Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə66/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   62   63   64   65   66   67   68   69   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

197 



91. Onlar: "Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin 

barəndə), sözsüz ki, günah etmişik!" - dedilər.  

92. (Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi 

bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı 

diləyərəm. O da sizi bağışlayar!)  

93. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə 

başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!"  

94. Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı 

övladlarına) dedi: "Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib 

danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!"  

95. Onlar: "Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) 

qalmaqdasan!" dedilər.  

96. Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: 

"Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi 

bilirəm!" söylədi.  

97. (Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, 

doğrudan da, günahkar olmuşuq!" dedilər.  

98. (Yə’qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən

bağışlayandır, rəhm edəndir!"  

99. (Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan 

xalasını) bağrına basıb: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" dedi.  

100. (Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir 

qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah 

onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu 

əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə 

yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını 

vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). 

Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə 

tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"  

101. (Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif 

atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

198 



Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) "Ey Rəbbim! Sən mənə səltənətdən 

(istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri 

yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı 

müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"  

102. (Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb 

xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi 

quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!  

103. Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə 

müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!  

104. Halbuki sən bundan (islamın təbliğı və imana də’vətdən) ötrü onlardan heç bir 

mükafat istəmirsən. Bu (Qur’an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!  

105. Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) 

vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, 

onların həqiqi mə’naları haqqında düşünməzlər).  

106. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona 

qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).  

107. Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya 

qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?  

108. (Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan 

(mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, 

müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə 

müşriklərdən deyiləm!"  

109. Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy 

etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. 

Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-

gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? 

Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha 

xeyirlidir. Məgər dərk etmirsiniz?  

110. Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab 

edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat 

verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

199 



111. (Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu 

Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, 

(Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl 

izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və 

mərhəmətdir!  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə