Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə62/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   58   59   60   61   62   63   64   65   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

185 



106. Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad 

gözləyir.  

107. Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi-göylər və 

yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö’minlər 

kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra 

Allahın iznilə Cənnətə daxil ediləcəklər).  

108. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil 

mö’minlərin daha yüksək mərtəbələrə - ərşi-ə’laya qalxması, bir müddət Cəhənnəmdə 

əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib 

olmasından) əlavə, tükənməz bir ne’mət kimi göylər və yer durduqca orada əbədi 

qalacaqlar.  

109. Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə 

etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. 

Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!  

110. Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf düşdü 

(yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) 

olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri 

bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun 

(Qur’anın) barəsində də şəkk-şübhədədirlər!  

111. Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah 

onların nə etdiklərindən xəbərdardır!  

112. (Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman 

gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini 

pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!  

113. Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə 

atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) 

yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!  

114. (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni 

səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və 

gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş 

vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın 

mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

186 



115. (Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin 

mükafatını zay etməz!  

116. Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-

fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. 

(Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, 

pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə) 

uydular və günahkar oldular.  

117. Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv 

etməz!  

118. Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. 

Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də 

ixtilafdadırlar.  

119. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir 

ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət və cəhənnəm 

əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə 

aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz 

qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): "Mən 

Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü 

tamamilə yerinə yetdi!  

120. (Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini 

möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu 

(surə) sənə haqq, mö’minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!  

121. İman gətirməyənlərə de: "Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi 

edəcəyik!  

122. Və (düçar olacağınız əzabı) gözləyin. Biz də gözləyirik!"  

123. Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də 

axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona 

təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!  

 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

187 



 

 

 



 

 

.



12

.  


Yusuf

  

(Yusif əleyhissəlam) surəsi  

(Məkkədə nazil olmuşdur, 111 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir!  

2. (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını ) 

anlayasınız.  

3. (Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti 

(qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.  

4. Bir zaman Yusif atasına demişdir: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə 

ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər".  

5. (Atası Yə’qub) dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə 

qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.  

6. (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu 

yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb 

(peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. 

Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!"  

7. Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər 

vardır.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə