsulum!) Qur’anı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) 

və’d olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin 

Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!  

18. Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola 

bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün 

məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: "Bunlar Rəbbi barəsində 

yalan söyləyənlərdir!" Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!  

19. O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər - onlar, 

məhz onlar axirəti inkar edənlərdir.  

20. Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) 

bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir 

olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) 

görməzlər!  

21. Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan 

uzaqlaşıb qeyb olacaqlar.  

22. Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır!  

23. İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə 

cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!  

24. Bu iki tayfanın (kafirlərin və mö’minlərin) vəziyyəti korla karın, görənlə eşidənin 

vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?  

25. Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi 

(Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!  

26. Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı) günün 

(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

177 



27. (Nuh) tayfasının kafir ə’yan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi (adi) bir 

insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. 

a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün 

olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"  

28. (Nuh) dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir 

dəlilə (mö’cüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) 

bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), 

istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!  

29. Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat 

istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan 

deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir 

tayfa görürəm!  

30. Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın 

əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?  

31. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən 

demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən 

yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı 

(hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), 

onda şübhəsiz ki, zalımlardan olaram!"  

32. Onlar dedilər: "Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru 

danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!"  

33. (Nuh) belə cavab verdi: "Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz 

buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz.  

34. Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə 

nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun 

hüzuruna qaytarılacaqsınız!"  

35. Yoxsa (Məkkə müşrikləri): "O (Muhəmməd) onu (Qur’anı və ya Nuha dair xəbərləri) 

özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən 

uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan 

uzağam!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

178 



36. Nuha belə vəhy olundu: "Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs 

iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları 

məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)  

37. Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, 

zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş 

etmə). Çünki onlar suda boğulacaqlar!"  

38. (Nuh) gəmini düzəldir, ümmətinin ə’yan-əşrafı isə yanından ötüb-keçdikcə onu 

məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə 

qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi 

məsxərəyə qoyacağıq.  

39. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını 

biləcəksiniz!"  

40. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı 

(təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman 

(Nuha) dedik: "Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə 

(ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və 

iman gətirənləri gəmiyə mindir!" Əslində onunla birlikdə (tayfasından) çox az adam 

iman gətirmişdi.  

41. Nuh dedi: "Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı 

ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"  

42. Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) 

aralı olan oğlunu (Kən’anı) haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, 

kafirlərdən olma!"  

43. (Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". 

Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun 

əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-

birindən ayırdı və o da suda boğulanlardan oldu.  

44. (Allahdan bir əmr olaraq: ) "Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!" - 

deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın 

əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlar məhv (Allahın 

mərhəmətindən uzaq) olsun!" - deyildi.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə