Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə20/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   16   17   18   19   20   21   22   23   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

59 



deyənlərə (Ya Rəsulum!) söylə: "Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü 

özünüzdən uzaqlaşdırın!"  

169. Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə 

onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.  

170. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi ne’mətə (şəhidlik rütbəsinə) 

sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) 

kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə 

görməyəcəklərinə görə şadlıq edirlər.  

171. Onlar Allahdan gələn ne’mət və mərhəmətə görə, həm də Allahın mö’minlərin 

mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.  

172. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin də’vətini qəbul etmiş şəxslərdən 

yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!  

173. O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) 

toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və 

onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər.  

174. Sonra da Allahın ne’məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan 

dülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət 

sahibidir.  

175. Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) 

qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö’minsinizsə, Məndən 

qorxun!  

176. Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə 

bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab 

gözləyir!  

177. Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə 

bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!  

178. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! 

Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar 

alçaldıcı bir əzab görəcəklər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

60 



179. Allah pisi yaxşıdan (münafiqi mö’mindən) ayırmaq üçün mö’minləri sizin (indi) 

olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, 

Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə’zi şeylər bildirər). 

Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan 

qorxsanız, sizi böyük bir mükafat gözləyir!  

180. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də 

bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların 

xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası 

Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!  

181. "Allah kasıbdır, biz isə dövlətliyik!" - deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya 

Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini 

(mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: "Dadın atəşin 

əzabını!" - deyəcəyik.  

182. Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə 

əsla zülm edən deyildir!  

183. "Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban 

gətirməyincə heç bir peyğəmbərə inanmayaq!" - deyənlərə belə cavab ver: "Məndən 

əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz 

qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?"  

184. (Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki 

səndən əvvəl açıq mö’cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də 

yalançı saymışdılar.  

185. Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü 

tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən 

kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir 

şey deyildir.  

186. Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş 

kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər 

səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.  

187. (Ya Rəsulum!) Allah kitab əhlindən: "Siz onu (kitabda olanları) gizlətməyib, 

insanlar üçün aydınlaşdırmalısınız!" - deyə əhd aldığı zaman onlar bu əhdə arxa 

çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

61 



188. (Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tə’rif 

olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir 

əzab gözləyir!  

189. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!  

190. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz 

etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, 

qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.  

191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin 

və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş 

yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından 

(Özün) qoru!  

192. Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və 

zalımlara kömək edən olmaz!  

193. Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir 

kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə 

bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın 

üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !  

194. Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət 

günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"  

195. Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın 

olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz 

(dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq 

məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar 

olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat 

olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil 

edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!"  

196. (Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən 

mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!  

197. Bu, (axirət ne’mətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların 

məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə