Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə33/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   29   30   31   32   33   34   35   36   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

96 



onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi 

aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq",- deyə Allaha and içərlər.  

108. Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və 

andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib 

bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola 

yönəltməz!  

109. Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: 

"(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa də’vət etdiyiniz zaman) sizə nə cavab 

verildi?" Onlar isə (təvazökarlıq edib): "Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri 

(görünməyənləri) bilən ancaq Sənsən! - deyə cavab verəcəklər.  

110. (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: "Ya 

Məryəm oğlu İsa! Sənə və anana ne’mətimi yadına sal. O zaman səni müqəddəs ruhla 

qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. 

Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən 

Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim 

iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir 

və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-

aşkar mö’cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni 

öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə 

demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!"  

111. Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): "Mənə və peyğəmbərimə 

iman gətirin!" - deyə əmr etmişdim. Onlar isə: "Bizim (Sənə və peyğəmbərinə) itaətkar 

kəslər olmağımıza şahid ol!" - deyə cavab vermişdilər.  

112. Onu da xatırla ki, o zaman həvarilər demişdilər: "Ya Məryəm oğlu İsa! Rəbbin bizə 

göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):" Əgər mö’minsinizsə, 

Allahdan qorxun!" - demişdi.  

113. (Həvarilər) demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin 

bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi mö’cüzəsini görməklə sənin 

peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq".  

114. Məryəm oğlu İsa dedi: "Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et 

ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra 

gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö’cüzə olsun. Bizə ruzi 

ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

97 



115. Allah buyurdu: "Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən 

kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç 

kəsə verməyəcəyim bir əzab verərəm!"  

116. (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: "Ya 

Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı 

bilin!" - demişdin? "(İsa cavabında) deyəcək:" Sən pak və müqəddəssən! Haqqım 

çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu 

mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola 

bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!  

117. Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: "Mənim də, 

sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Nə qədər ki, onların arasında idim, onlara 

şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə 

qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər 

şeyə şahidsən!  

118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları 

bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" 

(İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni 

həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)  

119. Allah buyurdu: "Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri 

fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi 

qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (mö’minlər üçün) böyük 

qurtuluşdur (uğurdur)!"  

120. Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə 

qadirdir!  

 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

98 



 

 

 



.

6

.  


əl-Ən’am

  

(Davar) surəsi  

(Məkkədə nazil olmuşdur, 165 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür 

və tə’rif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay 

tuturlar.  

2. Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən 

Odur. (Allahın) yanında mə’lum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) 

vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!  

3. Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, 

aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!  

4. Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz 

çevirməsinlər!  

5. Onlara haqq olan (Qur’an) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) 

məsxərəyə qoyduqlarının (Qur’anın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub 

olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!  

6. Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi 

görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və 

sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və 

bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və 

onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə