Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə23/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   19   20   21   22   23   24   25   26   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

67 



29. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-

birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! 

Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!  

30. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. 

Şübhəsiz ki, bu da Allah üçün çox asandır!  

31. Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin 

qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) 

çatdırarıq.  

32. Allahın (maddi, yaxud mə’nəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə 

digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından 

öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın 

lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.  

33. Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər tə’yin 

etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, 

Allah hər şeyə şahiddir!  

34. Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın 

onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf 

etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində 

gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. 

(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola 

gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara 

(əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!  

35. (Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman 

kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) 

tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq 

istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) 

xəbərdardır!  

36. Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, 

yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu 

qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul 

və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri 

sevməz!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

68 



37. O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və 

Allahın öz lütfündən bəxş etdiyi ne’mətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). 

Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!  

38. Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və 

axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı 

necə də pisdir!  

39. Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən 

(yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) 

tanıyandır.  

40. Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş 

verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) 

böyük mükafat verər!  

41. (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də 

onlara şahid tə’yin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?  

42. O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər 

və heç bir sözü Allahdan gizlədə bilməzlər!  

43. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) 

olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz 

qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq 

yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və 

dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, 

(ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, 

bağışlayandır!  

44. (Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş oəanları (yəhudi 

alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı 

istəyirlər?  

45. Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi 

Allah (sizə) kifayət edər!  

46. Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini 

əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): "Eşitdik və qəbul etmədik; 

eşit, eşitməz olasan (kar olasan) və raina", - deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik; 

eşit və bizə tərəf bax!",- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

69 



olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az 

bir hissəsi iman gətirmişdir.  

47. Ey kitab verilmiş kimsələr! Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) 

çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) 

etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən 

olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!  

48. Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin 

bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah 

etmiş olur.  

49. (Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah 

istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!  

50. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah 

olaraq kifayətdir!  

51. (Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) 

verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud 

Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: "Bunlar 

mö’minlərdən daha doğru yoldadırlar", - deyirlər.  

52. Onlar Allahın lə’nət etdiyi kimsələrdir. Allahın lə’nət etdiyi kimsəyə isə heç bir 

kömək edən tapa bilməzsən!  

53. Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar 

insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.  

54. Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd 

aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük 

mülk (hökmranlıq) bəxş etmişdik.  

55. Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi 

kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin 

alovlanmış odu kifayət edər!  

56. Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, 

əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah 

yenilməz qüvvət, hikmət sahibidir!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə