Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə60/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   56   57   58   59   60   61   62   63   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

179 



45. Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə 

üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!"  

46. (Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir 

iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə 

bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm 

(məsləhət görürəm)".  

47. (Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət 

etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana 

uğrayanlardan olaram!"  

48. (Sonra) belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan 

törənəcək (mö’min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə 

(gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə’zi ümmətlərə də 

(dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar 

edəcəyik!"  

49. Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb 

xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya 

Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) 

aqibət müttəqilərindir!  

50. Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! 

Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik 

qoşmaqla) yalnız iftiraçısınız!  

51. Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat 

istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?  

52. Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən 

sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. 

(Mənim də’vətimdən və imandan) günahkar olaraq üz çevirməyin!"  

53. Onlar da dedilər: "Ey Hud! Sən bizə açıq-aşkar bir mö’cüzə gətirmədin. Sənin 

sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!  

54. Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmağımızı qadağan 

etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni 

danışırsan)". (Hud) belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən 

sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

180 



55. Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə 

qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!  

56. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir 

canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz 

yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin 

haqqını tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət, kafirə isə Cəhənnəm qismət 

edir).  

57. Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, 

buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz 

(Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!"  

58. (Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq 

Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan 

qurtardıq!  

59. Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə 

qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir 

peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının 

üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.  

60. Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud 

tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın 

mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri 

Hudun tayfası Ad, digəri isə Adul-İrəmdir ki, ona Zatul-İmad da deyilir. Onları bir-

birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).  

61. Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey 

camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız 

Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). 

(Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz 

elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"  

62. Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız 

olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) 

ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri də’vət etdiyin 

(tövhid) barədə şəkk-şübhə içindəyik".  

63. (Saleh onlara) belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əgər mənim 

Rəbbimdən aşkar bir mö’cüzə olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) lütf 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

181 



etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə 

ziyandan başqa bir şey artırmayacaqsınız!  

64. Ey camaatım! Allahın bu dişi (maya) dəvəsi sizin üçün bir mö’cüzədir. Qoyun 

Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar 

olarsınız!"  

65. Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün 

yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və’ddir (sözdür) ki, yalan çıxmaz!"  

66. (Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq 

Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından 

qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!  

67. O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb 

qaldılar (bir göz qırpımında həlak oldular).  

68. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. 

Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!  

69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) 

gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib 

onlara) qızarmış bir buzov gətirdi.  

70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu 

hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın 

mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"  

71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq 

edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna 

sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz 

onu İshaqla, İshaqın da ardınca Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya 

gələcəyi ilə) müjdələdik.  

72. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi 

olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"  

73. (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey 

ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib şükür 

olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O, 

tükənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir!)  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə