Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə45/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   41   42   43   44   45   46   47   48   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

132 



Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan 

Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"  

159. Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və 

haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.  

160. Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih 

səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!" - deyə 

vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər 

qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara 

qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak 

ne’mətlərdən yeyin!" dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) 

Bizə deyil, ancaq özlərinə zülm edirdilər!  

161. (Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu 

şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, 

"hittə" ("bizi bağışla") deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək 

daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını 

artıracağıq!"  

162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm 

edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz 

də onlara göydən əzab göndərdik.  

163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə 

haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) 

həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə 

məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində 

görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən 

çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.  

164. Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: 

"Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət 

verirsiniz?" - dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı 

işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz 

qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) 

pis əməllərdən çəkinsinlər!" - dedilər.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

133 



165. Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) 

pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah 

içlədikləri üçün şiddətli bir əzabla məhv etdik.  

166. Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt 

onlara: "Həqir (zəlil) meymunlar olun!" - deyə əmr etdik.  

167. (Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli 

əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) 

tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!  

168. (Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh 

olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq 

yola) dönsünlər.  

169. Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani 

dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən) bağışlanacağıq!" Onlara bunun 

misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız 

haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada 

(kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha 

xeyirlidir. Məgər dərk etmirsiniz?  

170. Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar 

(bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!  

171. Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı 

üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ 

üstlərinə düşəcək. Onlara: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada 

olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!" - demişdik.  

172. (Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən 

(gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin 

Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab 

vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik";  

173. Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra 

gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan 

sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?" - deməməniz üçündür.  

174. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən 

imana) dönələr!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

134 



175. (Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də 

söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və 

o, (haqq yoldan) azanlardan oldu  

176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl 

edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini 

çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan 

hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları 

(yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!  

177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə 

də pisdir!  

178. Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan) 

sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.  

179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri 

vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və 

vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) 

görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar 

heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz 

onlardır!  

180. Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun 

adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan 

sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri 

əməllərin cəzasını alacaqlar!  

181. Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, 

(haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.  

182. Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə 

məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!  

183. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-ne’mət 

içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox 

ağırdır!  

184. Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında 

(Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə 

Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə