Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə34/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   30   31   32   33   34   35   36   37   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

99 



7. (Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri 

ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir", - 

deyərdilər.  

8. Onlar dedilər: "Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını 

təsdiq edən) bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş 

bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) 

onlara bir an belə möhlət verilməzdi.  

9. Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir 

peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları 

(göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri 

şübhəyə salardıq.  

10. Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin 

məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.  

11. (Ya Rəsulum!) De: "Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı 

deyənlərin aqibəti necə oldu?"  

12. De: "Göylərdə və yerlərdə olanlar kimindir?" De: "Allahındır!" O Öz- Özünə rəhmli 

olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən 

etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. 

Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!  

13. Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, 

biləndir.  

14. (Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü 

bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə 

Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!" 

(deyə buyuruldu).  

15. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından 

qorxaram".  

16. O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə 

açıq-aydın qurtuluşdur (uğurdur).  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

100 



17. Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara 

bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər 

şeyə qadirdir!  

18. O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) 

xəbərdardır!  

19. De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah 

şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) 

xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa 

tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik 

qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"  

20. Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi 

tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!  

21. Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola 

bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!  

22. O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik 

qoşanlara deyəcəyik: "(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) 

haradadır?!  

23. Onların: "Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!" deməkdən başqa heç 

bir çarələri qalmayacaq.  

24. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri 

bütlər də onlardan qeyb olacaq!  

25. (Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı 

düşmən hərəkətlərinə görə) onu (Qur’anı) başa düşməsinlər deyə, onların ürəklərinə 

pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir mö’cüzə 

görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir 

olanlar isə: "Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, - 

deyərlər.  

26. (Müşriklər özlərinə uyanları Qur’anı) dinləməyi qadağan edər, özləri də onlardan 

uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) 

fərqinə varmazlar.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

101 



27. (Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz 

dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən 

olaydıq!" - demələrini görəydin!  

28. Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların 

qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə 

(küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!  

29. (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: "Həyat yalnız bu dünyadakı 

həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!" - deyərdilər.  

30. Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! 

Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-

sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab 

verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!".  

31. Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. 

Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını 

dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza!" Bir 

baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!  

32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər 

üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?  

33. Bilirik ki, onların (Qur’an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə 

isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu 

yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.  

34. Səndən əvvəl də peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar. Lakin onlar təkzib 

olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara 

yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və’dləri) dəyişə biləcək heç bir kimsə 

yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.  

35. Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) 

bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha 

yaxşı) bir mö’cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, 

hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru 

yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək 

istədiyini) bilməyənlərdən olma!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə