Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə30/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   26   27   28   29   30   31   32   33   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

88 



36. Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və 

onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də 

onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!  

37. Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi 

əzaba düçar olanlardır!  

38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) 

əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

39. Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, 

Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

40. (Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, 

istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!  

41. Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): 

"İnandıq", deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin 

hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr 

içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan 

dəyişib təhrif edir və deyirlər: "Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu 

qəbul edin. Əgər verilməsə, ondan qaçının". Allahın fitnəyə (azğınlığa) düşməsini 

istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, 

Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə 

isə böyük (dəhşətli) bir əzab gözləyir!  

42. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında 

hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə 

bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!  

43. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim 

tə’yin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? 

Onlar iman gətirmiş (mö’min) kimsələr deyildirlər.  

44. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim 

olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan 

qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar 

(peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) 

şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. 

Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm 

etməyənlər, əlbəttə, kafirdirlər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

89 



45. Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası 

göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər 

kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü 

örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq 

sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). 

Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!  

46. Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq 

göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, 

müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.  

47. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə 

hökm etməyənlər, əlbəttə, günahkarlardır.  

48. (Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi 

kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. 

Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et. Sənə gələn haqdan 

ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol 

tə’yin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin 

bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər 

görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü 

Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!  

49. O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin 

istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb 

yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu 

hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bə’zi günahlarına görə müsibətə düçar 

etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!  

50. Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir 

camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!  

51. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-

birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım 

tayfanı düz yola yönəltməz!  

52. Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və 

xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın 

məğlubiyyətindən) qorxuruq", - deyən görərsən. Amma, ola bilsin ki, Allah 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə