Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə22/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   18   19   20   21   22   23   24   25   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

65 



anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər 

birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin 

malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin 

yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) 

Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!  

13. Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət 

edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, 

bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)!  

14. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) 

onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.  

15. Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (mö’minlərdən) dörd şahid tutun! 

Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar 

üçün bir yol açanadək evlərdə həbs edin!  

16. İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib 

özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul 

edəndir, (bəndələrini) bağışlayandır!  

17. Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis 

bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! 

Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

18. Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -

deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir 

əzab hazırlamışıq!  

19. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-

aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri 

qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) 

rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər 

hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.  

20. Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) 

çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan 

atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!  

21. Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar 

(qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

66 



22. Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət 

dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın 

qəzəbinə səbəb olan) pis bir yoldur!  

23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın 

qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz 

qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. 

Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah 

deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə 

almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər 

müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

24. (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli 

qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə 

namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə 

halal edildi. İstifadə (müt’ə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr 

müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah 

yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

25. İçinizdən azad mö’min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib 

olduğunuz (əllərinizin altında olan) mö’min (cavan, iffətli) cariyələrdən (kənizlərdən) 

alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. 

(Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah 

bəndələri olduqları üçün yaradılış e’tiqad baxımından aralarında vəhdət, birlik 

mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, 

zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və 

onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina 

edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə 

evlənmək), (ehtiras, şəfvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr 

edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

26. Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə 

göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

27. Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir 

əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.  

28. Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəfvətini 

cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır.  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə