Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
70
57. İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə
daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları
daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.
58. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm
etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir
tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir,
görəndir!
59. Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə
itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə
inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə
e’tibarilə daha yaxşıdır.
60. (Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə
(Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar
Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət
etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə
onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər
61. Onlara: "Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi
zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.
62. Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların
halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: "Biz yalnız yaxşılıq etmək və
(iddiaçılar arasında) barışıq yaratmaq istədik", - deyərək Allaha and içəcəklər.
63. Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən
onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında tə’sirli söz de!
64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.
Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan
bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın
tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
65. Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən
ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir
sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş
olmazlar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
71
66. Əgər Biz onlara: "Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!" - deyə yazıb əmr
etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər.
Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və
daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım
olardı).
67. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.
68. Və onları düz yola yönəldərdik.
69. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne’mətlər verdiyi nəbilər
(peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, e’tiqadı dürüst, peyğəmbərləri
hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir
yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!
70. Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!
71. Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı
cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!
72. Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və
əgər sizə bir müsibət üz versə: "Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə)
olmadım", - deyər.
73. Əgər Allah tərəfindən sizə bir ne’mət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda
heç bir dosluq yoxmuş kimi: "Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət
əldə edəydim!" (söyləyərlər).
74. Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar.
Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük
mükafat verəcəyik.
75. (Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi
Məkkədə qalıb): "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara
çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz
kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda
Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
72
77. (Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): "(Müharibədən) əl çəkin,
namaz qılın, zəkat verin!" - deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə,
içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan
qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki,
bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət
cihadı bizə vacib buyurmayaydın!)" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və
faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma
çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!"
78. Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm
sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə:
"Bu Allahdandır!" - deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir!" - söyləyərlər.
(Onlara) de: "Hamısı Allahdandır". Bu camaata nə olub ki, az qala söz də anlamır!
79. (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə
özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna
şahid olması (sənə) kifayət edər.
80. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə
(qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.
81. (Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!" - deyir, lakin sənin yanından çıxıb
getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində
olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın
(sənə) vəkil olması kifayət edər!
82. Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?
Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar.
83. Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş
meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki
əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən
(mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri
onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını
tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə
olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.
84. (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin
mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi
Dostları ilə paylaş: |