Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə42/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   38   39   40   41   42   43   44   45   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

123 



66. (Hud) tayfasının kafir başçıları ona: "Biz səni safehlik içində görür və yalançılardan 

(biri) hesab edirik!" - deyə cavab verdilər.  

67. (Hud) dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi 

tərəfindən göndərilmiş bir peyğəmbərəm!  

68. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.  

69. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir 

adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb 

edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi (yer 

üzünün varisləri etdi), sizi xilqətcə (onlardan) daha qüvvətli (üstün) etdi. Allahın 

ne’mətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"  

70. (Hud tayfasının kafirləri) dedilər: "Sən bizə yalnız Allaha ibadət etməyimiz və 

atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru 

danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!"  

71. (Hud) onlara belə dedi: "Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib 

oldu (artıq əzab və qəzəb gəldi). Sizin və atalarınızın (özlərindən uydurub) verdiyi 

adlar (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar (onlara 

ibadət edilməsi) barədə heç bir dəlil endirməmişdir. (Allahın əzabının gəlməsini) 

gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!"  

72. Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz 

mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman 

gətirməyənlərin isə kökünü kəsdik.  

73. Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey 

camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən 

sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün 

(peyğəmbərliyimi təsdiq edən) bir mö’cüzədir. Buraxın Allahın torpağında otlasın, ona 

pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!  

74. (Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər 

tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı 

xatırlayın. Allahın ne’mətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"  

75. Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü başçıları 

içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: "Siz Salehin, doğrudan da, 

Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?" - deyə 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

124 



soruşdular. Onlar: "Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) 

inanırıq!" - deyə cavab verdilər.  

76. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin 

peyğəmbərliyinə) biz inanmırıq!" - dedilər.  

77. Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub 

(istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu 

(bizi təhdid etdiyin əzabı) gətir görək!" - dedilər.  

78. Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) 

bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).  

79. (Saleh) onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini 

(mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz 

öyüd-nəsihət verənləri sevmirsiniz!"  

80. Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl 

bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi 

edəcəksiniz?  

81. Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış 

bir tayfasınız!"  

82. (Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): "Onları (Lutu və ona tabe olanları) 

məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul 

olmayan) adamlardır!" - deməkdən başqa bir şey olmamışdı.  

83. Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız övrəti 

(Vailə öz gizki küfrü səbəbilə) həlak oldu.  

84. Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör 

(Allaha asi olan, peyğəmbələri inkar edən) günahkarların axırı necə oldu!  

85. Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə 

dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. 

Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (mö’cüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. 

Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü 

(peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. 

Əgər siz mö’minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

125 



86. Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan 

döndərməyin, onu (Allah yolunu) əymək istəməyin. (Ey Mədyən tayfası!) Xatırlayın ki, 

bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad 

törədənlərin axırı necə oldu!  

87. Əgər sizin bir qisminiz mənimlə göndərilən (dini hökmlərə) inanmış, bir qisminiz 

isə inanmamışsa, Allah aramızda öz hökmünü verincəyə qədər səbr edin. Axı O, hökm 

verənlərin ən yaxşısıdır!"  

88. (Şüeyb) tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü ə’yanları: "Ey 

Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, 

ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. (Şüeyb) belə cavab verdi: "(Dininizə) 

nifrət etdiyim halda beləmi (bizi bu işə məcbur edəcəksiniz)?  

89. Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, 

(sizin bütpərəst dininizin haqq olduğunu e’tiraf etməklə) Allaha qarşı yalan uydurmuş 

olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə 

(Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey 

Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən 

yaxşısısan!"  

90. (Şüeyb) tayfasının kafir ə’yanları (tabeliyində olanlara) dedilər: "Əgər (dininizi atıb) 

Şüeybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!"  

91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) 

bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak 

oldular).  

92. Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (ne’mət) içində 

yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.  

93. (Şüeyb) onlardan üz döndərib dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini 

təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"  

94. Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri 

tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və 

s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!  

95. Sonra sıxıntını (bəlanı, pisliyi) firəvanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar 

və dedilər: "Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi". Elə bu an onları 

özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə