Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə54/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   50   51   52   53   54   55   56   57   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

160 



113. Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla 

qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək 

yaraşmaz!  

114. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə 

idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı 

(onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-

yaxaran və həlim xasiyyətli bir zat idi.  

115. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri 

özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi 

(olduğu kimi, layiqincə) biləndir!  

116. Həqiqətən, göylərin və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən də, 

öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!  

117. Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və 

cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən 

mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu 

(onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.  

118. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). 

Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar 

Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa 

düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!  

119. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru 

olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)  

120. Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın 

Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara 

çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini 

Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, 

yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq 

basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara 

yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay 

etməz!  


121. Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə 

bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, 

əvəzində onlara (savab) yazılmamış olsun!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

161 



122. (Ehtiyac olmadıqda) mö’minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. 

Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onuu dindaşlarına öyrətmək üçün) 

qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. 

Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) 

çəkinsinlər!  

123. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən 

(özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!  

124. Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): "Bu sizin hansınızın 

imanını artırdı?" - deyənlər də var. Mö’minlərə gəlincə, (hər bir surə) onların imanını 

artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.  

125. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların 

murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!  

126. Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, 

yenə tövbə edib ibrət almırlar!  

127. (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil 

edildiyi zaman bir-birinə baxıb: "(Müsəlmanlardan) sizi görən varmı?" - deyə soruşur, 

(görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün 

Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!  

128. (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) 

düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, 

mö’minlərlə şəfqətli, mərhəmətlidir!  

129. (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) 

üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona 

təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar 

sahibidir!)  

 

 



 

 

 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

162 



 

 

 



 

.

10

.  

Yunus

  

(Yunus əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 109 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!  

2. İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı 

əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy 

etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir 

sehrbazdır!" dedilər.  

3. Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan 

(ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç 

bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-

nəsihət qəbul etməyəcəksiniz?  

4. Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun 

hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib 

yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. 

Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab 

gözləyir!  

5. Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün 

mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, 

ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə