Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə67/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   63   64   65   66   67   68   69   70   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

200 



 

 

 



 

.

13

.  

ər-Rə’d

  

(Göy gurultusu) surəsi  

(Məkkədə, bə’zi təfsirçilərə görə isə tamamilə, yaxud qismən  

Mədinədə nazil olmuşdur, 43 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan 

(Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.  

2. Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan 

(ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına - qiyamətə) qədər 

(səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl 

izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza 

(qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!  

3. Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), 

orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, 

turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) 

örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar 

üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!  

4. Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, 

dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, 

əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların 

birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün 

(Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

201 



5. (Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb 

doğuran şey) onların: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" - 

söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da 

(boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də 

orada əbədi qalacaqlar.  

6. (Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən 

qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar 

barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların 

zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası 

da şiddətlidir!  

7. Kafir olanlar: "Məgər ona Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?" - deyirlər. 

Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) 

bir rəhbəri (peyğəmbəri) vardır!  

8. Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), 

bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, 

yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az 

yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi 

əzəldən müəyyən edilmişdir. Hər kəsin iste’dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. 

Allahın bilmədiyi heç bir şey yoxdur. )  

9. O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, 

nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)  

10. Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, 

gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç 

bir şey Ondan gizli qalmaz).  

11. (İnsan üçün) onu öndən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) 

Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) 

dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) 

dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç 

cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.  

12. Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər 

tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır 

buludları yaradan da Odur.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

202 



13. Göy gurultusu Onun şə’ninə tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan 

(Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə 

edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət 

sahibidir!)  

14. Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına 

edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, 

tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə 

duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək 

ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun 

ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, 

eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa 

bir şey deyildir!  

15. Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz 

Allaha səcdə edər! (Yer üzündəki mö’minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə 

ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya 

kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)  

16. (Ya Rəsulum!) De: "Göylərin və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında 

aciz qaldıqda) de: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də 

bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!" De: "Heç 

korla görən (kafirlə mö’min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa 

onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların 

nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O 

birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"  

17. Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. 

(Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam 

insanlara, torpağa həyat verən suya, müşriklərin e’tiqadı isə boş köpüyə bənzər). Bəzək 

şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb 

əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah 

haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey 

olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah 

belə misallar çəkir!  

18. Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən 

gözəl ne’mət (Cənnət) gözləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer üzündə 

olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın 

əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə