Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə39/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   35   36   37   38   39   40   41   42   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

114 



148. Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik 

olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz 

peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: 

"Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan 

uydurursunuz!"  

149. De: "Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru 

yola yönəldərdi".  

150. De: "Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək 

şahidlərinizi gətirin!" Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə 

şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin 

istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.  

151. (Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir 

şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. 

Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. 

Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni 

haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb 

anlayasınız!  

152. Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna 

olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz 

hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya 

əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı 

əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir 

ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!  

153. Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan 

sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən 

çəkinəsiniz!"  

154. Sonra Biz yaxşı işlər görən kimsəyə - Musaya (bəxş etdiyimiz ne’məti) 

tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət 

olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına 

(Onun hüzuruna gedəcəklərinə) inansınlar!  

155. Bu nazil etdiyimiz (Qur’an) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan 

qorxun ki, bəlkə, sizə rəhm edilsin!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

115 



156. Biz onu sizin: "Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) 

nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik",- deməməyiniz.  

157. Və ya: "Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq", - 

söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət 

və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən 

daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis 

cəza ilə cazalandıracağıq!  

158. (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud 

da Rəbbinin bə’zi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) 

Rəbbinin bə’zi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya 

imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: 

"Gözləyin, doğrusu, biz də gözləyirik!"  

159. (Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir 

əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə 

etdiklərini bildirəcəkdir!  

160. Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş 

görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.  

161. (Ya Rəsulum) De: "Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, 

batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!"  

162. De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi 

Allah üçündür!  

163. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"  

164. De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? 

"Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını 

daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran 

məsələlər barəsində xəbər verəcəkdir.  

165. (Ey insanlar!) Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri tə’yin 

edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, 

sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və 

şübhəsiz ki, (mö’minləri) bağışlayan, (onlara) rəhm edəndir!  

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

116 



 

 

 



.

7

.  


əl-Ə’raf

  

(Sədd) surəsi  

(Məkkədə nazil olmuşdur, 206 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim, Sad.  

2. Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və mö’minlərə öyüd-nəsihət vermək 

üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində 

bir sıxıntı olmasın!  

3. Rəbbinizdən sizə nazil edilənə (Qur’ana) tabe olun. Allahı qoyub başqa dostlara 

uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!  

4. Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut 

peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün 

günorta çağı (istirahət edərkən) gəldi.  

5. Əzabımıza düçar olduqları zaman onların: "Biz həqiqətən, zalım olmuşuq!" - 

deməkdən başqa heç bir sözləri olmamışdır.  

6. (Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları 

barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-

etməmələri haqqında) sorğu-sual edəcəyik.  

7. Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı 

Biz qaib deyildik (onların yanındaydıq).  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə