Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə48/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   44   45   46   47   48   49   50   51   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

142 



34. Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) 

olmadıqları halda, (mö’minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara 

əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis 

əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların 

(müşriklərin) əksəriyyəti bunu bilməz!  

35. Onlar Beytullahın (Kə’bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan 

başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!  

36. Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul 

etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra 

(məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. 

Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,  

37. Allah (orada) murdarı (kafiri) pakdan (mö’mindən) ayırd etsin, sonra murdarları 

bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə 

zərər eləyənlərdir!  

38. (Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və 

mö’minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər 

yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına 

gələnlər onların da başına gələr.  

39. (Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus 

olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), 

Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).  

40. Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman 

gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O 

ən gözəl havadar, ən yaxşı imdada çatandır!  

41. (Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-

birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) 

iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, 

Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir 

(pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!  

42. O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar 

(düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın 

gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda 

üz-üzə gəlmək haqqında) və’dələşsəydiniz, (onların çox olmasından və sizi 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

143 



öldürməsindən qorxaraq) tə’yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin 

Allah olacaq işi (mö’minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək 

üçün belə etdi ki, həlak olan aşkar bir mö’cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da 

aşkar bir mö’cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!  

43. O zaman Allah rö’yanda sənə onları (düşmənləri) az göstərirdi. . Əgər onları sənə 

çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. 

Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə 

olanları biləndir!  

44. (Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə 

onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər 

axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın 

iradəsi ilədir).  

45. Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və 

Allahı çox yada salın ki, nicat tapasınız!  

46. Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub 

zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!  

47. (Ey mö’minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar 

və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah 

onların nə etdiklərindən xəbərdardır!  

48. O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün 

insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) 

dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim 

sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn 

mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab 

verəndir!" - demişdi.  

49. O zaman münafiqlər və ürəklərində mərəz (e’tiqad zəifliyi və islama qarşı şəkk-

şübhə) olanlar: "Bunları (müsəlmanları) öz dinləri aldatdı!" - deyirdilər. Lakin Allaha 

təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət 

sahibidir!  

50. (Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: 

"Dadın atəşin əzabını!" - deyib canlarını alanda görəydin!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

144 



51. Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. 

Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!  

52. Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın 

ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, 

Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!  

53. (Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne’məti 

(naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne’məti dəyişən 

(pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin 

tayfalar Allahın ne’mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə 

əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da 

onlara verdiyi ne’mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar 

etdi).  


54. Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin 

ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fir’on nəslini 

(dənizdə) batırdıq. Onların hamısı zalım idi!  

55. Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. 

Onlar artıq iman gətirməzlər.  

56. Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu 

bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.  

57. Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın 

divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar 

(bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cür’ət etməsinlər)!  

58. Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə 

başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) 

özlərinə e’lan et. Çünki Allah xainləri sevməz!  

59. (Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, 

(əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə 

bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)  

60. (Ey mö’minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin 

bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə 

qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə