Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə28/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   24   25   26   27   28   29   30   31   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

82 



170. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Qur’anı) gətirdi. (Ona) iman 

gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə 

nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir 

ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən

Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

171. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. 

Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) 

Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və 

peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son 

qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı 

olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) 

Onundur. Allahın (sizə) vəkil olması bəs edər!  

172. İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. 

Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz 

hüzuruna toplayacaqdır!  

173. (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, 

üstəlik Öz ne’mətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) 

özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! 

Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!  

174. Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə 

aydın bir nur (Qur’an) endirdik.  

175. Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına 

alar və onları özünə tərəf gedən düz yola yönəldər.  

176. (Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: "Atası və övladı olmayan şəxs (şəxsin 

mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat 

etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın 

yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun 

varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha 

artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan 

(bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına 

(bacıya) düşən payın iki misli verilir". Allah bunu sizə doğru yoldan çıxmamağınız 

üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!  

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

83 



 

 

.



5

.  


əl-Maidə  

(Süfrə) surəsi  

(Mədinədə nazil olmuşdur, 120 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey iman gətirənlər! Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, 

(aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. 

Şübhəsiz ki, Allah istədiyini hökm edər!  

2. Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram 

(hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqə’də, zülhiccə və 

məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq 

heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama 

(müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı 

nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] İhramdan çıxdığınız zaman 

(istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata 

qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına 

batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş 

görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. 

Həqiqətən, Allahın əzabı şiddətlidir!  

3. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının 

adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, 

(bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi 

heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar 

müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kə’bənin ətrafındakı bütpərəst 

qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram 

edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) 

əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün 

kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

84 



möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və 

i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən 

naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri 

ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah 

bağışlayandır, rəhm edəndir!  

4. (Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak 

ne’mətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə tə’lim edib 

əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. 

Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (tə’lim etdiyiniz heyvan və 

quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın 

adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah 

tezliklə haqq-hesab çəkəndir!  

5. Bu gün pak ne’mətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin 

yeməkləriniz isə kitab əhlinə halaldır. Mö’minlərin, həmçinin sizdən əvvəl kitab 

verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və 

nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina 

etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı 

dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!  

6. Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə 

(dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki 

bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə 

hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi 

başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq 

yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak 

torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib 

əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi 

məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə 

olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!  

7. Allahın sizə olan ne’mətini və: "Eşitdik və itaət etdik", - dediyiniz zaman sizinlə 

bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları 

(qəlblərin sirrini) biləndir!  

8. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və 

ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq 

etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah 

etdiklərinizdən xəbərdardır!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə