Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə25/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   21   22   23   24   25   26   27   28   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

73 



kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox 

şiddətlidir!  

85. Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) 

bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).  

86. Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! 

Şübhəsiz, Allah hər şeyi hesaba alandır.  

87. Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü 

hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola 

bilər?!  

88. Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları 

etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz 

istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını 

əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın 

sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!  

89. Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı 

istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) 

dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları 

harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi 

tutun!  

90. Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz 

qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin 

yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə 

qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə 

çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların 

əleyhinə çıxmağa heç bir yol qoymaz.  

91. Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından 

arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda 

isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə 

başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib 

getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast 

gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.  

92. Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) 

olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

74 



qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, 

onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən 

şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt 

(öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd 

(müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə 

bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa 

bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası 

kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

93. Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı 

Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab 

hazırlar!  

94. Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman 

diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya 

həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mö’min deyilsən!" deməyin! Halbuki 

çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin 

Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) 

diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!  

95. Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah 

yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah 

malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) 

dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. 

(Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz 

vermişdir.  

96. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah 

bağışlayandır, rəhm edəndir.  

97. Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət 

etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: "Siz (hicrət zamanı) nə işdə idiniz?" 

Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik." (Mələklər də onlara: ) 

"Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" - deyəcəklər. Onların 

sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!  

98. Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar 

müstəsnadır.  

99. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

75 



100. Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) 

tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə 

(mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! 

Allah bağışlayandır, rəhm edəndir!  

101. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, 

namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. 

Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.  

102. (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman 

onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən 

kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə 

arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və 

silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin 

silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə 

birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud 

xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, 

lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!  

103. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, 

arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz mö’minlərə bəlli 

vaxtlarda fərz (vacib) edilmişdir.  

104. (Kafir) qövmü tə’qib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz 

(yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi 

əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər 

şeyi) biləndir, hikmət sahibidir!  

105. (Ya Rəsulum!) Həqiqətən, Biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə 

göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə 

edən (onların xeyrinə mübahisə aparan) olma!  

106. Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!  

107. Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, 

Allah günaha batmış xaini sevməz!  

108. Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar 

(Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır 

(Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə