Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə13/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   9   10   11   12   13   14   15   16   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

38 



258. (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə 

Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını 

bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o 

(Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah 

Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir 

donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!  

259. Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından 

keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba, Allah bu kəndi ölümündən sonra 

necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra 

dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir 

gündən daha az" - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan, yediyin 

yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni 

insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) 

sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə 

örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər 

şeyə qadirdir!" - dedi.  

260. (Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə 

göstər!" - dedikdə (Allah) : "Məgər (ölüləri diriltməyimə) inanmırsan?" -buyurmuşdu. 

(İbrahim: ) "Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)", - 

deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: "Dörd cür (cins) quş götürüb 

(səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) 

sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. 

Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"  

261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər 

ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-

qat artırır. Allah (lütfü ilə) genişdir.  

262. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf 

edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur 

və onlar qəm-qüssə görməzlər.  

263. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha 

yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!  

264. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək 

üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və 

əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

39 



qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş 

halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah 

kafirləri haqq yoluna yönəltməz!  

265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək 

yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol 

yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də 

ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!  

266. Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) 

altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş 

bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, 

həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri 

sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.  

267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin 

(ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız 

pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı 

yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir!  

268. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə 

bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) 

biləndir.  

269. Allah istədiyi şəxsə hikmət (elm, mə’rifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş 

edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk 

edərlər!  

270. (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah 

bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi 

olmaz!  

271. Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha 

yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən 

xəbərdardır!  

272. (Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin 

vəzifən ancaq onları haqq yola də’vət etməkdir). Allah kimi istərsə, onu doğru yola 

yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz 

üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

40 



verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm 

edilməz!  

273. (Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer 

üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə 

şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab 

edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir 

şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!  

274. Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında 

böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-

qüssə görməzlər.  

275. Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan 

toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm 

kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) 

almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul 

etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). 

Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və 

orada həmişəlik qalacaqlar!  

276. Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi 

verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!  

277. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında 

mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə 

görməzlər!  

278. Ey mö’minlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub 

sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)  

279. Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə 

girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə 

siz zülm edərsiniz, nə də sizə zülm olunar!  

280. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya 

qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq 

bağışlamağınız daha yaxşıdır!  

281. Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin 

əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə