Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə56/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   52   53   54   55   56   57   58   59   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

166 



32. O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə 

qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?"  

33. (Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü 

(hökmü) belə kerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin 

hökmü-cəzası onlara belə vacib oldu).  

34. (Ya Rəsulum!) De: "Allaha qoşduğunuz şəriklər işərisində məxluqu (insanları) 

yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) 

qaytara bilən bir kəs varmı?" De: "Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu 

(yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?"  

35. De: "Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?" 

(Sənə cavab verə bilməyən müşriklərə) de: "Allah (insanları) haqq yola yönəldir. Belə 

olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru 

yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə 

yürüdürsünüz?"  

36. Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr 

etməkdə olduğunuzu biləndir!  

37. Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, 

başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) 

təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi 

tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!  

38. Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru 

deyirsinizsə, ona (Qur’ana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz 

çatırsa, onu da (köməyə) çağırın!"  

39. Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə 

və’d edilmiş əzab) onlara gəlib çatmamış Qur’anı yalan hesab etdilər. Onlardan 

əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. 

Bir gör zalımların axırı necə oldu!  

40. (Kafirlər) içərisində ona (Qur’ana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad 

tö’rədənləri daha yaxşı tanıyandır!  

41. Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə 

aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli 

yoxdur!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

167 



42. Onların içərisində (Qur’an oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) 

də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?!  

43. Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, mö’cüzələri 

görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!  

44. Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm 

edərlər!  

45. (Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə 

toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını 

yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da 

deyildilər.  

46. (Ya Rəsulum! Kafirlərə) və’d etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək 

də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır 

dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!  

47. Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında 

ədalətlə hökm olunar və onlara zülm edilməz!  

48. (Kafirlər: ) "Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və’d etdiyiniz 

qiyamət (və ya əzab) nə vaxt olacaq?" - deyə soruşarlar.  

49. (Ya Rəsulum!) De: "Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir 

zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün 

sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. 

Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər".  

50. De: "Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə 

edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər?  

51. O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez 

gəlməsini istəyirsiniz!"  

52. Sonra zülm edənlərə: "Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə 

cəzalandırılırsınız!" - deyiləcək.  

53. (Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya qiyamət günü) 

doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o 

doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

168 



54. Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın 

əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için 

peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin 

günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).  

55. Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın 

və’di haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!  

56. Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!  

57. (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-

şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!  

58. (Ya Rəsulum!) De: "Allahın ne’məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu 

onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!"  

59. De: "Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir 

qismini haram, bir qismini isə halal etdiniz?" De: "(Bunu deməyə) Allah Özü sizə izin 

verdi, yoxsa Allaha iftira yaxırsınız?"  

60. Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara 

əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin 

onların əksəriyyəti (Allahın ne’mətlərinə və mərhəmətinə) şükür etməz!  

61. (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə 

iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və 

göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik 

elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!  

62. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.  

63. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -  

64. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və’dlər) heç 

vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!  

65. (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə’nasız) sözləri səni kədərləndirməsin. 

Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, 

biləndir!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə