Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə51/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   47   48   49   50   51   52   53   54   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

151 



34. Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu 

insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya 

Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla 

müjdələ!  

35. O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb 

alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün 

yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" - 

(deyiləcəkdir!)  

36. Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın 

Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə’də, zülhiccə və məhərrəm) haram 

aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və 

hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı 

sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!  

37. Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana və ya zülqə’də, 

zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü 

artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram 

etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə 

onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini 

dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bə’zən halal, 

halal olan bir ayı da bə’zən haram hesab edərlər). Pis əməlləri onlara gözəl 

görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!  

38. Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" - deyildikdə yerə 

yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki 

dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüz’i bir şeydir!  

39. Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və 

sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə 

çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə 

qadirdir!  

40. (Ey mö’minlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək 

göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq 

çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah 

bizimlədir!"-dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil 

etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

152 



sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz 

qüvvət, hikmət sahibidir!  

41. (Ey mö’minlər!) Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-

kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu 

sizin üçün nə qədər xeyirlidir!  

42. Əgər o (də’vət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud 

qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. 

Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: 

"Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq",- deyə Allaha and 

içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların 

yalançı olduqlarını bilir.  

43. Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, 

yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?  

44. Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində 

səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır!  

45. Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman 

gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd 

edib durarlar.  

46. Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin 

onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. 

Onlara: "(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də 

oturun!" - deyildi.  

47. Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu 

(fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq 

asanlar da vardır. Allah zalımları tanıyandır!  

48. Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para 

işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri 

zahir oldu.  

49. Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə 

salma!"- deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, 

Cəhənnəm kafirləri bürüyəcəkdir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

153 



50. Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz 

versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" deyər və sevincək halda dönüb 

gedərlər.  

51. De: "Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz 

verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö’minlər yalnız Allaha təvəkkül 

etsinlər!"  

52. De: "Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini 

gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid 

olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə 

gözləməkdəyik"!  

53. (Münafiqlərə) de: "İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz 

da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.  

54. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun 

Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə 

xərcləmələridir.  

55. (Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni 

təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir 

olduqları halda, canlarını almaq istər.  

56. (Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and 

içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də 

zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.  

57. Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik 

(yer) tapsaydılar, tələsik ora üz tutardılar.  

58. Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib 

tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal 

qəzəblənərlər.  

59. Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: "Allah 

bizə kifayətdir. Allah bizə Öz ne’mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). 

Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!" - deyəydilər!  

60. Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq 

ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə