Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə35/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   31   32   33   34   35   36   37   38   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

102 



36. (Sənin də’vətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. 

Sonra onlar Allahın hüzuruna qaytarılar.  

37. (Məkkə müşrikləri) dedilər: "Məgər ona (Peyğəmbərə) Rəbbindən bir mö’cüzə 

endirilməli deyildimi?" De: "Allah mö’cüzə endirməyə qadirdir. Lakin onların çoxu 

(belə bir mö’cüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək 

müsibət və fəlakəti) bilməz!  

38. Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, 

sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi 

vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə 

Allahın vəhdaniyyətini mədh edib, şə’ninə tə’rif deyirlər). Biz Kitabda (Qur’anda) heç 

bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün 

məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.  

39. Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və 

lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.  

40. (Müşriklərə) de: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət 

başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər 

doğrudanışanlarsınızsa (deyin görək)!"  

41. Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız 

bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna 

görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik 

qoşmayın!)  

42. Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və 

fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.  

43. Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları 

üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.  

44. (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq 

məqsədilə) hər şeyin (bütün ne’mətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) 

özlərinə verilən ne’mətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər 

şeydən) məhrum oldular.  

45. Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

103 



46. (Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi 

əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara 

bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz 

döndərirlər.  

47. De: "Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım 

tayfadan başqası həlak edilərmi?"  

48. Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. 

İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə 

görməzlər!  

49. Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!  

50. De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi 

bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe 

oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"  

51. Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Qur’anla) xəbərdar et. 

Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) 

pis əməllərdən çəkinsinlər!  

52. (Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri 

yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli 

yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.  

53. Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: "Əcəba, 

Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür 

edənləri daha yaxşı tanıyan deyildirmi?"  

54. Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz 

Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü 

Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə 

(Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!"  

55. Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.  

56. (Ya Rəsulum) De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə 

qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola 

biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!"  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

104 



57. De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qur’ana) istinad edirəm. Siz isə onu 

yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) 

deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd 

edənlərin ən yaxşısıdır!"  

58. De: "Əgər tə’cili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda 

əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı 

tanıyandır!"  

59. Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və 

quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin 

zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın 

kitabda (lövhi-məhfuzda) olmasın!  

60. Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-

həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. 

Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib 

yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər 

barəsində xəbər verəcəkdir.  

61. (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi 

yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib 

çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir 

əyər-əskikliyə yol verməzlər!  

62. Sonra insanlar Allahın - özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin 

ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!  

63. (Ya Rəsulum!) De: "Gizlində (Allaha) dua edib:" Əgər bizi suyun və qurunun 

zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq", - deyə yalvardığınız zaman 

sizləri bunlardan xilas edən kimdir?"  

64. De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) 

sonra siz yenə də (Ona) şərik qoşursunuz?"  

65. De: "Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə 

əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu 

daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa 

düşsünlər!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə