Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə17/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   13   14   15   16   17   18   19   20   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

50 



78. (Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların 

oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o 

tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) 

deyildir. Onlar isə: "Bunlar Allah tərəfindəndir", -dedilər. Bunlar isə heç də Allah 

tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, "Bu, Allah 

dərgahındandır",- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.  

79. Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən 

sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!" - desin. Əksinə, o: "Öyrətdiyiniz 

kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq 

və itaət sahibi) olun!" - deyər.  

80. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə 

müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr 

edərmi?!  

81. (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim 

kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq 

inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan 

əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. 

(Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər 

şahidlərdənəm", - deyə buyurmuşdu!  

82. Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah 

sahibləridir).  

83. Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? 

Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun 

hüzuruna qayıdacaqlar.  

84. (Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, 

İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) 

peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz 

yalnız Ona (Allaha) təslim oluruq!"  

85. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz 

və o şəxs axirətdə zərər çəkənlərdən olar!  

86. İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna 

(Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

51 



gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar 

dəstəsini haqq yola yönəltməz!  

87. Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lə’nətinə düçar 

olmaqdır!  

88. Onlar bu lə’nət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara 

(mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!  

89. Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah 

bağışlayandır, rəhm edəndir!  

90. İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri 

əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!  

91. Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və 

(əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir 

əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!  

92. Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, 

Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!  

93. Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə’qub peyğəmbərin) yalnız özü özünə 

haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya 

Rəsulum! Yəhudilərə) de: "Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin 

və onu oxuyun!"  

94. Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!  

95. (Ya Rəsulum!) De: "Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim 

dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi"  

96. Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə’bəd) Bəkkədəki evdir ki, o, 

şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.  

97. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-

amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq 

baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah 

qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). 

Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

52 



98. De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın 

ayələrini (dəlillərini) inkar edirsiniz?"  

99. De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən 

kimsələri Allahın yolundan dərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? 

Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".  

100. Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, 

onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.  

101. Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz 

necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola 

yönəldilmişdir.  

102. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda 

(müsəlman kimi) ölün!  

103. Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb 

bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə 

düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-

birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan 

xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş 

olasınız!  

104. (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr 

edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən 

nicat tapmış şəxslərdir.  

105. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və 

ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.  

106. Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara 

olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın 

əzabı!" - deyiləcəkdir.  

107. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik 

qalacaqlar!  

108. Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər 

əhlinə) zülm etmək istəməz.  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə